Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-922/2023 19.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçilər İddiaçı1, İddiaçı3 və İddiaçı2 iştirakları ilə Ərizəçilər İddiaçı1, İddiaçı3 və İddiaçı2 maraqlı şəxs DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair mülki işə Tovuz şəhərində 19 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər İddiaçı1, İddiaçı3 və İddiaçı2 məhkəməyə ərizə ilə müraciət edərək JN 968F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən X14 qeydinin X8, X13 qeydinin İddiaçı1, X9 qeydinin İddiaçı3 və X11 qeydinin isə İddiaçı2 məxsus olması faktının müəyyən olunmasını xahiş etmişlər. Ərizəçi İddiaçı1 ərizəni müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə ona və ailə üzvlərinə Tovuz rayonu Qovlar qəsəbəsində 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN 968F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə qeydə alınmışdır. Onun adı İddiaçı1 olsa da texniki səhv olaraq JN 968F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə onun adı X4, digər ərizəçilərin adı İddiaçı3 olsa da X3, digər ərizəçinin soyadı Quliyev olsa da Quluyev kimi, mərhum arvadı X12 isə X5 qeyd edilmişdir. Qalan digər sənədlərdə adları “İddiaçı1”, “İddiaçı2” və “İddiaçı3”, həmçinin “X12” kimi qeyd olunur. Maraqlı şəxsə müraciət etsələr də, şəhadətnamədə düzəliş edilməmiş və yeni sənədlər verməkdən imtina etmişdir. Odur ki, JN 968F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən X13 qeydinin İddiaçı1, X14 qeydinin X8, X9 qeydinin İddiaçı3 və X11 qeydinin isə İddiaçı2 məxsus olması faktının müəyyən olunmasını xahiş edir. Digər ərizəçilər İddiaçı3 və İddiaçı2 ərizəçi İddiaçı1 ilə eyni xüsusatda izahat verdi. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxs DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçilərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə qanuni və əsaslıdır ona görə də təmin edilməlidir. Surəti işə əlavə olunmuş seriya AZE № ******** olan İddiaçı2 məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1988-ci ildə anadan olmuş və adı İddiaçı2dir. Surəti işə əlavə olunmuş seriya AA ******* olan İddiaçı1 məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1965-ci ildə anadan olmuş və adı İddiaçı1dur. Surəti işə əlavə olunmuş seriya AA ******* olan İddiaçı3 məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1991-ci ildə anadan olmuş və adı İddiaçı3dır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2021-ci ildə böyrək çatışmazlığı səbəbindən vəfat etmişdir. İşə əlavə olunmuş JN 968F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməndən görünür ki, Tovuz rayon AİK-nin 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə İddiaçı1 və ailə üzvlərinə 0,08 ha torpaq sahəsi verilmişdir. İşə əlavə olunmuş Tovuz rayonu Qovlar şəhər İƏD üzrə nümayəndəliyinin 17 fevral 2022-ci il tarixli 448,449,450 saylı arayışlarına əsasən, ərizəçilərin adları texniki səhv olaraq X13, X11 və X3 qeyd edilmişdir. Tovuz rayonu Qovlar şəhərində X9, X13 və X11 adlı şəxslər yaşamır. Həmçinin mərhum X6 adı da səhv yazılmışdır və Qovlar şəhər ərazisində X14 adlı şəxs qeydiyyatda olmayıb və yaşamamışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tovuz rayon AİK-nin 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə İddiaçı1 0,08 ha pay torpaq sahəsi verilmişdir. JN 968F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. Həmin torpaq sahəsinin sənədində ərizəçi X4 qeyd edilmişdir. Şəhadətnamədə digər ərizəçilərin adı İddiaçı3 olsa da X3, digər ərizəçinin soyadı Quliyev olsa da Quluyev kimi qeyd edilmişdir. Həmçinin mərhum X6 adı olsa da X5 qeyd edilmişdir. Ərizəçilərin izahatı və şəxsiyyət vəsiqələrinin surəti ilə müəyyən olunur ki, JN 968F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə ərizəçinin adı İddiaçı1 kimi qeyd olunmalı idi. Yenidən JN 968F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin şəxsiyyət vəsiqəsinə uyğun olaraq hazırlanması mümkün olmamışdır. Ona görə də sənədin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır və JN 968F saylı Torpağın mülkiyyətə verilməsinə dair X1, X13, X11 və X9 adlı şəxslərə məxsus qeydlərin ərizəçilərə və mərhum X8 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olma faktı məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə , Q Ə T E T D İ: Ərizə təmin edilsin. JN 968F saylı Torpağın mülkiyyətə verilməsinə dair X2 qeydinin İddiaçı1, X14 qeydinin mərhum X8, X9 qeydinin İddiaçı3 və X11 qeydinin isə İddiaçı2 məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-922/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-922/2023
19.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver