Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-951/2023 20.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: ABC Telecom MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu: **********44665 olan Xiaomi Redmi 10 markalı telefon üçün 695.5 manat ödənilməmiş hissə, 69.5 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu: **********98036 olan Samsung Galaxy A03 markalı telefon üçün 377.42 manat ödənilməmiş hissə, 37.58 manat cərimə, ümumilikdə 1180 manat borc və 31.8 manat dövlət rüsumu alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2022ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu: **********44665 olan Xiaomi Redmi 10 markalı telefon və İMEİ kodu: **********98036 olan Samsung Galaxy A03 markalı telefon markalı telefon almış və nəticədə 1180 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 759.48 manat (12 ay x 63.29 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu: **********44665 olan Xiaomi Redmi 10 markalı telefon üçün ümumilikdə 765 manat olmaqla ondan 695.5 manat ödənilməmiş hissə, güzəşt olaraq 69.5 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 412.44 manat (12 ay x 34.37 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu: **********98036 olan Samsung Galaxy A03 markalı telefon üçün ümumilikdə, 415 manat olmaqla ondan, 377.42 manat ödənilməmiş hissə, güzəşt olaraq 37.58 manat cərimə. Cavabdehin cəmi ödədiyi məbləğ 99 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, İMEİ kodu: **********44665 olan Xiaomi Redmi 10 markalı telefonu 759.48 manata, İMEİ kodu: **********98036 olan Samsung Galaxy A03 markalı telefonu 412.44 manata almışdır. - xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu: **********44665 olan Xiaomi Redmi 10 markalı telefon üçün 695.5 manat ödənilməmiş hissə, 69.5 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu: **********98036 olan Samsung Galaxy A03 markalı telefon üçün 377.42 manat ödənilməmiş hissə, 37.58 manat cərimə, ümumilikdə 1180 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqaviləyə əsasən ABC Telecom MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 31.8 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu: **********44665 olan Xiaomi Redmi 10 markalı telefon üçün 695.5 manat ödənilməmiş hissə, 69.5 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu: **********98036 olan Samsung Galaxy A03 markalı telefon üçün 377.42 manat ödənilməmiş hissə, 37.58 manat cərimə, ümumilikdə 1180 manat borc və 31.8 manat dövlət rüsumu tutularaq ABC X1 Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-951/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-951/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver