Məhkəmə qərarları › İş №2(062)-980/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-980/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-980/2023 15.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı «kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «İddiaçı ASC cavabdehlər Cavabdeh və Zamin qarşı «kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Tovuz filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli İK 50/RES/08.19 saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv edilməsi, İddiaçı ASC-nin Tovuz filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli İK 50/RES/08.19 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 2093.59 (iki min doxsan üç manat 59 qəpik) manat əsas, 32,45 (otuz iki manat 45 qəpik) manat faiz və 8,51 (səkkiz manat 51 qəpik) manat cərimə borcu olmaqla cəmi 2134.55 (iki min bir yüz otuz dörd manat 55 qəpik) manat məbləğində borcun və tərəflərindən ödənilmiş 41.35 manat məbləğində dövlət rüsumunun Cavabdeh və Zamin birgə qaydada İddiaçı ASC -nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC–nin Tovuz filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli İK 50/RES/08.19 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 1% güzəşt müddəti 12 ay olmaqla 60 ay müddətinə 2986.06 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC ilə Zamin arasında xx.xx.2019-cu il tarixli İK 50/RES/08.19 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixinə İddiaçı ASC-yə 2093.59 (iki min doxsan üç manat 59 qəpik) manat əsas, 32,45 (otuz iki manat 45 qəpik) manat faiz və 8,51 (səkkiz manat 51 qəpik) manat cərimə borcu olmaqla cəmi 2134.55 (iki min bir yüz otuz dörd manat 55 qəpik) manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbardarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabdehsiz qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iştirak etdi, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli İK 50/RES/08.19 saylı kredit müqaviləsinə əsasən ona illik faiz dərəcəsi 1% güzəşt müddəti 12 ay olmaqla 60 ay müddətinə 2986.06 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq cavabdeh Zamin ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 4.1.4-cu bəndinə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və barcla digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları vardır. Tərəflər arasında bağlanmış zaminlik müqvilənin 2.4-cü bəndinə əsasən borcalanın Bank qarşısında öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərlərin əvəzinin ödənilməsinə borclu ilə bərabər eyni həcmdə məsuliyyat daşıyırlar. İşin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında 2093,59 manat əsas, 32,45 manat faiz və 8,51 manat cərimə borcu olmaqla cəmi 2134,55 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit və zaminlik müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehlərin isə müqavilələr üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 462, 470, 472, 739 və 741-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb əsaslıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41,35 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC-nin Tovuz filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli İK 50/RES/08.19 saylı kredit müqaviləsi ləğv edilsin. 2093.59 (iki min doxsan üç manat əlli doqquz qəpik) manat əsas, 32,45 (otuz iki manat qırx beş qəpik) manat faiz və 8,51 (səkkiz manat əlli bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 2134.55 (iki min bir yüz otuz dörd manat əlli beş qəpik) manat məbləğində borc və 41.35 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada İddiaçı ASC -nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar