Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-987/2024 22.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından xx.xx.2012-ci ildə anadan olmuş X5 və xx.xx.2017-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan alimentin artırılmasına, cavabdehdən hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh X6 ilə el adəti qaydasında evlənib ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2012-ci il tarixdə X5 və xx.xx.2017-ci il tarixdə X7 adlı 2 uşaqları anadan olmuşdur. Lakin sonradan cavabdehlə ailə münasibətləri pozulduğundan onlar ayrılmışlar. Tovuz Rayon Məhkəməsinin 03.07. 2023-cü il tarixli 2(062)-734/2023 nömrəli qətnaməsinə əsasən Şaban və Əlinin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X1 hər ay 160 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət olunmuşdur. Lakin o, 320 manata uşaqların sosial xərclərini ödəyə bilmir, onların saxlanılması üçün ona maddi köməklik lazımdır. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa 220 manat olmaqla, 440 manat məbləğində aliment alınaraq ona verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, cavabdehin maddi imkanı vardır. O evlərini kirayə verərək yalnız həmin evdən ayda 200 manatdan artıq qazanc əldə edir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak eib, iddianı qəbul etməyərək izahatında gösdərdi ki, cavabdeh onun oğludur. Cavabdeh X6 xəstədir, o, hər uşaq üçün 220 manat aliment ödəyə bilmir. Əvvəllər Bakı şəhərindəki evi kirayə versələr də, hazırda evdə qalanlar yoxdur. Ona görə də kirayədən qaznc yoxdur. Oddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh X3 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, onun əmək qabiliyyəti yoxdur. O psixi xəstə kimi ambulator nəzərətdədir. Psixi xəstə olduğundan heç kim onu işə götürmür.Ona görə də, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını və cavabdehin nümayəndəsinin dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)- 734/2023 nömrəli qətnaməsin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdən başlayaraq tərəflərin birgə yaşayışlarından xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X7 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X1 hər ay hər uşağa 160 manat məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, tərəflərin birgə nikahlarından 16 xx.xx.2012-ci ildə anadan olmuş X5 və xx.xx.2017-ci ildə anadan olmuş X7 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay X1 tutulan alimentin miqdarının artırılmasında iddiaçının maddi vəziyyətini və yaşayış səviyyəsini nəzərə alır. Məhkəmə, iş materiallarını araşdırıb sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X1 tutulan alimentin miqdarı artırılaraq, HəbiX1 xx.xx.2012-ci ildə anadan olmuş X5 və xx.xx.2017-ci ildə anadan olmuş X7 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, həqiqətən də cavabdeh evi kirayə verməklə qaznc əldə etmək imkanına malikdir. Cavabdeh xəstəliyi ilə bağlı iddiaya etirazını bildirsə də, məhkəmə onu qeyd edir ki, o əmək qabiliyyətinin olmamasına dair sübutlarını etiraza əlavə etməmişdir. Eyni zamanda iddiaçı cavabdehin daha artıq gəlirləri barədə sübut təqdim etmədiyindən iddia iddia ərizəsində göstərilən həddə təmin edilə bilməz. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını bir uşaq üçün 190 manat müəyyən etmişdir. Yəni, alimentin artırılmış hissəsi 30 manat olmuşdur ki, bu halda alimentin artırılmış hissəsinin illik məcmusu 720 manat təşkil edir. Bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1.000 manatadəkdir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə görə iddianın qiyməti 1.000 manatadək 30 manat dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdeh X1 30 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X1 tutulan alimentin miqdarı artırılaraq, X1 xx.xx.2012-ci ildə anadan olmuş X2 və xx.xx.2017-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 190 (yüz doxsan) manat olmaqla, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddianın qalan hissəsi təmin olunmasın. X1 30 (otuz) qəpik məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-987/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-987/2024
22.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver