Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 2(063)-1160/2023 15.11.2023 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" Komersiya Bankı ASC-nin Cavabdeh qarşı "kredit borcunun tutulması" tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: "xxxx" Komersiya Bankı ASC Cavabdeh qarşı "kredit borcunun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan bankın xeyrinə 1200 manat əsas, 122,48 manat faiz olmaqla, cəmi 1322,48 manat borcun və 33,23 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-3-cü maddəsinin İİ və İİİ hissələrinə əsasən ərizədə ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdehin adları, onların poçt ünvanları; iddiaçının tələbi və onun əsaslandığı hallar; tələbin əsaslığını təsdiq edən sənədlər; əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Ərizə ümumi qaydada verildikdə, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır və iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. 284-4.1.4. ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa. 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Beləliklə, mülki iş üzrə iddianın qiyməti beş min manatdan az olsa da, hazırkı iddia üzrə işə sadələşdirilmiş qaydada baxılması istisna edilir. Məhkəmə işi və ona əlavə edilmiş materilları nəzərdən keçirərək müəyyən etmişdir ki, iddiaçı tərəfindən tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh 01 iyun 2022-ci il tarixdə müvafiq ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 29 dekabr 2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olaraq onun bütün şərtləri ilə razı olmasını təsdiq etmişdir. Beləliklə, iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətə illik 27,60% olmaqla 1200 manat məbləğində kredit xətti açılmışdır. Bununla yanaşı, 28 dekabr 2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” müqaviləsi iş materiallarına əlavə edilsə də, lakin, kreditin verilmə müddətini, verilmə məbləğini və faiz dərəcəsini təsdiq edən sənədlər əlavə edilməmişdir. Eyni zamanda sözügedən oferta müqaviləsində sadalanan hallar öz əksini tapmamışdır. Belə olan halda ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə yaranır. Azərbaycan Respublikası MPM-nin 284-4-cü maddəsinin İ hissəsinin İİİ və İV bəndlərinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Beləliklə iddiaçı hazırkı tələbini təsdiq edəcək sənədləri təqdim etmədiyi və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə olduğu halda, Ucar Rayon Məhkəməsinə müraciət etmişdir ki, bu da qeyd olunan səbəblərə görə işə baxılmasının sadələşdirilmiş qaydasını yolverilməz edir. Qeyd olunan Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Yenə bu Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Həmçinin, iddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla məhkəməyə iddia icraatı qaydasında iddia ilə müraciət edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş 30 oktyabr 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 33,23 manat dövlət rüsumu ödəmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 284-3 və 284-4cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı "xxxx" Komersiya Bankı ASC-nin Cavabdeh qarşı "kredit borcunun tutulması" tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada təqdim olunsun. İddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunduğundan ödənilmiş 33,23 (otuz üç manat 23 qəpik) manat məbləğində dövlət rüsumu da iddiaçı "xxxx" Komersiya Bankı ASC-yə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-1160/2023
Ucar Rayon Məhkəməsi Qərardad — İş №2(063)-1160/2023
15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver