Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1245/2025 15.12.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Atayva Ramilə Mirəli qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 60335 manat məbləğində borc pulun alınaraq ona verilməsi, həmçinin cavabdehin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178 və 179-cu maddələrində nəzərdə tutulmuş dələduzluq və mənimsəmə cinayətlərinin tərkib əlamətlərinin olduğunu əsas gətirərək barəsində cinayət işinin başlanılması üçün müvafiq materialların aidiyyəti üzrə polis və prokurorluq orqanlarına göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, ailəsilə birlikdə İsmayıllı rayonu, Qalınçaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Kənd təsərrüfatı ilə məşğul olaraq ailəsini dolandırır. X8 Müharibəsi veteranıdır. Cavabdeh 1992-ci ildən tanıyır. Cavabdeh 2015-ci ildə yaşadığı kəndə köçərək orada özünə ev tikmiş və həmin vaxtdan etibarən İsmayıllı rayonu, Qalınçaq kəndində yaşamağa başlamışdır. Həmkəndli kimi aralarında yaxın münasibət yaranmış və birlikdə şərikli şəkildə buğda və digər kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsi yolu ilə gəlir əldə etmək barədə razılığa gəlmişlər. Bu məqsədlə 2020-ci ilin payızında İsmayıllı rayonunun Topçu kəndində müxtəlif kənd sakinlərindən 40 hektar, Qalınçaq kəndində 4 hektar, Quşencə kəndində isə 3 hektar torpaq sahəsini icarəyə götürərək buğda əkmişlər. Bundan əlavə, Quşencə kəndində heyvan yemi üçün 8 hektar sahədə noxud (qarox) əkmişlər. Əvvəlcədən razılaşmalarına əsasən, torpaq sahələrinin icarə haqları da daxil olmaqla bütün əkin-biçin xərcləri şərikli çəkilməli, əldə edilən gəlir isə yarı bölünməli idi. 2021-ci ilin iyun ayında taxıl biçini aparılmış və bütün sahələr üzrə ümumilikdə 264 ton məhsul əldə edilmişdir. Həmin məhsulun 212 tonu bir kiloqramı 34 qəpik olmaqla Göyçay rayonunda yerləşən un zavoduna satılmışdır. Taxılın Göyçay un zavoduna daşınması üçün yük avtomobillərini şəxsən o, özü təşkil etmiş və bir neçə dəfəyə məhsulu zavoda aparmışdır. Satılmış buğdanın ümumi dəyəri 72080 manat təşkil etmişdir. Zavodun səlahiyyətli şəxsi dəfələrlə bu məbləği ona vermək istəsə də, pulu şəriki Cavabdehla birlikdə götürəcəyini bildirmişdir. Taxılın tam daşınmasından sonra Cavabdehla birlikdə Göyçaya gedərək zavodun səlahiyyətli şəxsi ilə görüşmüşlər. Həmin şəxs onlara 71000 manat pul verəcəyini, qalan məbləği isə qısa müddət ərzində ödəyəcəyini bildirmişdir. 71000 manat pul masanın üzərinə qoyulduğu zaman Cavabdeh həmin məbləğdən 4000 manatını ona vermiş, qalan 67000 manatı isə özü götürərək Bakı şəhərinə gedəcəyini və geri qayıtdıqdan sonra pulu böləcəyini bildirmişdir. Aralarında etibar, inam olduğundan və şərikli işə başladıqdan sonra gündəlik çörək kəsdiklərindən o, heç nə düşünməyərək buna razılıq vermişdir. Buğdanın qalan 52 tonu isə növbəti il üçün toxumluq məqsədilə saxlanılmış, kisələrə doldurularaq Cavabdeh məxsus quraqlıqda (navesdə) yerləşdirilmişdir. Həmin il Quşencə kəndində əkdikləri 8 hektar noxud sahəsindən 1750 ədəd bəlim məhsul əldə edilmişdir. Bunun 875 ədədi Cavabdeh tərəfindən Ucar rayonunda satılmış, ona məxsus 875 ədəd bəlim isə saxlama yeri olmadığından Cavabdeh təklifi ilə onun quraqlığında saxlanılmışdır. Cavabdeh Bakıdan qayıtdıqdan sonra Göyçay un zavodu tərəfindən ona 1000 manat pul verilmişdir. O, bu barədə Ehtibarı məlumatlandıraraq satılmış buğdadan ona çatası 31000 manatın verilməsini xahiş etmişdir. Lakin cavabdeh “pul yoxdur, pul uçub” deyərək əvvəlcə bunu zarafat kimi təqdim etsə də, sonradan pulu vermək niyyətində olmadığını bildirərək oradan uzaqlaşmışdır. Bir müddət onun pulu qaytaracağı ümidi ilə heç bir müraciət etməmişdir. Bu müddətdə isə Cavabdeh vəziyyətdən istifadə edərək toxumluq məqsədilə saxlanılan 52 ton buğdanı bir kiloqramı 96 qəpikdən Ucar rayonunda satmış, ümumilikdə 49920 manat pul əldə etmiş və həmin məbləğin ona düşən 24960 manat hissəsini verməmişdir. Bundan sonra o, bu buğdanın satıldığı yeri müəyyən etmiş və alan şəxsdən məlumatı dəqiqləşdirmişdir. Bundan əlavə, Cavabdeh onun quraqlığında saxlanılan ona məxsus 875 ədəd bəlimi də bir ədədini 5 manatdan sataraq ona çatası 4375 manatı da mənimsəmişdir. Cavabdehin bu əməlləri nəticəsində ciddi mənəvi sarsıntı keçirmiş və polisə müraciət etmişdir. Müraciəti əsasında İsmayıllı RPŞ-nin X4 Fərəcov tərəfindən araşdırma aparılmış, Cavabdeh əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178 və 179-cu maddələrində nəzərdə tutulan dələduzluq və mənimsəmə cinayətlərinin əlamətləri olmasına baxmayaraq, 24 iyul 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh özünü sığortalamaq məqsədilə onun barəsində əsassız şikayət etmiş, həmin şikayət üzrə də 22 noyabr 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra o, 29 mart 2024-cü il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik cənab Vilayət Eyvazovun qəbulunda olmuş və baş verənlər barədə ətraflı məlumat vermişdir. Nazir tərəfindən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məsələ ilə bağlı tapşırıq verilmişdir. 18 aprel 2024-cü il tarixdə həm o, həm də Cavabdeh BMCMİ-yə çağırılmışlar. Orada Cavabdeh ona ümumilikdə 60335 manat borcu olduğunu etiraf etmiş, lakin pulu olmadığını bildirərək əvəzində özünə məxsus İsmayıllı rayonunun Qalınçaq kəndində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X12 Təsərrüfatı Mərkəzinin mülkiyyətində olan ərazidə, Əyriçayın qırağında yerləşən 140 kvadrat metrlik birmərtəbəli kafeni ona verəcəyini öhdəsinə götürmüşdür. Bu razılaşma əsasında araşdırma dayandırılmışdır. Cavabdeh qısa zaman ərzində həmin kafeni onun adına keçirəcəyini və bunun təminatı olaraq İsmayıllı rayon Notariat ofisində ona etibarnamə verəcəyini bildirmişdir. Bununla bağlı hətta cavabdeh ona həmin kafenin mülkiyyət sənədi olaraq 25 iyun 2018-ci il tarixdə X7 və Bərpası Müəssisəsinin direktoru və Cavabdeh arasında 3 illik müddətə bağlanmış müqavilənin əslini təqdim etmişdir. İsmayıllı rayonuna gəldikdən sonra isə 21 iyun 2024-cü il tarixdə İsmayıllı rayon Notariat ofisinə getmişlər və Cavabdeh orada ona həmin kafenin sənədləşdirilməsi işləri ilə bağlı etibarnamə vermişdir. Bir müddət sonra o, Cavabdeh kafeni adına keçirməyi xahiş etdikdə sonuncu qəti şəkildə imtina etmiş, ona veriləsi nə pulunun, nə də ki, kafesinin olmadığını bildirmiş və "get hara şikayət edirsənsə et" deyərək vədinə əməl etməmişdir. Bununla bağlı etibarnamənin olduğunu ona xatırlatdıqda isə cavabdeh çoxdan etibarnaməni ləğv etdiyini bildirmişdir. İsmayıllı rayon Notariat ofisindən məlumat istədikdə həmin etibarnamənin həqiqətən də 16 iyul 2024-cü il tarixdə Cavabdeh ərizəsi əsasında ləğv olunmasını bildirmişlər (Etibarnamənin əsli onda olmadığından məhkəməyə təqdim edə bilməmiş, İsmayıllı rayon Notariat ofisindən isə yalnız məhkəmə sorğusu əsasında etibarnamə üzrə məlumatları verə biləcəklərini bildirmişlər). Eyni zamanda o, Cavabdeh ona verdiyi X7 və Bərpası Müəssisəsinin direktoru və sonuncu arasında bağlanmış müqaviləyə baxdıqda müqavilənin 25 iyun 2018-ci il tarixdə 3 illik müddətə bağlandığını və 25 iyun 2021-ci il tarixdə artıq həmin müqavilənin qüvvədən düşdüyünü görmüşdür. Bu zaman həqiqətəndə əmin olmuşdur ki, Cavabdeh Azərbaycan Respublikası DİN-nin BMCMİ-də olduğu zaman onu və həmin idarənin əməkdaşlarını ustalıqla aldatmış, qüvvədən düşmüş müqaviləni təqdim etməklə yalandan ona verməli olduğu pulu kafe ilə əvəzləşdirdiyi görüntüsünü yaratmışdır. Cavabdeh ona verilməli pulu vermək əvəzinə 2024-cü ilin sonlarında onun özünü əsassız iddia ilə məhkəməyə vermiş və İsmayıllı Rayon Məhkəməsinin (hakim X5) 09 oktyabr 2024-cü il tarixli, 2(037)-854/2024 nömrəli gətnaməsi ilə Cavabdeh ona qarşı “şərəfin, ləyaqatin müdafiasi ilə əlaqədar yanlış məlumatların təkzib edilməsi, maddi və mənəvi zərərin ödənilmasi” tələbinə dair iddiası rədd olunmuşdur. Məhkəmənin bu qətnaməsindən Cavabdeh apellyasiya sikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin (sadrlik edən hakim X6) 30 yanvar 2025-ci il tarixli, 2(107)-140/2025 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmişdir. Bundan sonra o, tam olaraq əmin olmuşdur ki, Cavabdeh ümumiyyətlə ona pulu qaytarmaq fikri yoxdur. Əksinə, Cavabdeh ona məxsus vəsaiti qaytarmaq niyyəti yoxdur və o, müxtəlif əsassız iddialarla onu hüquqlarından imtina etdirməyə çalışır. Odur ki, iddiaçı tərəfindən tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ona qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan 60335 manat məbləğində pulun alınmasını və əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178 və 179-cu maddələrində nəzərdə tutulmuş dələduzluq və mənimsəmə cinayətlərinin tərkib əlamətlərinin olduğunu əsas gətirərək barəsində cinayət işinin başlanılması üçün müvafiq materialların aidiyyəti üzrə polis və prokurorluq orqanlarına göndərilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “o, ailəsi ilə birlikdə İsmayıllı rayonu, Qalınçaq kəndində yaşayır, təsərrüfatla məşğul olmaqla ailəsini dolandırır və İ Qarabağ müharibəsi veteranıdır. Onu isə 1992-ci ildən tanıyır. İddaçı ərizəsində onun, 2015-ci ildə iddiaçının yaşadığı kəndə gələrək orada özünə ev tikdiyini və həmin vaxtdan etibarən İsmayıllı rayonu, Qalınçaq kəndində yaşamağa başladığını göstərmişdir. Həmkəndli kimi aralarında yaxın münasibət yaranmış və birlikdə şərikli olaraq buğda və digər kənd təsərrüfatı məhsulları əkib-becərərək gəlir əldə etmək qərarına gəlmişlər. Bu məqsədlə 2020-ci ilin payızında İsmayıllı rayonu, Topçu kəndində müxtəlif kənd sakinlərindən 40 hektar, Qalınçaq kəndində 4 hektar, Quşencə kəndində 3 hektar torpaq sahəsini icarəyə götürərək buğda əkmişlər. Quşencə kəndində əlavə olaraq 8 hektar sahədə heyvan üçün noxud əkmişlər. Əvvəlcədən razılaşmaya görə bütün xərclər şərikli çəkilməli, sonda isə əldə edilmiş gəlir yarı bölünməli idi. 2021-ci ilin iyun ayında taxıl biçilmiş və ümumilikdə 264 ton məhsul əldə edilmişdir. Həmin məhsulun 212 tonun bir kiloqramı 34 qəpikdən Göyçay rayonunda yerləşən un zavoduna satmışlar. İddiaçı taxılın Göyçay un zavoduna daşınması üçün yük avtomobillərini şəxsən özünün təşkil etməsini və bir neçə dəfəyə məhsulu zavoda apardığını qeyd etmişdir. Satılmış buğdanın ümumi dəyəri 72 080 manat təşkil etmişdir. Zavodun səlahiyyətli şəxsi dəfələrlə bu məbləği iddiaçıya vermək istəsə də, pulu şəriki onunla birlikdə götürəcəyini bildirmişdir. Taxılın tam daşınmasından sonra onunla birlikdə Göyçaya gedərək zavodun səlahiyyətli şəxsi ilə görüşmüşlər. Həmin şəxs onlara 71000 manat pul verəcəyini, qalan məbləği isə qısa müddət ərzində ödəyəcəyini bildirmişdir. Bundan sonra, həmin şəxs 71000 manat pul masanın üzərinə qoyulduğu zaman o, həmin məbləğdən 4000 manatını iddiçıya vermiş, qalan 67000 manatı isə özü götürərək Bakı şəhərinə gedəcəyini və geri qayıtdıqdan sonra pulu böləcəyini bildirmişdir. Aralarında etibar, inam olduğundan və şərikli işə başladıqdan sonra gündəlik çörək kəsdiklərindən iddiaçı heç nə düşünməyərək buna razılıq vermişdir. Buğdanın qalan 52 tonu isə növbəti il üçün toxumluq məqsədilə saxlanılmış, kisələrə doldurularaq ona məxsus quraqlıqda (navesdə) yerləşdirilmişdir. Həmin il Quşencə kəndində əkdikləri 8 hektar noxud sahəsindən 1750 ədəd bəlim məhsul əldə edilmişdir. Bunun 875 ədədi onun tərəfindən Ucar rayonunda satılmış, iddiaçıya məxsus 875 ədəd bəlim isə iddiaçının saxlama yeri olmadığından onun təklifi ilə quraqlığında saxlanılmışdır. O, Bakıdan qayıtdıqdan sonra Göyçay un zavodu tərəfindən iddiaçıya 1000 manat pul verilmişdir. İddiçı bu barədə onu məlumatlandıraraq satılmış buğdadan iddiaçıya çatası 31000 manatın verilməsini xahiş etmişdir. Lakin o, “pul yoxdur, pul uçub” deyərək əvvəlcə bunu zarafat kimi təqdim etsə də, sonradan pulu vermək niyyətində olmadığını bildirərək oradan uzaqlaşmışdır. Bir müddət onun pulu qaytaracağı ümidi ilə heç bir müraciət etməmişdir. Bu müddətdə isə o, vəziyyətdən istifadə edərək toxumluq məqsədilə saxlanılan 52 ton buğdanı bir kiloqramı 96 qəpikdən Ucar rayonunda satmış, ümumilikdə 49920 manat pul əldə etmiş və həmin məbləğin iddiaçıya düşən 24960 manat hissəsini verməmişdir. Bundan sonra iddiaçı bu buğdanın satıldığı yeri müəyyən etmiş və alan şəxsdən məlumatı dəqiqləşdirmişdir. Bundan əlavə, o, onun quraqlığında saxlanılan iddiaçıya məxsus 875 ədəd bəlimi də bir ədədini 5 manatdan sataraq sonuncuya çatası 4375 manatı da mənimsəmişdir. Onun bu əməlləri nəticəsində iddiaçı ciddi mənəvi sarsıntı keçirmiş və polisə müraciət etmişdir. Müraciəti əsasında İsmayıllı RPŞ-nin X4 Fərəcov tərəfindən araşdırma aparılmış, onun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178 və 179-cu maddələrində nəzərdə tutulan dələduzluq və mənimsəmə cinayətlərinin əlamətləri olmasına baxmayaraq, 24 iyul 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. O, özünü sığortalamaq məqsədilə onun barəsində əsassız şikayət etmiş, həmin şikayət üzrə də 22 noyabr 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra iddiaçı 29 mart 2024-cü il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik cənab Vilayət Eyvazovun qəbulunda olmuş və baş verənlər barədə ətraflı məlumat vermişdir. Nazir tərəfindən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məsələ ilə bağlı tapşırıq verilmişdir. 18 aprel 2024-cü il tarixdə həm iddiaçı, həm də o, BMCMİ-yə çağırılmışlar. Orada o, iddiaçıya ümumilikdə 60335 manat borcu olduğunu etiraf etmiş, lakin pulu olmadığını bildirərək əvəzində özünə məxsus İsmayıllı rayonunun Qalınçaq kəndində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X12 Təsərrüfatı Mərkəzinin mülkiyyətində olan ərazidə, Əyriçayın qırağında yerləşən 140 kvadrat metrlik birmərtəbəli kafeni iddiaçıya verəcəyini öhdəsinə götürmüşdür. Bu razılaşma əsasında araşdırma dayandırılmışdır. O, qısa zaman ərzində həmin kafeni iddiaçının adına keçirəcəyini və bunun təminatı olaraq İsmayıllı rayon Notariat ofisində sonuncuya etibarnamə verəcəyini bildirmişdir. Bununla bağlı hətta o, iddiaçıya həmin kafenin mülkiyyət sənədi olaraq 25 iyun 2018-ci il tarixdə X7 və Bərpası Müəssisəsinin direktoru və onun arasında 3 illik müddətə bağlanmış müqavilənin əslini təqdim etmişdir. İsmayıllı rayonuna gəldikdən sonra isə 21 iyun 2024-cü il tarixdə İsmayıllı rayon Notariat ofisinə getmişlər və orada o, iddiaçıya həmin kafenin sənədləşdirilməsi işləri ilə bağlı etibarnamə vermişdir. Bir müddət sonra iddiaçı ondan kafeni adına keçirməyi xahiş etdikdə o, qəti şəkildə imtina etmiş, iddiaçıya veriləsi nə pulunun, nə də ki, kafesinin olmadığını bildirmiş və "get hara şikayət edirsənsə et" deyərək vədinə əməl etməmişdir. Bununla bağlı etibarnamənin olduğunu ona xatırlatdıqda isə o, çoxdan etibarnaməni ləğv etdiyini bildirmişdir. İsmayıllı rayon Notariat ofisindən məlumat istədikdə həmin etibarnamənin həqiqətən də 16 iyul 2024-cü il tarixdə onun ərizəsi əsasında ləğv olunmasını bildirmişlər (Etibarnamənin əsli onda olmadığından məhkəməyə təqdim edə bilməmiş, İsmayıllı rayon Notariat ofisindən isə yalnız məhkəmə sorğusu əsasında etibarnamə üzrə məlumatları verə biləcəklərini bildirmişlər). Eyni zamanda iddiaçı onun ona verdiyi X7 və Bərpası Müəssisəsinin direktoru və onun arasında bağlanmış müqaviləyə baxdıqda müqavilənin 25 iyun 2018-ci il tarixdə 3 illik müddətə bağlandığını və 25 iyun 2021-ci il tarixdə artıq həmin müqavilənin qüvvədən düşdüyünü görmüşdür. Bu zaman həqiqətəndə əmin olmuşdur ki, o, Azərbaycan Respublikası DİN-nin BMCMİ-də olduğu zaman iddiaçını və həmin idarənin əməkdaşlarını ustalıqla aldatmış, qüvvədən düşmüş müqaviləni təqdim etməklə yalandan iddiaçıya verməli olduğu pulu kafe ilə əvəzləşdirdiyi görüntüsünü yaratmışdır. O, iddiaçıya verməli pulu vermək əvəzinə 2024-cü ilin sonlarında onun özünü əsassız iddia ilə məhkəməyə vermiş və İsmayıllı Rayon Məhkəməsinin (hakim X5) 09 oktyabr 2024-cü il tarixli, 2(037)-854/2024 nömrəli qətnaməsi ilə onun iddiaçıya qarşı “şərəfin, ləyaqatin müdafiasi ilə əlaqədar yanlış məlumatların təkzib edilməsi, maddi və mənəvi zərərin ödənilmasi” tələbinə dair iddiası rədd olunmuşdur. Məhkəmənin bu qətnaməsindən o, apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin (sadrlik edən hakim X6) 30 yanvar 2025-ci il tarixli, 2(107)- 140/2025 nömrəli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilməmişdir. Bundan sonra iddiaçı tam olaraq əmin olmuşdur ki, onun ümumiyyətlə iddiaçıya pulu qaytarmaq fikri yoxdur. Əksinə, əsassız şikayətlərlə, iddialarla iddiaçıdan şikayətlər edərək tələbindən əl çəkməyinə nail olmaq istəyindədir. Bunu özü müxtəlif vaxtlarda demiş və iddiaçıya bir manat da pul verməyəcəyini bildirmişdir. Göründüyü kimi, iş üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Həmin qətnamədə, habelə İsmayıllı Rayon Polis X2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılmış araşdırmalarda o, bütün qeyd etdiyi faktları etiraf və təsdiq etmişdir. Bunlara baxmayaraq, o, şərikli işlərinə görə iddiaçıya verməli olduğu 60335 manat pulu bu günədək verməmişdir”. Beləliklə, qeyd edir ki, o, Ucar rayonu, Şahlıq kəndində qeydiyyatda olmaqla 2016-cı ildən İsmayıllı rayonu, Qalınçaq kəndində yaşamağa başlamışdır. İddiaçı da təxminən həmin illərdə Qalınçaq kəndində olarkən tanımışdır. O, İ Qarabağ Müharibəsi veteranıdır və bədənində müharibədən qalmış qəlpələri daşıyır. İddiaçı barəsində etdiyi əsassız şikayətlər nəticəsində səhhəti pisləşmişdir. 2020-ci il tarixdə İsmayıllı rayonu, Topçu kəndində 40 hektar, Qalınçaq kəndində 4 hektar, Quşencə kəndində 3 hektar ərazini icarəyə götürərək orada buğda, Quşencə kəndində 8 hektar ərazidə isə heyvan üçün yem kimi qarox əkmişdir. 2021-ci ilin iyun ayında əkdiyi taxılı biçdirmiş və həmin 3 sahədən 96 ton taxıl əldə etmişdir. Bu işlərdə İddiaçı sadəcə ona kömək etmişdir. İddiaçıla aralarında nə rəsmi, nə də ki, qeyri-rəsmi olaraq şərikli taxıl əkməyə dair razılaşma əldə edilməmişdir. İddiaçı işçisi olub və işlədiyi işin müqabilində ondan əməkhaqqı almışdır. İddiaçı ona köməklik etməsi müqabilində sonuncuya ümumilikdə 9000 manat pul vermişdir. Həmin sahələri şifahi razılaşma əsasında icarəyə götürmüş və ot bağları da özünə aid olmuşdur. İddiaçı kömək etdiyi üçün ona əlavə olaraq 260 ədəd bağ da vermişdir. İddiaçı bütün bunlara baxmayaraq, ona olan etibarından istifadə edərək “Qazel” markalı avtomobilini 11000 manata sataraq pulunu mənimsəmiş, eyni zamanda Azərbaycan Respublikası Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə və başqa orqanlara şikayət ərizələri ilə müraciət edərək, yalan olduğunu bilə-bilə guya o, göstərilən işləri İddiaçıla ortaqlı gördüyünü, sonda isə əldə edilmiş gəliri yarı bölməli və ona 59015 manat pul verməli olduğu halda az pul verdiyini bildirmişdir. İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanladığı müraciəti üzrə İsmayıllı Rayon Polis Şöbəsinin dəftərxanasında 12 noyabr 2021-ci il tarixdə ***-*******21 nömrəli arayışla işə alınmış material rayon prokuroru tərəfindən tələb edilərək öyrənilmiş, həmin müraciətdə göstərilmiş məsələnin mülki xarakterli olduğu müəyyən edildiyindən material geri qaytarılmışdır. Bununla yanaşı, iddiaçı ərizəsində onun tərəfindən öldürülməklə və sağlamlığına zərər vurulmaqla hədələnməsi, həmçinin başqa şəxsləri aldadaraq pullarını ələ keçirməyinə dair hissələr üzrə də araşdırma aparılmışdır. İsmayıllı RPŞ-nin TB-nin təhqiqatçısı Şəhriyar Fərəcov tərəfindən 24 iyul 2023-cü il tarixli, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla MK-1/1665 nömrəli material üzrə onun, arvadı Rəvanə Gözəlovanın və İddiaçı əməllərində cinayət tərkibi müəyyən edilmədiyinə görə cinayət işinin başlanması rədd edilmişdir. Qərarın surəti qeyd olunan şəxslərin “münaqişəli” şəxslər kimi qeydiyyata alınması məqsədilə İsmayıllı RPŞ-nin İTB-nə verilmiş və nəzarət qaydasında İsmayıllı Rayon Prokuroruna göndərilmişdir. Buna baxmayaraq, İddiaçı böhtan xarakterli ərizə və şikayətlərini verməkdə davam edir. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində barəsində yazılmış böhtan xarakterli ərizələrə baxılmış, lakin heç bir nəticə əldə edilməmişdir. Bu böhtan xarakterli şikayətlər nəticəsində dəfələrlə polis və prokurorluq orqanlarına çağırılaraq dindirilmiş, xeyli miqdarda maddi və mənəvi zərərə, həmçinin ağır xəstəliyə məruz qalmışdır. İki ildir ki, bu qanunsuz əməllər nəticəsində səhhəti pisləşmiş, böyük sarsıntı keçirmişdir. Hazırda da səhhəti ağır olaraq qalmaqdadır və müalicə almağa imkanı qalmamışdır. İddiaçı yalan xəbərçiliyi və böhtanı ilə bağlı iki il ərzində Bakı və İsmayıllı şəhərlərinə gedib-gəlməyə məcbur olmuşdur. Həmin müddət ərzində normal işləyə bilmədiyimə görə 20000 manat məbləğində faydadan məhrum olmuşdur. İddiaçı iddiasına münasibət bildirərək qeyd edir ki, 2021-ci ilin iyun ayında öz vəsaiti hesabına əkdiyi taxılı biçdirmiş və həmin 3 sahədən 264 ton deyil, 96 ton taxıl əldə etmişdir. İddiaçı bu işlərdə sadəcə ona kömək etmişdir. Aralarında nə rəsmi, nə də qeyri-rəsmi şəkildə şərikli işə dair razılaşma olmamışdır. İddiaçı isə onun işçisi olub və işlədiyi işin müqabilində ona ümumilikdə 9000 manat pul vermişdir. Sahələr şifahi razılaşma əsasında icarəyə götürülmüş, ot bağları isə özünə aid olmuşdur. Kömək etdiyi üçün iddiaçıya əlavə olaraq 260 ədəd ot bağı vermişdir. Əgər aralarında şərikli münasibət olsaydı, biçilən taxıl və ot bağlarının hamısı onun deyil, İddiaçı həyətində toplanardı. İddiaçı iddia ərizəsində də məhsulun onun həyətində töküldüyünü təsdiq etmişdir. O, heç vaxt şərikli iş gördüyünü təsdiq etməmişdir. İddiaçı ona məxsus 8 000 manat pulu qohumu Tuncay adlı şəxsə onun razılığı ilə borc vermişdir. Pulunu geri tələb etdiyi üçün İddiaçı ona qarşı əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. Sonuncu müraciəti üzrə aparılmış araşdırma zamanı BMCMİ əməkdaşı Ayaz Bayramovun qanunsuz hərəkətləri ilə bağlı Baş Prokurorluğa müraciət etmiş və bununla bağlı hazırda araşdırma aparılır. Belə ki, onunla İddiaçı arasında heç bir şərikli iş görülməmişdir və onun iddiaçıya heç bir borcu yoxdur. Bu səbəbdən iddia tələbi əsassızdır və rədd edilməlidir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasına etiraz etmir (bu barədə yazılı ərizəsini də təqdim etmişdir). Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iclasında ifadə vermiş Şahid7 ifadəsində göstərdi ki, cavabdeh Ehtibar onun dayısının kürəkənidir. İddiaçı ilə cavabdeh birlikdə torpaq sahəsi icarəyə götürmüşlər. Hər ikisi birlikdə əkin biçin işləri ilə məşğul olmuşlar. Lakin kimin nə qədər vəsait sərf etdiyindən məlumatı olmamışdır. Məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, o, Kamaz markalı, ** BC *** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edir. İddiaçı Hacı ona mobil telefon vasitəsilə zəng edərək cavabdeh ilə birgə əkdikləri taxılın Göyçay şəhərinə aparılmalı olduğunu bildirdi, o, xidmət haqqı barədə razılaşdıqdan sonra (ümumilikdə 480 manat pul müqabilində) sözügedən taxılı, yəni təxminən 300 ton taxılı danışılmış ünvana çatdırmışdır. 2 reysini isə Elnur adlı Kamaz şoferi daşımışdır. Onda olan məlumata əsasən iddiaçı ilə cavabdeh birgə əkin biçin işləri ilə məşğul olmuşlar. Məhkəmə iclasında ifadə vermiş Şahid3 ifadəsində göstərdi ki, o, idarə etdiyi yük avtomobili ilə iddiaçı Hacının xahişi ilə İsmayıllı rayonu, Quşencə kəndindən Qalınçaq kəndinə ot daşımışdır. 3 dəfə ot aparmış, hər dəfəsini 80 manatdan olmaqla otu daşımışdır. Məhkəmə iclasında ifadə vermiş Şahid4 ifadəsində göstərdi ki, o, təxminən 3 il əvvəl yay aylarında cavabdeh Ehtibarın maşını ilə iddiaçı Hacının yaşadığı ünvana taxıl aparmışlar, bu zaman Pərviz, Elvin və İnayət də orada olmuşlar. 3 ton taxılı Hacının yaşadığı ünvana aparmış, 10 ton taxıl isə Ehtibarın yaşadığı ünvanda qaldı. Daha sonra, İsmayıllı rayonu, Quşencə kəndində qarox əkilən yerə getmiş, həmin qaroxdan Hacının İsmayıllı rayonu, Qalınçaq kəndindəki həyətinə gətirmişlər. Onda olan məlumata əsasən iddiaçı ilə cavabdeh birgə əkin biçin işləri ilə məşğul olmuşlar. Məhkəmə iclasında ifadə vermiş Şahid6 ifadəsində göstərdi ki, o, iddiaçı ilə cavabdehin birgə əkdikləri əkin sahəsində qarovulçu kimi çalışmışdır. İddiaçı ilə cavabdehin həmin sahədə buğda və arpa əkdiklərini görmüşdür. Məhkəmə iclasında ifadə vermiş Şahid5 ifadəsində göstərdi ki, iddiaçı ilə cavabdeh ikisi də onun dostlarıdır. O, bildiyinə görə əkin biçin işlərini cavabdeh Ehtibar aparmışdır. Məhkəmə iclasında ifadə vermiş Şahid8 ifadəsində göstərdi ki, cavabdeh onun doğma dayısıdır. Bildiyinə və əldə etdiyi məlumata əsasən iddiaçı ilə cavabdeh birlikdə əkin biçin işləri ilə məşğul olmuşlar. Bir maşın, yəni təxminən 10 ton 200 kiloqram buğdanı dayısından 0.38 manata alaraq Ucar şəhərinə gətirmiş və 0.40 manata satdıqdan sonra pulunu (0.38 manatdan olmaqla) dayısı Ehtibara vermişdir. Daha sonra, ona yas mərasimi ilə bağlı 300 manat pul lazım olmuş, bununla əlaqədar dayısı Ehtibara müraciət etmiş, sonuncu imtina etməmiş və sözügedən məbləği iddiaçı Hacıdan göndərmişdir. Məhkəmə iclasında ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, 2021-ci ilin yay aylarında iddiaçı Hacı ona 08 hektar ərazidə qarox olduğunu bildirmiş və həmin qaroxun sahədən gətirilməsini xahiş etmişdir. O, sözügedən sahədən qaroxu gətirmiş və xidmət haqqı müqabilində isə 60 manat pul almışdır. Belə ki, 25 iyun 2018-ci il tarixli, 11 nömrəli meşə fondu sahələrinin arı ailələrinin saxlanılması məqsədi üçün istifadəyə verilməsi barədə müqavilədən görünür ki, X7 və Bərpası Müəssisəsinin direktoru X3 tərəfindən X7 və X1 meşəbəyliyinin 108 kvartalının 4cü bölməsindən meşə əkilməsi nəzərdə tutulmayan, meşə ilə örtülü (və ya meşə ilə örtülü olmayan) sahədən arı saxlamaq məqsədilə 0,50 hektar sahəsi Cavabdeh istifadəsinə verilmişdir. İşdə olan İsmayıllı Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(037)- 854/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “şərəfin, ləyaqətin müdafiəsi ilə əlaqədar yanlış məlumatların təkzib edilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(107)- 140/2025 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən İsmayıllı Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(037)-854/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 13 noyabr 2025-ci il tarixli, 3-13-6/2-9471/25 nömrəli məktubun surətindən görünür ki, İddiaçı oglunun tanışı Cavabdeh barəsində DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılıb-aparılmaması ilə bağlı daxil olmuş məktuba BMCMİ-də baxılmışdır. İddiaçı DİN-in BMCMİ-yə daxil olmuş müraciəti üzrə Baş İdarədə araşdırma aparılmış və müəyyən edilmişdir ki, Cavabdeh 2020-ci ildə İsmayıllı rayonunun Topçu, Qalınçaq və Quşencə kəndlərinin ərazisində tanışı İddiaçıla birgə qazanc əldə etmək məqsədi ilə ümumilikdə 61 hektar sahəni icarəyə götürüb taxıl və digər kənd təsərrüfatı məhsulları əkib-becərərək 2021-ci ilin iyul ayında məhsulun satışından 130000 manat qazanc əldə etmiş, sonrakı müddətdə qazandıqları puldan İddiaçı 4000 manat versə də, qalan 61000 manat pulu vermədiyinə görə İddiaçı Cavabdeh barəsində şikayət etmişdir. Aparılan araşdırma zamanı İddiaçı Cavabdehla aralarında razılıq əldə edildiyini bildirərək təkrar ərizə ilə müraciət edib araşdımanın dayandırılmasını xahiş etmişdir. İşdə olan İsmayıllı Rayon Hərbi Komissarlığı tərəfindən 15 dekabr 2000-ci il tarixdə verilmiş 045902 nömrəli vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iclasında iş üzrə toplanmış sübutlar, tərəflərin izahatları, şahidlərin ifadələr və iş materialları hərtərəfli və obyektiv araşdırılaraq müəyyən edilmişdir ki, tərəflər arasında münasibətlər ilkin mərhələdə qarşılıqlı etibar və şifahi razılaşma əsasında formalaşmış, lakin cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində mübahisə yaranmış və iddiaçı məhkəmə müdafiəsinə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında kənd təsərrüfatı məhsullarının birgə əkilməsi, becərilməsi və satışından əldə edilən gəlirin yarı bölünməsi barədə razılaşma olmuşdur. Həmin razılaşma əsasında tərəflər müxtəlif kəndlərdə torpaq sahələri icarəyə götürmüş, əkin-biçin işlərinə birgə vəsait qoymuş və nəticədə xeyli miqdarda məhsul əldə edilmişdir (bu hallar həm iddia tərəfinin, həm də cavabdeh tərəfin məhkəməyə təqdim etdikləri şahid ifadələri ilə də öz təsdiqini tapmışdır). Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, əldə edilən 264 ton buğdanın 212 tonu satılmış, satışdan əldə edilən pul vəsaiti faktiki olaraq cavabdehin sərəncamına keçmiş, iddiaçıya isə yalnız cüzi məbləğ verilmişdir. Bununla yanaşı, növbəti il üçün saxlanıldığı bildirilən 52 ton buğdanın, eləcə də iddiaçıya məxsus noxud məhsulunun cavabdeh tərəfindən iddiaçının razılığı və xəbəri olmadan satılması və əldə edilən vəsaitin ona verilməməsi iş materialları ilə təsdiqini tapmışdır. Məhkəmə, həmçinin, cavabdehin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verdiyi izahatlarda iddiaçıya 60335 manat məbləğində borcu olduğunu etiraf etməsini, bu borcun əvəzində kafe verməyi öhdəsinə götürməsini, lakin sonradan bu öhdəlikdən də imtina etməsini mühüm hal kimi qiymətləndirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən təqdim edilən kafe ilə bağlı müqavilə artıq qüvvədən düşmüşdür və cavabdeh bu sənədi təqdim etməklə iddiaçını və dövlət orqanlarını çaşdırmışdır. Cavabdeh üzərinə düşən pul öhdəliyini könüllü şəkildə yerinə yetirmədiyindən, iddiaçının hüquqlarının məhkəmə qaydasında müdafiəsi zəruri hesab edilir. İş üzrə toplanmış sübutların məcmusu, tərəflər arasında mövcud olmuş faktiki münasibətlər, cavabdehin borc öhdəliyini etiraf etməsi və həmin öhdəliyi yerinə yetirməməsi nəzərə alınaraq, məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi əsaslı və qanunidir, cavabdehdən 60335 manat məbləğində borc pulun tutulub iddiaçıya verilməsi üçün hüquqi əsaslar mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bu Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. Qeyd edilən Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Cavabdeh şifahi borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Bununla da, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya 60335 manat məbləğində pulu qaytarmaması nəticəsində, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozduğuna görə, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci bəndinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 60335 manat borc pul vəsaiti tutularaq ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci bəndinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduğundan hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 60335 (altmış min üç yüz otuz beş) manat borc pul vəsaiti tutularaq ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-1245/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1245/2025
15.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver