Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-251/2024 08.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 mart 2006-cı il təvəllüdlü X6 və 19 aprel 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, cavabdehdən hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulub, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 19 aprel 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə onunla cavabadeh arasındakı nikahın pozulması, birgə nikahdan doğulmuş 27 mart 2006-cı il təvəllüdlü X6 və 19 aprel 2009-cu il təvəllüdlü X2 onun himayəsində və yanında saxlanılması, eləcə də, uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin məbləği çox azdır. Hazırda oğlu Amil Türkiyə Respublikasında təhsil alır. Oğlunun təhsil xərclərini, aylıq kirayə pulunu, geyim və yemək-içmək xərclərini ödəməkdə çox çətinlik çəkir. Lakin, cavabdeh ata olaraq indiyə kimi övladının təhsil xərclərində heç bir əlavə köməklik etməmişdir. Bununla yanaşı qızı Aynurə də hazırda 5 fənn üzrə 2-si onlayn , 3-ü isə əyani şəkildə olmaqla hazırlıqlara getdiyindən onun üçün də aylıq 135 manat məbləğində pul ödəyir. Bundan əlavə, uşağın təhsil xərcləri, geyimi, yemək-içməyi və digər təlabatları da var ki, onları qarşılamaq üçün səy göstərir. Cavabdeh oğlu ilə maraqlanmadığı kimi, qızı ilə də maraqlanmamışdır. Ancaq uşağın xərcləri artdığından təyin olunmuş aliment məbləği uşağın xərclərini ödəmir. Eyni zamanda, o, mübahisənin məhkəmədən kənar həll edilməsi üçün mediasiya qurumuna müraciət edərək, mediasiya xərcini ödəmiş, həmçinin 22 dekabr 2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında alimentin artırılması tələbi üzrə razılıq əldə edilmədiyinə görə ilkin medaisiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Ona görə də o, alimentin artırılması üçün məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, X3 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, həmin nikahdan 13 may 2022-ci il tarixdə X12 doğulmuşdur. O, “X5” şirkətində fəhlə olaraq çalışmaqla aylıq gəliri 464 manat təşkil edir. Qeyd edilənlərə əsasən həm yeni nikahdan doğulan uşağının saxlanması, həm də hazırkı iddia üzrə tələb olunan alimentin ödənilməsini maddi cəhətdən təmin etmək iqtidarında deyil. Odur ki, iddia üzrə tələb olunan məbləğdə deyil, aylıq hər ay 100 manat sabit pul məbləğində alimenti qarşı tərəfə ödəməyə razıdır. Ona görə də iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Ucar rayon İHB-nın Əlikənd, Ramal və Şahlıq kəndləri üzrə nümayəndəliyi tərəfindən 03 aprel 2006-cı il tarixdə verilmiş, AZ-İ seriyalı, 738349 nömrəli və Ucar rayonu Əlikənd kənd inzibati ərazi dairəsi tərəfindən 03 mart 2010-cu il tarixdə verilmiş, AZ-İİ seriyalı, 424897 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, müvafiq olaraq ataları Cavabdeh, anaları İddiaçı olan X10 27 mart 2006-cı il tarixdə, X7 isə 19 aprel 2009-cu il tarixdə Ucar şəhərində doğulmuşlar. İşdə olan qanuni qüvvəsini almış Ucar Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(063)-288/2020 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında Ucar rayon İHB-nın Əlikənd, Ramal və Şahlıq kəndləri üzrə nümayəndəliyində 24 iyul 2005-ci il tarixdə, 12 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 27 mart 2006-cı il təvəllüdlü X6 və 19 aprel 2009-cu il təvəllüdlü X2 anası, İddiaçı himayəsində və yanında saxlanılması, eləcə də, uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə 09 oktyabr 2020-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan Ucar rayon qeydiyyat şöbəsi tərəfindən 08 aprel 2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 380957 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflər arasındakı nikah 10 noyabr 2020ci il tarixdə ləğv edilmiş və bu barədə nikahın pozulması haqqında haqqında akt qeydləri kitabında 08 aprel 2021-ci il tarixdə 28 nömrəli qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra ər öz soyadında qalmış, arvada isə "Rəsulova" soyadı verilmişdir. İşdə olan Türkiyə Respublikasının Karamanoğlu Mehmetbey Universitetinin Rektorluğunun Tələbə işləri Şöbəsi tərəfindən verilmiş 19 fevral 2024-cü il tarixli məktubun notarial qaydada təsdiq olunmuş surətindən və öyrənci kimlik kartının surətindən görünür ki, X1 Respublikasının Karamanoğlu Mehmetbey Universitetinin iqtisadiyyat (4 illik bakalavr) bölməsində iqtisadi və idarəetmə elmləri fakültəsi üzrə təhsil alır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan və “X4” MMC tərfindən verilmiş 01 mart 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 05 avqust 2020-ci il tarixdən “X4” MMC-də emal sənayesi üzrə ixtisassız fəhlə işləməklə, aylıq 464 manat əmək haqqı alır. İşdə olan Cavabdeh 08 aprel 2024-cü il tarixdə məhkəməyə daxil olmuş mülahizəsindən görünür ki, o, birgə nikahdan doğulmuş bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə hər ay 100 manat məbləğində alimenti ödəməyə razıdır. İşdə olan 22 dekabr 2023-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün cəmi 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 24 iyul 2005-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan 27 mart 2006-cı il tarixdə Amil və 19 aprel 2009cu il tarixdə Aynurə adlı iki övladları doğulmuşdur. Eyni zamanda, Ucar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə 27 mart 2006-cı il təvəllüdlü Amilin və 19 aprel 2009-cu il təvəllüdlü Aynurənin yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 09 oktyabr 2020-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. İddiaçı hazırda cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə 19 aprel 2009-cu il təvəllüdlü Aynurənin artan tələbatını qarşılaya bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında 05 dekabr 2023-cü il tarixli Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2024-cü il üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 19 aprel 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında 2024-cü il üçün uşağa münasibətdə yaşayış minimumunun 235 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aylıq gəliri, həmin məbləğin onun, eləcə də iddiaçının himayəsində olan uşağın saxlanılması zərurəti nəzərə alınsa, sosial ədalət nöqteyinəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşağın maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun minimum maddi təminatını və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 19 aprel 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Ucar Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(063)-288/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsi sübutlarla təsdiq olunmadığından və bu məbləğin bir qismi iddiaçı tərəfindən müdafiə edilmədiyindən təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı ödəməkdən azad edildiyi 76,40 manat dövlət rüsumunun 36,17%-i, yəni 27,63 (iyirmi yeddi manat 63 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 50 manat məsrəf iddia ərizəsində və məhkəmə baxışında cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 19 aprel 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Ucar Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(063)-288/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi 76,40 manat dövlət rüsumunun 36,17%-i, yəni 27,63 (iyirmi yeddi manat 63 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-251/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-251/2024
08.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver