Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-286/2024 18.03.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 328 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 358 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, cavabdeh 25 mart 2021-ci il tarixdə ondan 480 manat dəyərində “Redmi Note 8” markalı telefon almış, həmin tarixdə ilkin ödəniş olaraq 74 manat ödəmiş, 406 manat borcu qalmışdır və bununla bağlı aralarında nisyə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə görə cavabdeh 25 aprel 2021-ci il tarixdən başlayaraq 406 manatı 7 ay ərzində ödəmək şərti ilə hər ay 58 manat ödəməklə 25 oktyabr 2021-ci il tarixədək tam ödəməli idi. Cavabdeh 25 aprel 2021ci il tarixdə 78 manat ödəmiş, 328 manat borcu qalmışdır. Cavabdehdən dəfələrlə pul ödəməyi tələb etməsinə baxmayaraq bu günədək qalan 328 manat pulu ona ödəməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq bildirdi ki, cavabdehə xəbərdarlıq məktubu göndərmiş, lakin yaranmış borcu ödəməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarından görünür ki, cavabdeh iddiaçıdan 25 mart 2021-ci ildə nisyə olaraq 480 manat dəyərində “Redmi Note 8 64GB” markalı telefon almış və 25 aprel 2021-ci ildən başlayaraq 7 ay müddətində, hər ay 58 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 25 mart 2021-ci il tarixdə ilkin olaraq 74 manat ödəmiş, habelə 25 aprel 2021-ci il tarixdə 78 manat ödəmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 19 yanvar 2024-cü ildə 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh, Ucar rayonu, Alpı kəndində qeydiyyatdadır. İş materiallarında olan fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin (qeydiyyat nömrəsi VÖEN **********) surətindən görünür ki, iddiaçı, 9 saylı Ərazi Vergilər İdarəsində fiziki şəxs kimi 26 dekabr 2016-cı ildə qeydiyyata alınmışdır. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıqda iddiaçı cavabdehə ödənişin başa çatmadığını, 10 gün ərzində ödənilməsini, əks halda alqı-satqı müqaviləsinin müddəalarının pozulmasına görə məhkəməyə iddia ərizəsi veriləcəyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başadüşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh iddiaçıdan nisyə olaraq əşya (telefon) almış və iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçının da cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı və qanunauyğundur, buna görə də iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə borca görə 328 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh borca görə 328 (üç yüz iyirmi səkkiz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 358 (üç yüz əlli səkkiz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-286/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-286/2024
18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver