Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-358/2024 29.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi zərərin əvəzi olaraq 6750 manat məbləğində pulun, eləcə də 88 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, həmkəndlisi X7 ilə aralarında olan şifahi razılaşmaya əsasən o, sonuncuya məxsus torpaq sahəsində taxıl, yəni arpa əkmişdir. Lakin, Cavabdeh öz torpaq sahəsini suvarmaq üçün vurduğu bəndi nəzarətsiz qoyduğundan su daşmış və onun taxıl əkdiyi 3 hektar torpaq sahəsi suyun altında qalmışdır. Nəticədə əkin sahəsi tamamilə məhv olduğundan ona xeyli miqdarda ziyan dəymişdir. Bununla bağlı 21 yanvar 2024-cü il tarixdə Ucar Rayonu İcra Hakimiyyəti başçısının Quləbənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tale Mahmudovun, Dalğa Birliyinin sədri Sadir Rüstəmovun, Quləbənd kənd sakini Vahid Babayevin (torpağın mülkiyyətçisi), Cavabdeh və onun iştirakları ilə akt tərtib edilmişdir. Lakin, cavabdeh su başmış ərazinin çox olduğunu bəhanə edərək aktı imzalamaqdan imtina etmişdir. O, hər il həmin torpaq sahəsinin hər hektarından təxminən 5 ton məhsul götürmüşdür. Əgər 3 hektar torpaq sahəsi suyun altında qalmasaydı bu zaman həmin sahədən 15 ton məhsul götürməli idi. Belə ki, hazırda arpanın orta bazar qiyməti 45 manat təşkil etdiyindən 15 ton arpanın qiyməti 6750 manat təşkil edir. Belə olan halda cavabdeh tərəfindən ona 6750 manat məbləğində maddi ziyan dəymişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, İddiaçı əlavə olaraq bildirdi ki, sözügedən torpağın mülkiyyətçisi Vahid Babayevlə həmin torpaqda tərəfindən aparılan əkin biçin işləri götürüləcək faydanın şərikili bölünməsi şərtilə razılaşdırılmışdır. Odur ki, hesab edir ki, iddiası əsaslıdır və buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ona qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan maddi zərərin əvəzi olaraq 6750 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, onun tərəfindən iddiaçıya heç bir zərər vurulmamışdır. İddiaçı onun tərəfindən torpaq sahəsinin suyun altında qalmasını iddia etsə də, həmin torpaq sahəsi ilə onun torpaq sahəsinin arasında xeyli məsafə olduğundan bu halın baş verməsi mümkün deyildir. Bununla bağlı 21 yanvar 2024-cü il tarixdə Ucar Rayonu İcra Hakimiyyəti başçısının Quləbənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tale Mahmudovun, Dalğa Birliyinin sədri Sadir Rüstəmovun, Quləbənd kənd sakini Vahid Babayevin, İddiaçı və onun iştirakı ilə akt tərtib edilmişdir. Lakin, həmin akt düzgün araşdırılma aparılmadan qanunsuz və əsassız tərtib olunmuşdur. Həmçinin onu da qeyd edir ki, sözügedən torpaq sahəsi mülkiyyət hüququ əsasında iddiaçıya deyil, X3 məxsusdur. Beləliklə, iddiaçının hazırkı iddiasının heç bir əsası olmadığından iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 18 noyabr 2022-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Ucar rayonu, Qulabənd kəndində yerləşən 7,14 ha kənd təsərüfatlı torpaq sahəsi X2, X6, X1, X4, X8 və X5 adına ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 57 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində dövlət qeydiyyatına alınmışdır. İşdə olan 21 yanvar 2024-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyəti Başçısının Quləbənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tale Mahmudovun, Dalğa Birliyinin sədri Sadir Rüstəmovun, Quləbənd kənd sakini (mülkiyyətçi) Vahid Babayevin, İddiaçı tərtib etdikləri aktdan görünür ki, Ucar rayonu, Alpı kənd sakini Cavabdeh İddiaçı tərəfindən əkilmiş 3 hektar taxıl sahəsinə suyu qoşaraq sonuncuya ziyan vurmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş 17 noyabr 2022-ci il tarixli daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/319 nömrəli arayışın surətindən görünür ki, X3 məxsus Ucar rayonu, Qulabənd kəndində yerləşən 7,14 ha torpaq sahəsinin 17 noyabr 2022-ci il tarixinə olan bazar dəyəri 7000 manat təşkil edir. İşdə olan 01 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia tələbi üzrə 88 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bu mənada, tərəflərin izahatı, işin faktiki halları, o cümlədən tədqiq edilmiş mötəbər sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, Ucar rayonu, Qulabənd kəndində yerləşən 7,14 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. X7 ilə həmkəndlisi, İddiaçı arasında olan şifahi razılaşmaya əsasən Vahid Babayev ona məxsus torpaq sahəsinin bir hissəsini taxıl əkməsi üçün iddiaçıya vermişdir. İddiaçı sözügedən torpaq sahəsinin 3 hektar hissəsində taxıl əkmiş, əkilmiş sahəyə ziyan dəydiyindən, yəni həmin sahə su altında qaldığından hazırkı iddia ilə məhkəmə müdafiəsindən istifadə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ilə bəlli oldu ki, İddiaçı ümumi birgə mülkiyyət hüququ əsasında X3 məxsus, Ucar rayonu, Qulabənd kəndində yerləşən 7,14 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsində aralarında hər hansı rəsmi razılaşma olmadan əldə ediləcək faydanın müştərək bölünməsi şərtilə əkin biçin işləri aparmışdır. Belə olan halda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilik şəxslərə məhkəmə müdafiəsindən istifadə etmək hüququ verməklə yanaşı, həmin hüququn çərçivəsini və qanuniliyini də dəqiq müəyyən etmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadlıqlarına, eləcə də maraqlarının hər hansı bir formada pozulması iş materiallarında olan mövcud sübutlarla öz təsdiqini tapmır. Yəni, iddiaçı cavabdehə qarşı hazırkı iddianı qaldırmaqda hüquqi səlahiyyətə (hüquqi ixtiyara) malik olmamış və öz hərəkətlərini əsaslandıran sübuta malik deyildir. Bu təqdirdə isə iddianın təmin edilməsi istisna edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilmədi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 88 (səksən səkkiz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 88 (səksən səkkiz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-358/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-358/2024
29.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver