Məhkəmə qərarları › İş №2(063)-40/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-40/2025

14.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-40/2025 14.03.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə olunmuş Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 99 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinin satışından əldə olunmuş pul məbləğinin yarısının, yəni 25000 manat məbləğində pulun və məhkəməyə iddia ərizəsi vermək üçün ödədiyi 165 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş həyat yoldaşıdır. Belə ki, o, cavadeh ilə 2005-ci ildə faktiki, 17 mart 2006-cı ildə isə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan 03 iyul 2006-cı il təvəllüdlü X6 və 18 iyun 2009-cu il təvəllüdlü X7 adlı iki övladları olmuşdur. O, cavabdeh ilə boşanmaq qərarına gəldiyi üçün, qanuna müvafiq olaraq ilkin mediasiya sessiyasının keçirilməsindən ötrü Mediasiya Şurasına müraciət etmişdir. 25 dekabr 2023-cü il tarixdə mediasiya prosesi zamanı nikahın pozulması, birgə nikahdan əldə edilmiş əmlakın bölünməsi, uşaqların ananın himayəsində qalması və aliment tələbi üzrə tam mediasiya sessiyası keçirilmişdir. Mediasiya prosesi zamanı cavabdeh ilə aralarında 25 dekabr 2023-cü il tarixdə “barışıq sazişi” bağlanmışdır. Belə ki, həmin barışıq sazişinə əsasən 03 iyul 2006-cı il təvəllüdlü X2 və 18 iyun 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər yanvar ayın 1-dən 10-dək 470 manat sabit pul məbləğində aliment ödəməyi, Cavabdeh 03 iyul 2006-cı il təvəllüdlü X6 və 18 iyun 2009-cu il təvəllüdlü X7 ilə hər həftənin bazar günü günorta saat 13:00-dan axşam 18:00-dək ünsiyyətdə olmasına dair, eləcə də, Cavabdeh Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 99 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinin 1 ay ərzində satışını həyata keçirərək bu satışdan əldə olunacaq pul vəsaitinin 50 faizini ona ödəməyi öhdəsinə götürmüşdür. Mediasiya təşkilatında cavabdeh ilə barışıq sazişi bağlasa da, cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırtdığı üçün məhkəməyə müraciət etmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)-381/2024 saylı, 22 fevral 2024-cü il tarixli qətnaməsi ilə ərizəsi qismən təmin edilərək, 25 dekabr 2023-cü il tarixdən başlayaraq, 03 iyul 2006-cı il təvəllüdlü X2 və 18 iyun 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün maraqlı şəxs Cavabdeh onun xeyrinə hər ay, hər uşaq üçün 235 manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulmasına, eləcə də, maraqlı şəxs Cavabdeh 03 iyul 2006-cı il təvəllüdlü X6 və 18 iyun 2009-cu il təvəllüdlü X7 ilə hər həftənin bazar günü günorta saat 13:00-dan axşam 18:00-dək ünsiyyətdə olmasına dair onun ilə maraqlı şəxs Cavabdeh arasında 25 dekabr 2023-cü il tarixdə bağlanmış, mediasiya reyestrində MŞB/8/2023-02625 nömrə ilə qeydiyyata alınmış barışıq sazişinin təsdiq edilməsi, ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, maraqlı şəxs tərəfindən sazişin münahisələndirilən 5-ci bəndinə münasibətdə, yəni Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 99 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinin (tərəflərin birgə nikahı dövründə əldə edilməsi müəyyən olunmaqla açıq hərracdan satışa çıxarılaraq əldə ediləcək pul vəsaitinin tərəflər arasında yarı bölünməsi barədə sazişi tərtib etsə də) satılaraq tərəflər arasında bölgüsünə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, mediasiya təşkilatı tərəfindən sözügedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb-alınmaması müəyyən edilmədən, yəni əmlakın hüquqi rejimi aşkar edilmədən saziş tərtib edilərək imzalanmışdır. Sözügedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə məlumatlar olmadığından həmin hissədə bəndin təsdiq edilməsi istisna edilir. Hakimin verdiyi qərardan narazı qalsa da, vəkilinin məsuliyyətsizliyindən zamanında qətnamədən şikayət verə bilməmişdir. Lakin Ucar Rayon Məhkəməsinin qətnaməsindən də görünür ki, həmin bəndin təsdiq edilməməsinin yeganə səbəbi evin özbaşına tikili olmasıdır. Lakin həmin evin birgə nikah dövrü əldə edilmiş və onların orada yaşamaqları mübahisənin predmeti deyildir. Həmçinin, həmin evin cavabdeh tərəfindən satışa çıxarılmasına dair video material növündə sübutları var. Hal-hazırda həmin ev satılmışdır və cavabdeh ona və övladlarına pul verməkdən konkret olaraq imtina etmişdir. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 99 kv.metr olan 4 otaqlı fərdi yaşayış evini birgə nikah dövründə almışlar. Onda olan dəqiq məlumata görə cavabdeh sözügedən evi 50000 manata satmış və bu satışdan əldə olunan puldan ona bir manat belə olsun verməmişdir. Nəticədə onlar yaşadıqları evdən məhrum olunmaqla yanaşı kirayədə yaşamaq məcburiyyətində qalmışıdır, ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi. Cavabdeh məhkəməyə mülki iş üzrə iddia ərizəsinə etiraz göndərmiş və etirazda göstərmişdir ki, o, iddiaçı ilə Bakı şəhərində yaşamışdır. Həmin vaxt o, tanışına məxsus evi, yəni Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 99 kv.m olan 4 otaqlı evi pulunu hissə-hissə verməklə almaq istəmişdir. Həmin ev yaşayış üçün elə də normal deyildir. Həmin evə aid heç bir sənəd olmamışdır. Onların birgə nikahları pozularkən o, hüquqi cəhətdən savadı olmadığından və mediator ona arayışda qeyd etdiklərini başa salmadığından o, həmin mediasiya arayışını imzalamışdır. Əslində isə həmin ev ona yox, tanışına məxsusdur. Heç tanışının da adına heç bir sənəd yoxdur. Onların birgə nikahları pozulduqdan sonra o, evi 13000 manata tanımadığı şəxsə satmışdır. Evin sənədi olmadığından satmaq deyil, elə-belə pulu alıb evdən çıxmışdır. İddiaçı isə iddia ərizəsində həmin evi onun guya 50000 manata satmağını bildirmişdir. Həmin yerdə heç sənədli evlər o, qiymətə deyil. Ucar Rayon Məhkəməsinin qətnaməsində də həmin evin özbaşına tikili olması qeyd edilmişdir. Bundan əlavə, həmin ev birgə nikah dövründə əldə edilsə də həmin torpaq sahəsinin heç bir sənədi yoxdur. Ancaq həmin evin mülkiyyətçisi kim olması belə heç kimə bəlli deyildir. Əgər evin hüquqi sənədi olsaydı, onda mülkiyyətçidən söz gedə bilərdi. Odur ki, iddiaçının ona qarşı pul tələbi barədə iddiasının rədd edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirdi və izahatında iddia ərizəsinə etirazda göstərilənləri təsdiq etdiyini bildirdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(063)- 381/2024 nömrəli qətnaməsi ilə ərizəçi İddiaçı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi qismən təmin edilmiş, 25 dekabr 2023-cü il tarixdən başlayaraq, 03 iyul 2006-cı il təvəllüdlü X2 və 18 iyun 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün maraqlı şəxs Cavabdeh ərizəçi İddiaçı xeyrinə hər ay hər uşaq üçün 235 manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulmasına, eləcə də, maraqlı şəxs Cavabdeh 03 iyul 2006-cı il təvəllüdlü X6 və 18 iyun 2009-cu il təvəllüdlü X7 ilə hər həftənin bazar günü günorta saat 13:00-dan axşam 18:00-dək ünsiyyətdə olmasına dair ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında 25 dekabr 2023-cü il tarixdə bağlanmış, mediasiya reyestrində MŞB/8/2023-02625 nömrə ilə qeydiyyata alınmış barışıq sazişinin təsdiq edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi, qətnamənin dərhal icraya yönəldilməsi qət edilmişdir. İş materiallarında olan 25 dekabr 2023-cü il tarixdə bağlanmış və mediasiya reyestrində MŞB/8/2023-02625 nömrəsi ilə qeydə alınmış barışıq sazişində aşağıdakılar göstərilmişdir:

1. Birinci tərəf: İddiaçı Sazişi imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Cavabdeh ilə Ucar rayon İ.K.B-nın Bərgüşad kəndi üzrə nümayəndiliyində xx.xx.2006-ci il tarixdə №12 qeydi ilə bağlanan nikahın pozulmasına (ləğv edilməsinə) razıdır.

2. Birinci tərəf: İddiaçı Sazişi imzalandıqdan sonra İkinci tərəf: Cavabdeh ilə faktiki nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2006-cı il təvəllüdlü X2 və birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2009-cu il təvəllüdlü X3 (ananın) yanında (himayəsində) qalmalarına razıdır.

3. Birinci tərəf: İddiaçı Sazişi imzalandıqdan sonra İkinci tərəf: Cavabdeh ilə faktiki nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2006-cı il təvəllüdlü X2 və birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf: Cavabdeh xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 1-dən 10-dək (İkinci tərəfə təqdim edəcəyi bank hesabına) hər uşağa görə 235 (iki yüz otuz beş) AZN ümumlikdə 470 (dörd yüz yetmiş) AZN sabit pul məbləğində aliment ödəcəyi ilə bağlı götürdüyü öhdəliklə razıdır.

4. Birinci tərəf: İddiaçı Sazişi imzalandıqdan sonra İkinci tərəf: Cavabdeh ilə faktiki nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2006-cı il təvəllüdlü X6 və birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2009-cu il təvəllüdlü X7 ilə xx.xx.2024-cü il tarixdən etibarən ayda 4 dəfə olmaqla hər həftənin bazar günü günorta saat 13:00-dan bazar günü axşam saat 18:00-a dək (ananın iştirakı olmadan) İkinci tərəf atası Cavabdeh ilə ünsiyyətdə olmalarına şərait yaradacağına dair öhdəlik götürür.

5. Birinci tərəf: İddiaçı Sazişi imzalandıqdan sonra ikinci tərəf: Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri 0.03 ha torpaq sahəsinədə inşa etdikləri İkinci tərəf: Cavabdeh adına İcra Hakimiyyəti tərəfindən inşasına icazə verilmiş (kommunal işıq, qaz, su ikinci tərəfin adına olan) daşınmaz əmlak Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 99 kv.m olan 4 (dörd) otaqlı fərdi yaşayış evinin 1 (bir) ay ərzində satışını həyata keçirərək bu satışdan əldə olunacaq pul vəsaitinin 50% (əlli faizinin) ona Birinci tərəf: İddiaçı ödəniləcəyinə (çatacağına) dair İkinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır.

6. Birinci tərəf: İddiaçı Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və İkinci tərəfə qarşı digər tələblərinin olmadığını təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür.

7. 1. İkinci tərəf: Fərmanov X5 imzalandıqdan sonra Birinci tərəf: İddiaçı ilə Ucar rayon İ.K.B-nın Bərgüşad kəndi üzrə nümayəndiliyində xx.xx.2006-cı il tarixdə №12 qeydi qeydi bağlanan nikahın pozulması (ləğv edilməsinə) razıdır.

2. İkinci tərəf: Fərmanov X5 imzalandıqdan sonra Birinci tərəf: İddiaçı ilə faktiki nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2006-cı il təvəllüdlü X2 və birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2009-cu il təvəllüdlü X3 Birinci tərəf: İddiaçı (ananın) yanında (himayəsində) qalmalarına razıdır.

3. İkinci tərəf: Fərmanov X5 imzalandıqdan sonra Birinci tərəf: İddiaçı ilə faktiki nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2006-cı il təvəllüdlü X2 və birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 1-dən 10-dək Birinci tərəf: İddiaçı (Birinci tərəfin təqdim ona edəcəyi bank hesabına) hər uşağa görə 235 (iki yüz otuz beş) AZN ümumlikdə 470 (dörd yüz yetmiş) AZN sabit pul məbləğində aliment ödəcəyi ilə bağlı öz üzərinə öhdəlik götürür. 4.lkinci tərəf: Fərmanov X5 imzalandıqdan sonra Birinci tərəf: İddiaçı ilə faktiki nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2006-cı il təvəllüdlü X6 və birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2009-cu il təvəllüdlü X7 ilə xx.xx.2024-cü il tarixdən etibarən ayda 4 dəfə olmaqla hər həftənin bazar günü günorta saat 13:00-dan bazar günü axşam saat 18:00-dək (ananın iştirakı olmadan) ünsiyyətdə olmasına Birinci tərəfin şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır.

5. İkinci tərəf: Fərmanov X8 imzalandıqdan sonra Birinci tərəf: İddiaçı ilə birgə nikah dövründə əldə etdikləri 0.03 ha torpaq sahəsinədə inşa etdikləri onun adına İcra Hakimiyyəti tərəfindən inşasına icazə verilmiş (kommunal işıq, qaz, su onun ikinci tərəfin adına olan) daşınmaz əmlak Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 99 kv.m olan 4 (dörd) otaqlı fərdi yaşayış evinin 1 (bir) ay ərzində satışını həyata keçirərək bu satışdan əldə olunacaq pul vəsaitinin 50 % (əlli faizinin) Birinci tərəf: İddiaçı ödəniləcəyinə (çatacağına) dair öz üzərinə öhdəlik götürür.

6. İkinci tərəf: Cavabdeh Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir. İş materiallarında olan "xxxx" MMC-nin 15 avqust 2024-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanında istifadədə olan 0.03 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin hazırki bazar qiyməti 13200 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 28 oktyabr 2024-cü il tarixli hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evinin 28 oktyabr 2024-cü il tarixinə bazar dəyəri 41100 manat kimi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 24 yanvar 2025-ci il tarixli hesabatından görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində, 0,03 ha torpaq sahəsi üzərində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 99,0 kv.metr olan, 4 otaqlı fərdi yaşayış evinin hazırkı bazar qiyməti 42000 manat və likvid qiyməti 35000 manat təşkil edir. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatdadır. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir əmlakın ərarvadın birgə mülkiyyəti hesab edilə bilməsi üçün həmin əmlak məhz nikah müddətində ər-arvadın qazancları hesabına əldə edilmiş olmalı, hədiyyə və ya vərəsəlik qaydasında aldıqları əmlak isə onların hər birinin ayrıca mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyərək, işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iş materialları ilə müəyyən edilir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində, 0,03 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli ümumi sahəsi 99 kv.metr olan 4 otaqlı fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə qazandıqları əmlakdır, qeyd olunan daşınmaz əmlak dövlət reyestrində qeydə alınmasa da iş materiallarından görünür ki, tərəflər arasında mediasiya prosesində həmin əmlakla bağlı barışıq sazişi bağlanmışdır. İddiaçı, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 99 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinin satışından əldə olunmuş pul məbləğinin yarısının, yəni 25000 manat məbləğində pulun və məhkəməyə iddia ərizəsi vermək üçün ödədiyi 165 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, tərəflər azad surətdə və şərtlərini müəyyənləşdirməklə mediasiya prosesində barışıq sazişi bağlamışlar, odur ki, sonuncu hesabatda (rəydə) daşınmaz əmlakın likvid qiyməti nəzərə alınmaqla iddia qismən təmin edilməli, Abşeron rayonu, Hökməli qəsəbəsində, 0,03 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli ümumi sahəsi 99 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinin hazırkı likvid qiymətinin-35000 (otuz beş min) manatın ikidə bir hissəsi 17500 (on yeddi min beş yüz) manat məbləğində pul, habelə ödənilmiş dövlət rüsumuna görə 115 (bir yüz on beş) manat 50 (əlli) qəpik məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə, cavabdehin etirazı və izahatı ilə bağlı qeyd edir ki, mülki prosessual qanunvericiliyinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki prosessual qanunvericiliyin qeyd olunan tələbi nəzərə alınmaqla iddiaçıdan və cavabdehdən iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 300 manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və 350 manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Abşeron rayonu, Hökməli qəsəbəsində, 0,03 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli ümumi sahəsi 99 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinin hazırkı likvid qiymətinin-35000 (otuz beş min) manatın ikidə bir hissəsi 17500 (on yeddi min beş yüz) manat məbləğində pul, habelə ödənilmiş dövlət rüsumuna görə 115 (bir yüz on beş) manat 50 (əlli) qəpik məbləğində pul Cavabdeh alınıb İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. İddiaçı və Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 300 (üç yüz) manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və 350 (üç yüz əlli) manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar