Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-493/2024 06.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X18 oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X14 cavabdeh X5 qarşı "alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ucar Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(063)-730/2020 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılması və 17 iyun 2010-cu il tarixdə doğulmuş X3 və 16 aprel 2015-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər birinə görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin cavabdeh X2 alınaraq, mənə verilməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, cavabdeh X10 ilə 07 aprel 2009-cu il tarixdə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından 17 iyun 2010-cu il tarixdə X11 və 16 aprel 2015-ci il tarixdə X15 adlı 2 qızları doğulmuşdur. Cavabdehin ailəsinə baxmaması, onun adına bankdan kredit götürüb öz şəxsi işləri üçün xərcləməsi, ailəsinə laqeyid olması, ailəsi ilə maraqlanmaması səbəbindən onların münasibətləri pozulmağa başlamışdır. Bundan sonra, o, məhkəməyə nikahın pozulması və aliment tələbi barədə iddia ərizəsi ilə müraciət etmişdir. O zaman cavabdeh hərbiçi olmuş, əmək haqqısı müntəzəm və dəyişməyən olmuş, ona görə də iddianın aliment tələbi hissəsinin qazancından tutulmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 2(063)-25/2016 nömrəli qətnaməsi ilə onun cavabdeh ilə Ucar rayon qeydiyyat şöbəsi tərəfindən 106 nömrə ilə qeyd edilmiş olan 07 aprel 2009-cu il tarixli nikah pozulmuş, onların birgə nikahlarından olan uşaqları Məryəm və Fatimənin onun yanında qalmaları müəyyən edilmiş, cavabdehdən 27 noyabr 2015-ci il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutulub 17 iyun 2010-cu il tarixdə anadan olmuş Məryəmin və 16 aprel 2015-ci il tarixdə anadan olmuş Fatimənin yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsi qət edilmişdir. Boşanandan az bir müddət sonra ona məlum olmuşdur ki, cavabdeh hərbidə cinayət törətdiyi üçün həbs olunmuşdur və məlum olduğuna görə 2019cu ilin ortalarında, təxminən may-iyun aylarında həbsdən çıxmışdır. Həbsdən çıxandan sonra o, cavabdehə alimenti ödəməsi üçün xəbər göndərsə də, buna məhəl qoymamışdır. Hətta cavabdehin anasına və qardaşlarına da xahiş etmişdir ki, cavabdehə təsir edərək uşaqların alimentini ödətdirsinlər. Bir müddət sonra, yəni 2020-ci ilin fevral ayından cavabdeh hər ay 150 manat aliment ödəməyə başlamış, lakin əvvəlki aliment borcundan ödəniş etməmişdir. Cavabdehin Rusiya Federasiyasında qardaşı olur və cavabdeh də həbsdən çıxandan bir müddət sonra, təxminən 2019-cu ilin sonralında işləmək üçün qardaşının yanına getmişdir. Cavabdeh işdən çıxdığı üçün alimentin cavabdehdən sabit pul məbləğində tutulması zərurəti yaranmışdır. Buna görə də o, 2020-ci ildə cavabdehə qarşı alimentin sabit pul məbləğində tutulması tələbi barədə iddia ərizəsi ilə Ucar Rayon Məhkəməsinə müraciət etmiş, Ucar Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(063)-730/2020 nömrəli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, cavabdeh X2 21 oktyabr 2020-ci ildən başlayaraq 17 iyun 2010-cu ildə doğulmuş X3 və 16 aprel 2015-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər birinə görə 115 manat olmaqla, cəmi 230 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Hal-hazırda da cavabdeh əvvəlki, yəni Ucar Rayon Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 2(063)-25/2016 nömrəli qətnaməsi ilə təyin edilmiş aliment borcundan ümumiyyətlə ödəniş etmir, Ucar Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(063)- 730/2020 nömrəli qətnaməsi ilə təyin olunmuş alimenti də kəsirlə, yəni 200 manat olmaqla ödəyir. Hal-hazırda qızı Məryəm 8-ci sinifdə, Fatimə isə 3-cü sinifdə oxuyur, uşaqlar böyüdükcə günbəgün təlabatları artır, bu isə bir ata kimi cavabdehi maraqlandırmır. Odur ki, hazırda Ucar Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(063)-730/2020 nömrəli qətnaməsi ilə təyin olumuş aliment artırılmalıdır. Mübahisənin məhkəmədən kənar həll edilməsi üçün ilkin mediasiya sessiyasında iştirak etsə də qarşı tərəf həmin sessiyada iştirak etmədiyindən mediator ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 24 aprel 2023-cü il tarixli arayış vermişdir. Həmin arayışdan da göründüyü kimi mediasiyaya dair xərcini də o, ödəmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçı X16 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin məlum olan axırıncı yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada bildiriş vərəqələri göndərilmiş, lakin cavabdeh xarici ölkədə yaşadığına görə bildiriş vərəqələrini təqdim etmək mümkün olmamış və bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyat aparılmış məhkəmə bildirişi məhkəməyə daxil olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 147, 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Ucar rayon qeydiyyat şöbəsi tərəfindən 21 sentyabr 2011-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 700254 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, atası X10, anası X8 olan X11 17 iyun 2010-cu il tarixdə Ucar şəhərində doğulmuşdur. İşdə olan Ucar rayon qeydiyyat şöbəsi tərəfindən 10 iyul 2015-ci il tarixdə verilmiş, AZ-İİİ seriyalı, 553172 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, atası X10, anası X8 olan X12 16 aprel 2015-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. İşdə olan Ucar rayon qeydiyyat şöbəsi tərəfindən 18 may 2016-cı il tarixdə verilmiş, AZ-İ seriyalı, 229231 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 və X8 ilə olan nikah ləğv edilmişdir. İşdə olan Ucar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 18 noyabr 2020-ci il tarixli, 2(063)-730/2020 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X2 21 oktyabr 2020-ci ildən başlayaraq 17 iyun 2010-cu ildə doğulmuş X3 və 16 aprel 2015-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər birinə görə 115 (bir yüz on beş) manat olmaqla, cəmi 230 (iki yüz otuz) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X9 verilməsi qət edilmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemində olan X7 şəxsi məlumatlarından görünür ki, Gülnar Əliyeva “Ucar Rayon Mərkəzi Xəstəxanası” X27 tibb bacısı işləməklə, aylıq 916 manat əmək haqqı alır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 07 aprel 2009-cu il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan 17 iyun 2010-cu il tarixdə X11 və 16 aprel 2015-ci il tarixdə X15 adlı övladları doğulmuşdur. Eyni zamanda, Ucar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 18 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 17 iyun 2010-cu il təvəllüdlü X3 və 16 aprel 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün bu məhkəmənin 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 115 manat olmaqla, 230 manat sabit pul məbləğində aliment tutulmuşdur. İddiaçı hazırda cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə 17 iyun 2010-cu il təvəllüdlü X3 və 16 aprel 2015-ci il təvəllüdlü X6 artan tələbatlarını qarşılaya bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında 05 dekabr 2023-cü il tarixli Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2024-cü il üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 09 sentyabr 2012-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında 2024-cü il üçün uşağa münasibətdə yaşayış minimumunun 235 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aylıq gəliri, həmin məbləğin onun, eləcə də iddiaçının himayəsində olan uşağın saxlanılması zərurəti nəzərə alınsa, sosial ədalət nöqteyinəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşağın maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun minimum maddi təminatını və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 17 iyun 2010-cu il təvəllüdlü X3 və 16 aprel 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Ucar Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(063)-730/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək cavabdeh X2 iddiaçı X7 xeyrinə hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsi sübutlarla təsdiq olunmadığından və bu məbləğin bir qismi iddiaçı tərəfindən müdafiə edilmədiyindən təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı X7 ödəməkdən azad edildiyi 76,40 manat dövlət rüsumunun 68,08%-i, yəni 51,74 (əlli bir yetmiş manat dörd qəpik) manatı cavabdeh X2 alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 27 iyul 2014-cü il təvəllüdlü X4 və 13 dekabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Ucar Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2(063)- 100/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi 76,40 manat dövlət rüsumunun 68,08%-i, yəni 51,74 (əlli bir yetmiş manat dörd qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-493/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-493/2024
06.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver