Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-6/2024 30.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı zərərin ödənilməsi barədə iddia ərizəsi və tələbin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən vurduğu zərərin əvəzi olaraq 2143 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alıaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 20 iyul 2020-ci il tarixdə, saat 15:20 radələrində Ucar şəhəri, Oğuz küçəsi ərazisində cavabdeh özünə məxsus “VAZ-21060” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərəkən yol hərəkəti qaydalarını pozaraq onun idarə etdiyi, ona məxsus “VOLKSWAGEN PASSAT” markalı, ** FK *** nömrəli avtomobilinə toxunaraq əzmiş, nəticədə ona 3680 manat zərər dəymişdir. Bu barədə Ucar Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsində araşdırma aparılmışdır. Buna dair Ucar Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsində 20 iyul 2020-ci il tarixdə İXP ******* nömrəli protokol tərtib edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsini pozduğu üçün cavabdehin barəsində yol-patrul xidmətinin inspektoru X4 20 iyul 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Bununla da cavabdehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkibini yaradan inzibati xəta törətməsi sübut olunmuşdur. Cavabdehə məxsus “VAZ-21060” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" tərəfindən sığortalandığı üçün ona dəymiş ziyana görə sığorta şirkəti tərəfindən 870 manat pul ödənilmişdir. Ancaq ona dəymiş ziyanın məbləği 3680 manat təşkil edir. Cavabdehin inzibati xəta törətməsi nəticəsində ona məxsus “VOLKSWAGEN PASSAT” markalı, ** FK *** nömrəli avtomobilə dəymiş zərəri "xxxx" MMC-də avtomobil ustaları baxıb, hesablayıb zərərin məbləği barədə ona arayış təqdim etmişlər. İş üzrə ekspertiza keçirilib rəy verilmişdir. Ekspert rəyində zərərin miqdarı 3013 manat müəyyən edilmişdir, "xxxx" Şirkəti isə ona 870 manat pul ödəmişdir. Belə olan halda dəymiş zərərə görə 2143 manat cavabdehdən alıaraq ona ödənilməlidir. İddiaçı məhkəmə iclasında sonuncu tələb həcmində iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və əvvəlki məhəkəmə iclaslarında verdiyi izahatını təsdiq etdiyini bildirdi, əlavə olaraq bildirdi ki, rəylərlə tanış olmuş və etirazı yoxdur. Cavabdehə məhkəmə iclasının vaxt və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Cavabdeh iddiaya qarşı etiraz göndərmiş və etirazda göstərmişdir ki, 20 iyul 2020ci il tarixdə, saat 15:20 radələrində Ucar şəhəri, Oğuz küçəsi ərazisində özünə məxsus “VAZ-21060” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, təsadüfən iddiaçıya məxsus “VOLKSWAGEN PASSAT” markalı, ** FK *** nömrəli avtomobilə toxunaraq həmin avtomobilə az miqdarda ziyan vurmuşdur. Ona məxsus olan “VAZ-21060” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Şirkəti tərəfindən sığorta edildiyi üçün hadisə vaxtı iddiaçının avtomaşınına yerində "xxxx" Şirkətinin işçiləri tərəfindən baxış keçirilmişdir. Bundan sonra məlum olmuşdur ki, tərəfindən iddiaçının idarə etdiyi avtomaşına 870 manat maddi ziyan dəymişdir. Bu səbəbdən də həmin sığorta şirkəti tərəfindən iddiaçıya 870 manat dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Ucar Rayon Polis Şöbəsinin 20 iyul 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolunun və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh 20 iyul 2020-ci il tarixdə, saat 15:20də “VAZ-21060 MİNİK” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2021-ci il tarixli, 9/1242 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən təqdim edilmiş 17 oktyabr 2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Volksvagen Passat” markalı, ** FK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3013,0 manat müəyyən edilir. İş materiallarında olan "xxxx" MMC-nin qiymətləndirmə hesabatından görünür ki, “VOLKSWAGEN PASSAT” markalı, ** FK *** dövlət qeydiyyat nişanlı avtomobilə 20 iyul 2020-ci ildə baş vermiş qəza nəticəsində dəymiş ziyanın məbləği 3620 manat təşkil edir. İş materiallarında olan AC seriyalı, 442400 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki “VOLKSWAGEN PASSAT MİNİK” markalı, ** FK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. İş materiallarında olan AC seriyalı, 759315 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki “VAZ-21060 MİNİK” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdehdur. İş materiallarında olan AA0226012 nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatdan görünür ki, iddiaçı, Ucar şəhəri, Oğuz küçəsi, ev 3, mənzil 3-də qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 15196260 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh, Ucar şəhəri, Oğuz küçəsi, ev 38-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, cavabdehin təqsirli hərəkəti nəticəsində, yəni 20 iyul 2020-ci il tarixdə, saat 15:20 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçının sahibliyində olan “VOLKSWAGEN PASSAT MİNİK” markalı, ** FK *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Ucar Rayon Polis Şöbəsinin 20 iyul 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolunun və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh 20 iyul 2020-ci il tarixdə, saat 15:20-də “VAZ-21060 MİNİK” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən sonuncunun törətdiyi inzibati xəta nəticəsində vurduğu ziyanı tələb etmək hüququ vardır. İş üzrə keçirilmiş ekspert rəyində avtomobilin təmir-bərpa xərcinin avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3013,0 manat, qiymətləndirmə hesabatında isə dəymiş ziyanın məbləği 3620 manat olduğu müəyyən edilmişdir. Odur ki, məhkəmə cavabdehin etirazında göstərdiklərini əsaslı hesab etmir. İddiaçı tələbin həcminin azaldılması barədə ərizə vermiş, habelə ərizədə sığorta şirkəti tərəfindən ona 870 manat ödənildiyini göstərmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə iddia tələbi həcmində işə baxdığından və iddiaçı dəymiş zərərə görə tələbin həcminin azaldılması barədə ərizə verdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, qanunvericiliyin qeyd olunan tələbinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə cavabdehdən 100 manat X2 hesabına və 100 manat "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə cavabdehdən zərərə görə 2143 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 2173 manat məbləğində pul tutularaq iddiaçıya verilməli, habelə mülki prosessual qanunvericiliyin qeyd olunan tələbi nəzərə alınmaqla mülki iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə cavabdehdən 100 manat X2 hesabına və 100 manat "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh zərərə görə 2143 (iki min yüz qırx üç) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 2173 (iki min yüz yetmiş üç) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 100 (bir yüz) manat X2 hesabına və 100 (bir yüz) manat "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-6/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-6/2024
30.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver