Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-657/2024 28.06.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının artırılması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 04 iyul 2016-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ucar Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarının artırılmasını və cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində alimentin tutularaq ona verilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh ilə 07 noyabr 2016-cı il tarixdə nikahlarını Ucar rayon qeydiyyat şöbəsində 238 nömrə ilə qeydə aldırmışlar. Birgə nikahlarından 04 iyul 2016-cı il tarixdə X5 dünyaya gəlmişdir. Ucar Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh ilə aralarında bağlanmış 07 noyabr 2016-cı il tarixli nikah pozulmuşdur. Ucar Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə 04 iyul 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 115 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Ucar Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli qətnaməsi ilə Ucar Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(063)-359/2020 nömrəli qətnaməsinə əsasən 04 iyul 2016-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən sabit pul məbləğində tutulan 115 manat alimentin miqdarı artırılaraq hər ay üçün 160 manat müəyyən edilmiş və həmin miqdarda alimentin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq cavabdehdən tutulub 04 iyul 2016-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi qət edilmişdir. Hesab edir ki, Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin tələblərinə əsasən birgə nikahlarından doğulmuş və yetkinlik yaşına çatmamış uşağın mənafeyini və onun böyüdükcə artan tələbatını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması şərtlərini, onun azyaşlı uşağının saxlanılması üçün artan tələbatını təkbaşına ödəyə bilməməsi nəzərə alınmalı, 04 iyul 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ucar Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarı artırılmalı və cavabdehdən uşağın saxlanılması üçün hər ay 235 manat məbləğində aliment tutularaq ona verilməlidir. Təyin edilmiş alimentin miqdarının artırılması üçün Mediasiya Şurasına müraciət etmişdir. Buna görə Mediasiya Şurası tərəfindən arayış verilmişdir. Ancaq nəticə olmadığı üçün məhkəməyə müraciət etmişdir. Əlavə olaraq bildirdi ki, cavabdehin qazancı və gəliri barədə sübutu yoxdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi, əlavə olaraq göstərdi ki, cavabdehin qazancı və gəliri barədə sübutu yoxdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirdi və izahatında göstərdi ki, Ucar Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehdən bir uşağının saxlanması üçün iddiaçının xeyrinə hər ay 160 manat aliment tutulması qət edilmişdir. Cavabdehin aylıq gəliri 345 manat olmaqla kirayədə yaşayır. Həmçinin, cavabdeh ikinci nikahdan olan uşağına da aliment ödəyir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ata Cavabdeh və ana X6 olan X5 04 iyul 2016-cı ildə doğulmuşdur. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(063)-651/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının artırılması tələbi barədə iddiası qismən təmin edilmiş, Ucar Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(063)-359/2020 nömrəli qətnaməsinə əsasən 04 iyul 2016-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sabit pul məbləğində tutulan 115 (bir yüz on beş) manat alimentin miqdarının artırılaraq hər ay üçün 160 (bir yüz altmış) manat müəyyən edilməsi və həmin miqdarda alimentin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub 04 iyul 2016-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatdan görünür ki, iddiaçı, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatdadır. İş materiallarında olan cavabdehin-şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ucar Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(063)-651/2023 nömrəli qətnaməsi ilə cavabdehdən uşağın saxlanılması üçün sabit pul məbləğində tutulan 115 (bir yüz on beş) manat alimentin miqdarı artırılaraq hər ay üçün 160 (bir yüz altmış) manat müəyyən edilməsi və həmin miqdarda alimentin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq cavabdehdən tutulub 04 iyul 2016-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıya verilməsi qət edilmişdir. Halhazırda iddiaçı alimentin miqdarının artırılmasını və cavabdehdən 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində cavabdehdən 235 manat aliment tutulmasını tələb etsə də cavabdehin həmin məbləği ödəməyə imkan verən gəlirlərinin və qazancının olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə bu nəticəyə gəlir ki, uşağın mənafeyi, habelə hazırda ölkə üzrə uşaqlar üçün yaşayış minimumu nəzərə alınaraq, onun sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi üçün iddia qismən təmin edilməli və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay üçün 195 manat müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatı ilə bağlı qeyd edir ki, qanun qüvvəsini almış məhkəmə qətnaməsi ilə cavabdehdən uşağının saxlanılması üçün sabit pul məbləğində alimentin tutulması qət edilmişdir, aliment ödəyən valideyinin kifayət qədər qazanca malik olmaması onun uşağını saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Hazırkı iş üzrə isə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia qismən təmin olunan zaman artırılmış alimentin məbləğinin məhkəmənin hazırkı iş üzrə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan tutulması qeyd edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(063)-651/2023 nömrəli qətnaməsinə əsasən 04 iyul 2016-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sabit pul məbləğində tutulan 160 (bir yüz altmış) manat alimentin miqdarı artırılaraq hər ay üçün 195 (bir yüz doxsan beş) manat müəyyən edilsin və həmin miqdarda aliment qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub 04 iyul 2016-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-657/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-657/2024
28.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver