Məhkəmə qərarları › İş №2(063)-70/2024

Ucar Rayon Məhkəməsi Qərardad — İş №2(063)-70/2024

26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 2(063)-70/2024 26.12.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədirliyi, məhkəmə iclasının katibi X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borc" tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, məhkəmənin hazırlıq iclasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı "kredit müqaviləsi üzrə borc" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ucar Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(063)-70/2024 nömrəli qərardadı ilə hazırkı mülki iş üzrə Cavabdeh öldüyünə və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verdiyinə görə onun hüquq varisi müəyyən edilənədək mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə ərizə göndərib hazırkı mülki iş üzrə icraatın təzələnməsini və iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 2(063)-70/2024 nömrəli qərardadı ilə 2(063)-70/2024 saylı mülki iş üzrə icraat təzələnmiş və mülki işin hazırlıq iclası 26 dekabr 2024-cü il tarixə, saat 11:15-a təyin edilmişdir. İddiaçıya və Cavabdeh vərəsələrinə məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və Cavabdeh vərəsələri məhkəmənin hazırlıq iclasına gəlməmişlər. Məhkəmə, iddiaçının nümayəndəsinin və Cavabdeh vərəsələrinin iştirakları olmadan hazırlıq iclasının keçirilməsini mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1 və 5.1.2-ci maddələrinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia ərizəsi ona qaytarılmalıdır. Həmçinin, iddiaçının qeyd olunan ərizəsi ona qaytarıldığından iddiaçı tərəfindən 04 oktyabr 2023-cü ildə ödənilmiş (Ucar Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 62,24 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalı, qərardadın həmin hissədə icrası Ucar rayonu üzrə maliyyə şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.2, 170, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borc" tələbi barədə iddia ərizəsi iddiaçı "Unibank” ASC-yə qaytarılsın. İddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən 04 oktyabr 2023-cü ildə ödənilmiş (Ucar Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 62 (altmış iki) manat 24 (iyirmi dörd) qəpik məbləğində dövlət rüsumu ona geri qaytarılsın və qərardadın həmin hissədə icrası Ucar rayonu üzrə maliyyə şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ucar Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar