Məhkəmə qərarları › İş №2(063)-832/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-832/2025

25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-832/2025 25.11.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Atayeva Ramilə Mirəli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, nəqliyyat vasitəsinin geri qaytarılması və pul” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, nəqliyyat vasitəsinin geri qaytarılması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanılmış 15 iyun 2024-cü il tarixli “nəqliyyat vasitəsinin ilkin alqı-satqısı” müqaviləsinin ləğv edilməsi, ona məxsus olan 2006-cı il buraxılışlı, “Kio Rio” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq ona qaytarılması, həmçinin 15 iyul 2024-cü il tarixdən başlayaraq avtomobilin ona təhvil veriləcəyi tarixədək aylıq pul ödənişlərinin hesablanaraq (ödənilmiş 1800 manat çıxılmaqla) ona ödənilməsi, avtomobil mövcud olmadıqda isə dəyəri, yəni 15000 manat pulun, eləcə də ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ilə aralarında bağlanılmış 15 iyun 2024-cü il tarixli “nəqliyyat vasitəsinin ilkin alqı-satqısı” müqaviləsinin etibarsız hesab edilməsi, 15 iyul 2024-cü il tarixdən başlayaraq 01 oktyabr 2025-ci il tarixədək aylıq pul ödənişlərinin hesablanaraq (ödənilmiş 1800 manat çıxılmaqla) ona ödənilməsi, eləcə də ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh Cavansir oğlu arasında 15 iyun 2024-cü il tarixdə "ilkin alqı-satqı müqaviləsi" bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən, onlar müqavilədə müəyyən edilmiş şərtlərlə Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindan 24 iyun 2021-ci il tarixdə verilmiş BA 122491 qeydiyyat şəhadətnaməsinə əsasən 2006-cı il buraxılışlı “Kia Rio” minik markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobili bundan sonra alıcı (ikinci tərəf ) Cavabdeh ilə ilkin alqı-satqı müqaviləsinin hal-hazırda bağlanmasını və gələcəkdə əsas alqı-satqı müqaviləsini bağlamağı öhdələrinə götürmüşlər. Belə ki, avtomobilin satış qiyməti 15100 ( on beş min yüz) manat müəyyən edilmişdir. Cavabdeh müqavilənin 2.1-ci bəndində müəyyən edilən pulun 100 (yüz) manatını müqavilə bağlandığı anında nağd şəkildə, yerdə qalan 15000 (on beş min) manatını isə müqavilənin 2.3-cü bəndində müəyyən edilmiş qaydada 30 (otuz) ay müddətinə, yəni ilkin ödəniş tarixi 15 iyul 2024-cü ildən başlayaraq hər ay 500 (beş yüz) manat olmaqla ona bank kartı vasitəsi ilə və ya notariusun depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür. Lakin sonradan cavabdeh müqavilə öhdəliklərini pozaraq ödənişləri müqavilədə nəzərdə tutulan vaxtda ödəməmişdir. Avtomobil cavabdeh tərəfindən təhvil alındığı tarixdən indiyədək yəni 26 may 2025-ci il tarixədək cəmi 1800 (bir min səkkiz yüz) manat ödəniş edilmişdir. Halbuki cavabdeh 15 iyul 2024-cü il tarixdən (növbəti aydan ) 26 may 2025-ci il tarixədək (14 ay ərzində) ümumilikdə 7000 (yeddi min ) manat ödəniş etməli idi. Cavabdeh tərəfindən 15 iyun 2024-cü il tarixli müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş və avtomobil ona saz vəziyyətdə qaytarılmamışdır. Dəfələrlə cavabdehlə əlaqə saxlanılmış və aylıq ödənişlərin ödənilməsi tələb edilmiş, həmçinin cavabdehə 07 may 2025-ci il tarixdə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq sonuncu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh ilə aralarında bağlanılmış 15 iyun 2024-cü il tarixli “nəqliyyat vasitəsinin ilkin alqı-satqısı” müqaviləsinin etibarsız hesab edilməsi, 15 iyul 2024-cü il tarixdən başlayaraq 01 oktyabr 2025-ci il tarixədək aylıq pul ödənişlərinin hesablanaraq (ödənilmiş 1800 manat çıxılmaqla) cavabdehdən alınaraq ona ödənilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı sonuncu iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, avtomobili 01 oktyabr 2025-ci il tarixdə təhvil almışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 15 iyun 2024-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, alqı-satqı qiyməti 15100 manat olan “Kio Rio” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil 30 ay müddətinə, ayda 500 manat ödəmək şərti ilə iddiaçı tərəfindən satış məqsədilə cavabdehin sahibliyinə verilmişdir. İşdə olan 185178741, **********, **********, **********, **********, **********, ********** və 18521787 nömrəli ödəniş qəbzlərdən görünür ki, X1 tərəfindən EQ27201306 nömrəli inzibati xəta haqqında protokol üzrə 08 avqust 2025-ci il tarixdə 45 manat, EQ26658542 nömrəli inzibati xəta haqqında protokol üzrə 08 avqust 2025-ci il tarixdə 45 manat, 28924211 nömrəli inzibati xəta haqqında protokol üzrə 08 avqust 2025-ci il tarixdə 45 manat, EQ27662501 nömrəli inzibati xəta haqqında protokol üzrə 08 avqust 2025-ci il tarixdə 45 manat, EQ28149536 nömrəli inzibati xəta haqqında protokol üzrə 08 avqust 2025-ci il tarixdə 45 manat, EQ29398170 nömrəli inzibati xəta haqqında protokol üzrə 08 avqust 2025-ci il tarixdə 45 manat, EQ29191928 nömrəli inzibati xəta haqqında protokol üzrə 08 avqust 2025-ci il tarixdə 45 manat, Cavabdeh oğlu tərəfindən İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə 08 avqust 2025-ci il tarixdə 36 manat cərimə ödənişləri həyata keçirilmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 135 (bir yüz otuz beş) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, Cavabdeh üzərinə düşdüyü öhdəliyi lazımınca icra etmədiyinə və o, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna görə iddiaçı onlar arasında bağlanmış nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqavilənin etibarsız hesab edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Bu Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunan Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və o, öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdeh yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə, iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, notarial qaydada təsdiq edilmiş 15 iyun 2024-cü il tarixli ilkin alqısatqı müqaviləsindən göründüyü kimi, “Kia Rio” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 15100 manat dəyərində olmaqla, 30 ay müddətinə, hər ay 500 manat ödənilməsi şərti ilə iddiaçı tərəfindən satış məqsədilə cavabdehin istifadəsinə və müvəqqəti sahibliyinə verilmişdir. Lakin Cavabdeh 15 iyun 2024-cü il tarixli müqavilə üzrə alıcı kimi üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, edilən xəbərdarlıqlara rəğmən cavabdeh iddiaçı ilə bağlanmış müqavilələrin şərtlərinə əməl etməyərək onu əhəmiyyətli dərəcədə pozmuş, sonuncunun əşyasından qanunsuz istifadə etməklə ona maddi ziyan vurmuş, alqı-satqı müqaviləsinin, eləcə də mülki qanunvericiliyin tələblərini pozmuşdur. Bu səbəbdən də, iddiaçı ödənilməmiş əşyasının pulunun cavabdehdən alınaraq ona qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, tərəflrə arasında bağlanmış 15 iyun 2024-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsi etibarsız hesab edilərək, 15 iyul 2024-cü il tarixdən başlayaraq 01 oktyabr 2025-ci il tarixədək aylıq pul ödənişləri (ödənilmiş 1800 manat çıxılmaqla) və ödənilmiş 135 (bir yüz otuz beş) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233, 240-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 iyun 2024-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsi etibarsız hesab edilsin. 15 iyul 2024-cü il tarixdən başlayaraq 01 oktyabr 2025-ci il tarixədək aylıq pul ödənişləri (ödənilmiş 1800 manat çıxılmaqla) və ödənilmiş 135 (bir yüz otuz beş) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar