Məhkəmə qərarları › İş №2(063)-9/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-9/2024

12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-9/2024 12.08.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X4, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5, cavabdehlər Cavabdeh4, Cavabdeh5 Eldəniz qızının və Cavabdeh6 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Abdurrəhim oğluna, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 Eldəniz qızına, Cavabdeh6, Cavabdeh7, X8 və Cavabdeh9 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi və artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 Abdurrəhim oğlundan, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 026R********** saylı krеdit razılaşması üzrə 30473.14 manat məbləğində krеdit bоrcu, 10134.63 manat məbləğində faiz bоrcu və 26773.61 manat məbləğində cərimə borcu olmaqla, cəmi 67381.38 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 Abdurrəhim oğlunun mülkiyyətində olan ünvan 2ində xüsusi mülkiyyətdə olan 0.65 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinə və Cavabdeh4 mülkiyyətində olan Yevlax şəhəri, Məhsəti küçəsində xüsusi mülkiyyətdə olan 0.0594 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 26 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahələrinin və fərdi yaşayış evlərinin hərracdan satılması və cəmi 67381.38 manat məbləğində bоrcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 Abdurrəhim oğlundan, Cavabdeh4, Cavabdeh2 müştərək qaydada tutulması, Cavabdeh1 Abdurrəhim oğlunun mülkiyyətində olan ünvan 2ində xüsusi mülkiyyətdə olan 0.65 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinə və Cavabdeh4 mülkiyyətində olan Yevlax şəhəri, Məhsəti küçəsində xüsusi mülkiyyətdə olan 0.0594 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 26 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evlərinə müvafiq olaraq Cavabdeh1 Abdurrəhim oğlunun, Cavabdeh9, X6, Cavabdeh7, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 Eldəniz qızının, X2 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və əvvəlki məhkəmə iclasında verdiyi izahatını təsdiq etdiyini bildirdi. O, 19 mart 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında izahatında göstərmişdir ki, Cavabdeh1 Abdurrəhim oğluna "xxxx" QSC ilə bağladığı 14 dekabr 2012-ci il tarixli, 26L000000821 saylı krеdit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) USD məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Tərəflərin imzaladıqları 28 dekabr 2018-ci il tarixli, 26 L000000821S saylı sazişə əsasən kredit xətti müqaviləsinin müddəti və məbləği müvafiq olaraq 192 (yüz doxsan iki) ay və 200000 (iki yüz min) USD olaraq müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Abdurrəhim oğluna "xxxx" QSC ilə bağladığı 28 dekabr 2018-ci il tarixli, 026R********** saylı krеdit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333 оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 40000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh1 Abdurrəhim oğlu krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 03 iyun 2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 Abdurrəhim oğlu götürdüyü krеdit bоrcundan 9526,86 manat ödəmiş, onun 30473,14 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, Cavabdeh1 Abdurrəhim oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 03 mart 2023-cü il tarixə hesablanmış faiz borcu 10134,63 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 faiz məbləğində cərimə ödəməlidir. 03 mart 2023-cü il tarixə hеsablanmış cərimə 26773,61 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh1 Abdurrəhim oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən krеdit хətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 Abdurrəhim oğlu ilə birgə məsuliyyət daşıyır və krеdit хətti müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh1 Abdurrəhim oğlunun öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyan və əsas borclu Cavabdeh1 Abdurrəhim oğlu və bank arasında bağlanılmış 17 dekabr 2012-ci il tarixli, 3M-77 saylı ipoteka müqaviləsi (Ucar rayon dövlət notariat kontorunun dövlət notariusu E.Cəlalov tərəfindən təsdiq edilmişdir) əsasında ona məxsus ünvan 2ində xüsusi mülkiyyətdə olan 0.65 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tərəflərin imzaladıqları 28 dekabr 2018ci il tarixli, 26M000000320S saylı sazişə əsasən ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışla ünvan 2ində xüsusi mülkiyyətdə olan 0.65 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan fərdi yaşayış evi Cavabdeh1 Abdurrəhim oğlunun kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh1 Abdurrəhim oğlunun öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyan və zamin Cavabdeh4 və bank arasında bağlanılmış 03 yanvar 2019-cu il tarixli, 3M-8 saylı ipoteka müqaviləsi (Bərdə Regional “ASAN xidmət” məzrkəzində notariat ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiq edilmişdir) əsasında ona məxsus Yevlax şəhəri, Məhsəti küçəsində xüsusi mülkiyyətdə olan 0.0594 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 26 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışla Yevlax şəhəri, Məhsəti küçəsində xüsusi mülkiyyətdə olan 0.0594 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 26 nömrəli fərdi yaşayış evi Cavabdeh1 Abdurrəhim oğlunun kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. 17 dekabr 2012ci il tarixli, 3M-77 saylı ipoteka müqaviləsi üzrə ipoteka qoyanın arvadı Cavabdeh9, digər qeydiyyatda olanlar X9 və Cavabdeh7 ünvan 2ində xüsusi mülkiyyətdə olan 0.65 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan fərdi yaşayış evi İddiaçı QSC-yə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeydşərtsiz boşaldacağı barədə öhdəlik götürmüşlər (razılıq ərizəsinin surəti əlavə olunur). 03 yanvar 2019-cu il tarixli, 3M-8 saylı ipoteka müqaviləsi üzrə ipoteka qoyanın əri Cavabdeh6, digər qeydiyyatda olanlar Cavabdeh5 Eldəniz qızı və X1 şəhəri, Məhsəti küçəsində xüsusi mülkiyyətdə olan 0.0594 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 26 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-yə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşlər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1- 34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq 01 iyun 2021-ci il tarixdə və 15 fevral 2021-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 08 iyun 2021-ci il tarixdə və 26 fevral 2021-ci il tarixdə müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı və 16 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün iki əmlak üçün 2 dəfə 10 mаnаt dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Cavabdeh6 məhkəmə iclasında ona münasibətdə iddianı qəbul etmədiyini bildirdi və izahatında göstərdi ki, kredit Cavabdeh1 veilmişdir, özünün 200000 manat dəyərində evi vardır, odur ki, kreditin Cavabdeh1 tutulmasını və onun evinə yönəldilməsini tələb edir. Cavabdeh4 məhkəmə iclasında ona münasibətdə iddianı qəbul etmədiyini bildirdi və izahatında Cavabdeh6 izahatı ilə razı olduğunu göstərdi, əlavə olaraq bildirdi ki, iki otaqlı mənzili var, 13 nəfər ailə üzvləri ilə birlikdə yaşayırlar. Cavabdeh5 Eldəniz qızı məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirdi və izahatında Cavabdeh6 izahatı ilə razı olduğunu göstərdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Cavabdehlər Cavabdeh1 Abdurrəhim oğluna, Cavabdeh7, X8 və Cavabdeh9 qeydiyyatda olduqları yer üzrə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişləri həmin ünvandan köçmələrinə görə təqdim edilmədən geri qaytarılmış, başqa yaşayış yerləri barədə məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən məhkəmə bildirişi həmin cavabdehlərə çatdırılması üçün yerli icra hakimiyyəti orqanına verilmişdir. Ucar Rayon İcra Hakimiyyəti başçısının Qazyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-80-18/2-540/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 Abdurrəhim oğlu, Cavabdeh1 Emin oğlu, X9 və Cavabdeh9 ərazidə yaşamadıqlarına görə məhkəmə bildirişinin ünvana çatdırılması mümkün olmadı, hal-hazırda harada yaşamaqları nümayəndəliyə məlum deyildir. Həmçinin, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə “sms xəbərdarlığı” barədə bildiriş göndərilsə də məhkəməyə gəlməmiş, məhkəməyə teleqram göndərib halhazırda xəstəxanada müalicə aldığına görə məhkəmə iclasının müvəqqəti təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbdən olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq cavabdehlər Cavabdeh2, Cavabdeh1 Abdurrəhim oğlunun, Cavabdeh7, X6 və Cavabdeh9 iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh4, Cavabdeh5 Eldəniz qızının və Cavabdeh6 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan 14 dekabr 2012-ci il tarixli, 26L000000821 nömrəli kredit xətti müqaviləsindən görünür ki, iddiaçı-bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alan Cavabdeh1 Abdurrəhim oğluna 50000 USD məbləğində kredit xəttini açmışdır. Kreditlər tərəflər arasında “kredit razılaşması” və “bank qarantiyası verilməsi haqqında” müqavilə formasında bağlanmış ayrıca razılaşma əsasında veriləcəkdir. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. İşdə olan 14 dekabr 2012-ci il tarixli, 26L000000821 nömrəli kredit xətti müqaviləsi üzrə 026R********** nömrəli, 28 dekabr 2018-ci il tarixli kredit razılaşmasından görünür ki, iddiaçı-bank 400000 manat məbləğində krediti aylıq faiz dərəcəsi 1.8333 faiz olmaqla 48 ay müddətinə kredit alan Cavabdeh1 Abdurrəhim oğluna verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öhdələrinə götürmüşlər. İşdə olan kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 28 dekabr 2018-ci il tarixli, 26L000000821S nömrəli sazişdən görünür ki, bank bu müqavilə ilə müəyyən olunmuş şəprtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 200000.00 USD dolları məbləğində kredit xətti müqaviləsini açır. Kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. İşdə olan 28 dekabr 2018-ci il tarixli, 026S**********05 nömrəli zaminlik müqaviləsindən görünür ki, 28 dekabr 2018-ci il tarixdə iddiaçı ilə Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmış və zamin, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İşdə olan 21 iyun 2019-cu il tarixli, 026S**********01 nömrəli zaminlik müqaviləsindən görünür ki, 21 iyun 2019-cu il tarixdə iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və zamin, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İşdə olan 17 dekabr 2012-ci il tarixli, 26M000000320 nömrəli ipoteka müqaviləsinin lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, 17 dekabr 2012-ci il tarixdə iddiaçı ilə Cavabdeh1 Abdurrəhim oğlu arasında ipoteka müqaviləsi bağlanmış və ipoteka verən öz mülkiyyətində olan və müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı (ünvan 2ində xüsusi mülkiyyətdə olan 0.65 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan fərdi yaşayış evi) bank qarşısında ipoteka ilə yüklü etmiş və ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 23547 manat məbləğində qiymətləndirilmişdir. 28 dekabr 2018-ci il tarixdə ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında saziş bağlanmış və təsdiq edilmişdir. İşdə olan Cavabdeh9 tərəfindən notariat ofisinə ünvanlanmış 28 dekabr 2018-ci il tarixli ərizədən görünür ki, o, qeydiyyatda olduğu əri Cavabdeh1 Abdurrəhim oğluna məxsus olan ünvan 2ində yerləşən yaşayış evinin və həyətyanı torpaq sahəsinin “Accesbank” tərəfindən ipoteka saxlama müqaviləsinə əlavələr edilməsinə razılıq verir. İşdə olan X9 tərəfindən notariat ofisinə ünvanlanmış 28 dekabr 2018-ci il tarixli ərizədən görünür ki, o, qeydiyyatda olduğu və atası Cavabdeh1 Abdurrəhim oğluna məxsus olan ünvan 2ində yerləşən yaşayış evinin və həyətyanı torpaq sahəsinin “Accesbank” tərəfindən ipoteka saxlama müqaviləsinə əlavələr edilməsinə razılıq verir. İşdə olan Cavabdeh7 tərəfindən notariat ofisinə ünvanlanmış 28 dekabr 2018-ci il tarixli ərizədən görünür ki, o, qeydiyyatda olduğu və atası Cavabdeh1 Abdurrəhim oğluna məxsus olan ünvan 2ində yerləşən yaşayış evinin və həyətyanı torpaq sahəsinin “Accesbank” tərəfindən ipoteka saxlama müqaviləsinə əlavələr edilməsinə razılıq verir. İşdə olan 03 yanvar 2019-cu il tarixli, 026M**********01 nömrəli ipoteka müqaviləsinin lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, 03 yanvar 2019-cu il tarixdə iddiaçı ilə Cavabdeh4 arasında ipoteka müqaviləsi bağlanmış və ipoteka qoyan öz mülkiyyət hüququ ilə ona məxsus olan əmlakı (Yevlax şəhəri, Məhsəti küçəsində xüsusi mülkiyyətdə olan 0.0594 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 26 nömrəli fərdi yaşayış evi) 14 dekabr 2012-ci il tarixdə Göyçay şəhərində bağlanmış 26L000000821 saylı kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmiş və ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 12000 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan Cavabdeh6 tərəfindən notariat ofisinə ünvanlanmış 03 yanvar 2019-cu il tarixli ərizədən görünür ki, o, arvadı Cavabdeh4 məxsus olan və ünvan 1 ünvanında 0.0594 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin (mənzilin) 0.0594 ha torpaq sahəsi ilə birlikdə ipotekaya qoyulmasına razılıq verir və yuxarıda qeyd olunan ipoteka predmetinə ipoteka tutma (ödəniş) yönəldikdə həmin fərdi yaşayış evini (mənzili) dərhal, qeyd-şərtsiz tərk etməyi qəbul edir. Bu ərizə yuxarıda göstərilən fərdi yaşayış evinin girovu ilə təmin olunan əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti gələcəkdə dəyişdiyi hallarda da həmçinin gələcəkdə yaranacaq digər öhdəliklərin icrasının təmin olunması üçün onun həmin fərdi yaşayış evinin girovuna dair razılığını ifadə edir. İşdə olan RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2ində xüsusi mülkiyyətdə olan 0.65 ha torpaq sahəsi və ümumi sahəsi 281.2 kv.m. olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində 04 yanvar 2019-cu ildə ipoteka növündə iddiaçının xeyrinə yüklü edilməklə qeydiyyata alınmışdır. İşdə olan RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Yevlax şəhəri, Məhsəti Gəncəvi küçəsində xüsusi mülkiyyətdə olan 0.0594 ha torpaq sahəsi və ümumi sahəsi 47.06 kv.m. olan 26 nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 186 nömrəli vərəqində 03 yanvar 2019-cu ildə ipoteka növündə iddiaçının xeyrinə yüklü edilməklə qeydiyyata alınmışdır. İşdə olan 15 fevral 2024-cü il tarixli, OUT-2024/02115-73 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 Abdurrəhim oğlunun 026R********** saylı, 28 dekabr 2018-ci il tarixli krеdit razılaşması üzrə 03 mart 2023-cü il tarixə iddiaçıya olan borcu əsas borc üzrə 30473,14 manat, faiz borcu üzrə 10134,63 manat, cərimə borcu üzrə 26773,61 manat, cəmi 67381,38 manat təşkil edir. İşdə olan digər sənədlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 Abdurrəhim oğluna, Cavabdeh4 və Cavabdeh2 xəbərdarlıqlar, cavabdehlər Cavabdeh1 Abdurrəhim oğluna 15 fevral 2021-ci il tarixli və Cavabdeh4 01 iyun 2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlər, həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə 22 fevral 2021-ci il tarixli, 5582 nömrəli və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə 08 iyun 2021-ci il tarixli, 12853 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizələr göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2024-cü il tarixli, 9/3346 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı QSC ilə Cavabdeh1 Abdurrəhim oğlu arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli 029A********** saylı kredit müqaviləsinin şərtləri üzrə 03 mart 2023-cü il tarixə (sualda soruşulan tarixə) banka olan borcu əsas borc üzrə 29472,49 manat, faiz üzrə borcu 18280,80 manat, ümumilikdə 47753,28 manat məbləğində müəyyən olunur. Qeyd edilir ki, iş materiallarında 28 dekabr 2018-ci il tarixli 029A********** saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırkı ekspertiza tədqiqatı ilə Cavabdeh1 Abdurrəhim oğluna cərimə hesablanmadı. İş materiallarında olan "xxxx" MMC-nin 20 iyul 2022-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 Abdurrəhim oğluna məxsus ünvan 2i ünvanında mülkiyyətdə olan 0.65 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar qiyməti 192300 manat və likvid qiyməti 170000 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 20 iyul 2022-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh4 məxsus ünvan 3 ünvanında mülkiyyətdə olan 0.0594 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar qiyməti 35000 manat və likvid qiyməti 30000 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 22 dekabr 2023-cü il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh1 Abdurrəhim oğluna məxsus ünvan 2i ünvanında mülkiyyətdə olan 0.65 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 281,2 kv.m olan fərdi yaşayış evinin 22 dekabr 2023-cü il tarixə olan bazar dəyəri 80000 manat və likvid dəyəri 56000 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 22 dekabr 2023-cü il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh4 məxsus ünvan 3 ünvanında xüsusi mülkiyyətdə olan 0.0594 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 47,06 kv.m olan fərdi yaşayış evinin 22 dekabr 2023-cü il tarixə olan bazar dəyəri 20000 manat və likvid dəyəri 12000 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 Abdurrəhim oğlu arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə kredit xətti müqaviləsi, kredit razılaşması, habelə həm onunla, həm də digər Cavabdeh4 ilə kredit müqaviləsinin təminatı olaraq ipoteka müqavilələri bağlanmış və Cavabdeh1 iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarındandır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh2 Əli oğlu və Cavabdeh4 iddiaçı ilə zaminlik müqavilələri bağlamaqla kredit alanın bank qarşısında olan öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər və mülki qanunvericiliyin tələbinə görə borc alanla birlikdə məsulyyət daşıyırlar. Bundan əlavə, tərəflər arasında ipoteka münasibətləri vardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 41.1 -ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 47.4-cü maddəsinə əsasən həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1-yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Məhkəmə hesab edir ki, borclu öz öhdəliyini lazımınca və vaxtında icra etməmişdir, buna görə də tutma ipoteka saxlayanın tələbi ilə ipoteka predmetlərinə yönəldilməli, eyni zamanda, ipoteka predmetlərinin ilkin satış qiyməti yuxarıda qeyd olunan sonuncu rəylər ilə müəyyən edildiyi kimi, yəni müvafiq olaraq 56000 manat və 12000 manat göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu və xidmət haqqı məhkəmə xərclərinə aid edilməli və müştərək qaydada cavabdehlər Cavabdeh1 Abdurrəhim oğlundan, Cavabdeh2 və Cavabdeh4 iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq və məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının dəyəri də məhkəmə xərclərinə aid edilməli və Cavabdeh1 Abdurrəhim oğlundan tutulmalıdır. Eyni zamanda, ekspert rəyində cərimə borcu hesablanmamışdır, bununla bağlı məhkəmə bu nəticəyə gəlir ki, müqavilə şərtləri, habelə iddiaçının bu barədə tələbi nəzərə alınmaqla cavabdehlər Cavabdeh1 Abdurrəhim oğlundan, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə cərimə tutulmalı, bu zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, cərimənin göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə xələl gətirə bilər. Cərimənin məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən cəriməni əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə bu qənaətə gəlir ki, kredit razılaşmasından (müqaviləsindən) irəli gələn cərimə tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılmalı və iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab, edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 Abdurrəhim oğlundan, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 026R********** saylı krеdit razılaşması üzrə ekspert rəyi nəzərə alınmaqla əsas borca görə 29472,49 manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən faiz borcuna görə 10134,63 manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə əsasən dəbbə puluna görə 700 manat, cəmi 40307,12 manat, habelə iş üzrə ödənilmiş dövlət rüsumuna görə 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınmasına görə 20 manat və xidmət haqqına görə 60 manat, cəmi 110 manat məbləğində pul tutularaq iddiaçı “AccessBank" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, tələb ipoteka predmetləri olan Cavabdeh1 Abdurrəhim oğlunun mülkiyyətində olan ünvan 2ində xüsusi mülkiyyətdə olan 0.65 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinə və Cavabdeh4 mülkiyyətində olan Yevlax şəhəri, Məhsəti küçəsində xüsusi mülkiyyətdə olan 0.0594 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 26 nömrəli fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmetlərinin ilkin satış qiyməti müvafiq olaraq 56000 manat və 12000 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, satıldıqdan 1 ay ərzində fərdi yaşayış evləri və onların yerləşdiyi torpaq sahələri boşaldılmalı, satışdan əldə edilən məbləğlər İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin tələbindən artıq olarsa, artıq məbləğlər cavabdehlər Cavabdeh1 Abdurrəhim oğluna və Cavabdeh4 qaytarılmalı, eyni zamanda, Cavabdeh1 Abdurrəhim oğlundan iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 100 (bir yüz) manat X3 hesabına (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) və 700 (yeddi yüz) manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********, "xxxx" ASC Abşeron filialı, VÖEN:**********, M/h:AZ03NABZ********************, kodu:805539, S.W.İ.F.T. BİC:İBAZAZ2X, H/h:AZ52İBAZ********************) xeyrinə tutulmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə, iddiaçının hərracdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 Abdurrəhim oğlundan, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutulması barədə tələbini əsaslı hesab etmir. Belə ki, “İcra haqqında" Azərbaycan Respublikası Qanununda məcburi icra tədbirləri nəzərdə tutulmuşdur və qeyd olunan məsələlər icra zamanı həll edilə bilər. Buna görə də iddia qalan, hərracdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 Abdurrəhim oğlundan, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutulması hissəsində təmin edilməməlidir. Bundan əlavə, Cavabdeh1 Abdurrəhim oğlunun mülkiyyətində olan ünvan 2ində xüsusi mülkiyyətdə olan 0.65 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinə və Cavabdeh4 mülkiyyətində olan Yevlax şəhəri, Məhsəti küçəsində xüsusi mülkiyyətdə olan 0.0594 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 26 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evlərinə müvafiq olaraq Cavabdeh1 Abdurrəhim oğlunun, Cavabdeh9, X6, Cavabdeh7, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 Eldəniz qızının, X2 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi tələbi də təmin edilməməlidir. Belə ki, həmin fərdi yaşayış evlərinin alıcıya təhvil verilməsini tələb etmək üçün iddiaçının subyektiv hüququ yoxdur, belə hüquq daşınmaz əmlakları hərracda satın alacaq şəxsə və hərracda satılmayacağı təqdirdə iddiaçıya təhvil verilməsinin baş tutacağı təqdirdə iddiaçıya məxsus olacaqdır. Buna görə də iddia həmin hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Abdurrəhim oğlundan, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 026R********** saylı krеdit razılaşması üzrə əsas borca görə 29472 (iyirmi doqquz min dörd yüz yetmiş iki) manat 49 (qırx doqquz) qəpik, faiz borcuna görə 10134 (on min yüz otuz dörd) manat 63 (altmış üç) qəpik, dəbbə puluna görə 700 (yeddi yüz) manat, cəmi 40307 (qırx min üç yüz yeddi) manat 12 (on iki) qəpik, habelə iş üzrə ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınmasına görə 20 (iyirmi) manat və xidmət haqqına görə 60 (altmış) manat, cəmi 110 (bir yüz on) manat məbləğində pul tutularaq iddiaçı “AccessBank" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb ipoteka predmetləri olan Cavabdeh1 Abdurrəhim oğlunun mülkiyyətində olan ünvan 2ində xüsusi mülkiyyətdə olan 0.65 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinə və Cavabdeh4 mülkiyyətində olan Yevlax şəhəri, Məhsəti küçəsində xüsusi mülkiyyətdə olan 0.0594 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 26 nömrəli fərdi yaşayış evinə yönəldilsin, ipoteka predmetlərinin ilkin satış qiyməti müvafiq olaraq 56000 (əlli altı min) manat və 12000 (on iki min) manat müəyyən edilməklə açıq hərracdan satılsın, satıldıqdan 1 ay ərzində fərdi yaşayış evləri və onların yerləşdiyi torpaq sahələri boşaldılsın. Satışdan əldə edilən məbləğlər İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin tələbindən artıq olarsa, artıq məbləğlər cavabdehlər Cavabdeh1 Abdurrəhim oğluna və Cavabdeh4 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 Abdurrəhim oğlundan iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 100 (bir yüz) manat X3 hesabına (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) və 700 (yeddi yüz) manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********, "xxxx" ASC Abşeron filialı, VÖEN:**********, M/h:AZ03NABZ********************, kodu:805539, S.W.İ.F.T. BİC:İBAZAZ2X, H/h:AZ52İBAZ********************) xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar