Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 2(063)-907/2025 12.01.2026 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, məhkəmə iclasının katibi Atayeva Ramilə Mirəli qızının katibliyi, Ərizəçi və sonuncunun nümayəndəsi Nümayəndə (qardaşı) iştirakları ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdam rayonunda yerləşən N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması zamanı ərizəçinin nümayəndəsi ərizə ilə müraciət edərək yaranmış zərurətlə əlaqədar olaraq ərizənin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmənin hazırlıq iclasına gəlməmişdir . Məhkəmə, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan hazırlıq iclasının keçirilməsini mümküm hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1 və 5.1.2-ci maddələrinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, ərizəçinin ərizəsi ona qaytarılmalıdır. Həmçinin, ərizəçinin qeyd olunan ərizəsi ona qaytarıldığından ərizəçi tərəfindən 04 iyun 2025-ci ildə ödənilmiş (Ucar Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalı, qərardadın həmin hissədə icrası Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.2, 170.1, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə ərizəsi Ərizəçi qaytarılsın. Ərizəçi X1 tərəfindən 04 iyun 2025 ildə ödənilmiş (Ucar Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın və qərardadın həmin hissədə icrası Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ucar Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-907/2025
Ucar Rayon Məhkəməsi Qərardad — İş №2(063)-907/2025
12.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver