Məhkəmə qərarları › İş №2(102)-3522/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-3522/2025

31.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3522/2025 31.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyi cəlb olunmaqla) ərizəsinə dair iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və Vüqar Təvəkgül oğlu Həsənovdan ibarət tərkibdə, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyi cəlb olunmaqla) "hüquqi əhəmiyyəyli faktın müəyyən edilməsi" tələbinə dair mülki iş üzrə Gəncə Apellyasi ya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci 8 sentyabr tarixli 2(104)1388/2025 nömrəli qərardadından ərizəçi (vəkil) tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 405.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərardadından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər. Ərizəçinin nümayəndəsi və vəkili apellyasiya məhkəməsinin 2025-ci il 8 sentyabr tarixli qərardadını 2025-ci il 9 sentyabr tarixdə elektron kabinet vasitəsi ilə almışdır. Birinci dəfə apellyasiya məhkəməsinin qeyd olunan qərardadından ərizəçini n nümayəndəsi və vəkili tərəfindən 2025-ci il 19 sentyabr tarixində kassasiya şikayəti verilmiş və şikayət apellyasiya məhkəməsinin 2025-ci il 26 sentyabr tarixli qərardadı ilə MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuş formada tərtib olunmadığına görə geri qaytarılmışdır. Daha sonra ərizəçinin nümayəndəsi və vəkili tərəfindən 2025-ci il 29 sentyabr tarixdə apellyasiya məhkəməsinin 2025-ci 8 sentyabr tarixli qərardadından kassasiya şikayəti verilmiş və kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük müddətin ötürülməsinə baxmayaraq, həmin müddətin bərpasına dair ərizə verilməmişdir. MPM-in 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti a pellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla MPM-in 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.4, 408.3-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci 8 sentyabr tarixli 2(104)-1388/2025 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar