Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-993/2025 28.10.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müştərək qaydada 450 manat məbləğində borc pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 480 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, 10 mart 2025-ci il tarixdə Dubaydan qayıdarkən Dubay hava limanında Cavabdehlə tanış olmuşdur. Hava limanını yaxşı tanımadığından, cavabdeh ona istiqamət göstərərək köməklik etmişdir. Culfa şəhərinə qayıtdıqdan sonra, 11 mart 2025-ci il tarixdə Azad ona zəng edərək kreditlə ev aldığını və hazırda ödənişinin vaxtı olduğunu bildirmişdir. Cavabdeh həyat yoldaşı Aynurə Ağayeva vasitəsilə bankla 300 dollar göndərəcəyini, onun isə cavabdehin “Kapital Bank” kartına 500 manat köçürməyisini xahiş etmişdir ki, kredit borcunu ödəyə bilsin. Sonradan Azad ona pulun ödənildiyini göstərən qəbz göndərmişdir. Bu zaman onun kartında 450 manat pul olduğundan o, həmin məbləği cavabdehin adında olan “Kapital Bank” kartına köçürmüşdür. Bundan sonra 300 dolları almaq üçün dörd dəfə banka müraciət etməyinə baxmayaraq, bank əməkdaşları ona bu məbləğin Dubay tərəfindən təsdiqlənmədiyini bildirmişlər. Daha sonra bununla bağlı Azadla əlaqə saxlamaq istəsə də, sonuncuya zəng çatmadığından onun atası ilə əlaqə yaratmışdır. Atası məsələni dəqiqləşdirəcəyini və onunla əlaqə saxlayacağını bildirsə də, daha sonra əlaqə saxlamamışdır. Dəfələrlə zəng etməyinə baxmayaraq, cavabdehin atası telefona cavab verməmişdir. Belə ki, qeyd olunan 450 manat məbləğ cavabdeh tərəfinfən bu günə qədər ona qaytarılmamışdır. Cavabdeh sözügedən məbləği geri qaytarması barədə xəbərdarlıq edilmiş, lakin o, yaranmış öhdəliyin icrasına heç bir əhəmiyyət verməmişdir. Bu səbəbdən də, hazırkı iddia ərizəsi ilə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq yolun uzaqlığı ilə əlaqədar olaraq gələ bilməyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iclasın İddiaçı iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, işdə olan “WhatsApp” proqramından çıxarılmış sms mətinin surətindən görünür ki, İddiaçı tərəfindən 11 mart 2025-ci il tarixdə (1-269014584 nömrəli qəbz) 450 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İşdə olan Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyəti Culfa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 30 iyun 2025-ci il tarixdə verilmiş 337 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. İşdə olan xəbərdarlığın surətindən görünür ki, yaranmış borcla əlaqədar İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan 02 iyul 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, işin faktiki halları, o cümlədən tədqiq edilmiş sübutlara və məhkəmə araşdırmasına əsasən müəyyən edildi ki, iddiaçı cavabdehin hesabına 450 manat məbləğində pul köçürməsini iddia edir və bu halı məhkəməyə təqdim edilmiş “Vatsap” proqramı vasitəsilə sübuta yetirməyə çalışmışdır. Odur ki, hazırda iddiaçı sözügedən məbləğin cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Göstərilənlərlə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında mövcud olmuş şifahi əqd əsasında iddiaçı cavabdehə 450 manat məbləğində pul verdiyini iddia etsə də, bu halı təsdiq edə biləcək hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi sübutlar siyahısına aid olan sənədlər “Vatsap” proqramından edilmiş çıxarışdan ibarət olmuşdur ki, həmin sənəddə iddia edilən məbləğin, yəni 450 manat pulun məhz iddiaçı tərəfindən cavabdehə verilməsi halı öz təsdiqini kifayət qədər tapmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sözügedən sənəddən görünür ki, 11 mart 2025-ci il tarixdə (1-269014584 nömrəli qəbz) 450 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Lakin həmin vəsaitin cavabdehə məxsus bank kartına köçürülməsini təsdiq edən hər hansı mötəbər sübut əlavə edilməmişdir (yəni, pul köçürülən kartın məhz cavabdehə məxsusluğunu təsdiq edən sübut). Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-993/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-993/2025
28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver