Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1018/2023 12.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məmmədov Sədrəddin Allahverdi oğlundan iddiaçının xeyrinə 056R********** saylı kredit razılaşması üzrə 12.493,77 ABŞ dolları əsas kredit borcu, 9.659,06 ABŞ dolları faiz borcu və 9.622,57 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 31.775,4 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə cavabdeh Məmmədov Sədrəddin Allahverdi oğlu arasında bağlanmış xx.xx.2008-ci il tarixli 10L000000256 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə S.Məmmədov İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 056R********** saylı kredit razılaşması əsasında 34 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 056R**********S saylı, xx.xx.2016-cı il tarixli 056R**********SA saylı, xx.xx.2016-cı il tarixli 56R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. S.Məmmədov kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Məmmədov Sədrəddin Allahverdi oğlu götürdüyü kredit borcundan 7506.23 ABŞ dolları ödəmiş, onun 12493.77 ABŞ dollan məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytanlmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytanlmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Məmmədov Sədrəddin Allahverdi oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə hesablanmış faiz borcu 9659.06 ABŞ Dollan təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona lesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığınm 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2019-cu il tarixə 594 gün üçün hesablanmış cərimə 9622.57 ABŞ Dollan təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit müqaviləsi üzrə S.Məmmədovun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxanda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Məmmədov Sədrəddin Allahverdi oğlu ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Hazırda cavabdehlər ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmışlar və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərlərinə düşən öhdəliyi yerinə yetirməmişlər. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. N.Ələkbərov həmçinin iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, kredit müqaviləsi üzrə mərhum S.Məmmədovun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Kredit xətti müqaviləsi üzrə S.Məmmədov öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh – borc alan və ipoteka verən Məmmədov Sədrəddin Allahverdi oğlu ilə Bank arasında bağlanılmış xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi əsasında ** BF *** dövlət qeydiyyat nişanlı, KAMAZ-5511 yük markalı özüboşaldan nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin Qeydiyyat İmtahan İdarəsi tərəfindən verilmiş AA № 019969 saylı çıxarışa əsasən, Məmmədov Sədrəddin Allahverdi oğluna məxsus olan ** BF *** dövlət qeydiyyat nişanlı, KAMAZ-5511 yük nəqliyyat vasitəsi Məmmədov Sədrəddin Allahverdi oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün «AccessBank” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə AR DİN BDYPİ Qeydiyyat İmtahan şöbəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. Bundan başqa. kredit xətti müqaviləsi üzrə S.Məmmədov öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh – borc alan və ipoteka verən Məmmədov Sədrəddin Allahverdi oğlu ilə Bank arasında bağlanılmış xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi əsasında ** BE *** dövlət qeydiyyat nişanlı, KAMAZ-5511 yük markalı özüboşaldan nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin Qeydiyyat İmtahan İdarəsi tərəfindən verilmiş AA № 019969 saylı çıxarışa əsasən, Məmmədov Sədrəddin Allahverdi oğluna məxsus olan ** BE *** dövlət qeydiyyat nişanlı, KAMAZ-5511 yük nəqliyyat vasitəsi Məmmədov Sədrəddin Allahverdi oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün «AccessBank” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə AR DİN BDYPİ Qeydiyyat İmtahan şöbəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. Odur ki, cavabdеhlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə 056R********** saylı krеdit razılaşması üzrə 12.493,77 ABŞ dolları krеdit bоrcu, 9659.06 ABŞ Dolları faiz bоrcu və 9.622,57 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 31.775,4 ABŞ dolları bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tələbin ** BF *** dövlət qeydiyyat nişanlı, “KAMAZ-5511” yük nəqliyyat vasitəsinə yönəldilməsi, tələbin ** BE *** dövlət qeydiyyat nişanlı, “KAMAZ-5511” yük nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və cəmi 31.775,4 ABŞ dolları bоrcun əmlakların satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ümumi müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iddia tələbini ona aid hissədə qəbul etməyərək rədd olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materialına əlavə edilmiş: xx.xx.2008-ci il tarixli, 10L000000256 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, Məmmədov Sədrəddin Allahverdi oğlu ilə İddiaçı QSC arasında 120 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2015-ci il tarixli 056R********** saylı kredit razılaşmasından görünür ki, kredit xətti müqaviləsi üzrə Məmmədov Sədrəddin Allahverdi oğlu İddiaçı QSC-dən 34 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx.xx.2008-ci il tarixli 10S000000370 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmış, zamin borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2011-ci il tarixli 10S000005091 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2012-ci il tarixli 10S000006615 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış, zamin borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2013-cü il tarixli 10S000010833 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış, zamin borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2016-ci il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli sazişlərdən görünür ki, xx.xx.2015-ci il tarixli kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir. İddiaçı QSC-nin təqdim etdiyi maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə Məmmədov Sədrəddin Allahverdi oğlunun banka 1.2493.77 ABŞ dolları əsas kredit borcu, 9.659,06 ABŞ dolları faiz borcu və 9.622,57 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 31.775,04 ABŞ dolları təşkil edir. Məmmədov Sədrəddin Allahverdi oğlu ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2008-ci il tarixli və xx.xx.2012-ci il tarixli ipoteka müqavilələrindən görünür ki, tərəflər arasında bağlanmış kredit razılaşmasının təminatı kimi ipoteka qoyan S.Məmmədov mülkiyyətində olan “KAMAZ-5511” markalı, ** BF *** və ** BE *** dövlət nömrə nişanlı nəqliyyat vasitələrini bank qarşısında ipoteka ilə yüklü etmişdir. Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 may 2021-ci il tarixli 509/69 saylı arayışdan görünür ki, Məmmədov Sədrəddin Allahverdi oğlu xx.xx.2020-ci il tarixdə ölmüşdür. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi, eləcə də bu müqavilənin təminatı olaraq zaminlik və ipoteka müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə onların bank qarşısında öhdəlikləri yaranmışdır. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixə olan maliyyə arayışından görünür ki, borc 12.493,77 ABŞ dolları əsas kredit borcu, 9.659,06 ABŞ dolları faiz borcu və 9.622,57 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 31.775,4 ABŞ dolları təşkil edir. Lakin xx.xx.2018-ci il tarixə olan maliyyə arayışından görünür ki, borc 12.493,77 ABŞ dolları əsas kredit borcu, 6.918,26 ABŞ dolları faiz borcu və 3.317,3 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 22.729,33 ABŞ dolları təşkil edir. Məhkəmə hesab edir ki, 12.493,77 ABŞ dolları əsas borc və müqavilə müddəti bitdikdən sonra faiz borcunun yenidən hesablanaraq tələb edilməsi əsassız olduğundan xx.xx.2018-ci il tarixə hesablanmış 6.918,26 ABŞ dolları faiz borcu əsas götürülməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə iddiaçının tələb etdiyi 3.317,3 ABŞ dolları cərimə borcunun azaldılaraq əsas borcun 10 %-i məbləğində (1200 ABŞ dolları) müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir ki, borclu S.Məmmədov xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən iddiaçı-borcverən kredit borcunun zaminlərdən tutulmasını və tutmanın ipoteka predmetlərinə yönəldilməsini xahiş etmişdir. Lakin məhkəmə iddia tələbinin kredit borcunun zaminlərdən tutulması hissəsini rədd edərək bildirir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2016-ci il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli sazişlərdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir. Belə ki, bu dəyişikliklər barədə zaminlərə xəbər verilməmiş və onların razılığı alınmadan təmin etdikləri öhdəlik dəyişdirilmişdir (artırılmışdır) ki, bu da onların məsuliyyətlərinin artmasına səbəb olmuşdur. Belə olan halda, cavabdeh-zaminlərlə bağlanmış zaminlik müqavilələri xitam edilmiş hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 31 may 2018-ci il tarixli Qərarının 4-cü bəndində qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. İddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsini isə təmin edərək məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir: Mülki Məcəllənin 460-cı maddəsinə uyğun olaraq, öhdəliklərin icrası, o cümlədən kredit müqaviləsi üzrə borc öhdəliyinin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki Məcəllənin 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə, ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə əsasən, girov və ipoteka hüququ girov (ipoteka) saxlayanın girov (ipoteka) predmetinə tutmanın yönəldilməsi hüququdur. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır. Əsas öhdəliyin xitamı, o cümlədən etibarsızlığı ipoteka müqaviləsinin də xitamına səbəb olduğu halda, sonuncunun xitamı heç bir halda əsas öhdəliyin xitamına gətirib çıxarmır. İpotekanın xitamı əsasları isə “İpoteka haqqında” Qanunun 48-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, ipotekaya aşağıdakı hallarda xitam verilir: - ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; - əsas öhdəliyə xitam verildikdə; - tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; - ipoteka predmeti məhv olduqda; - “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş digər hallarda. Göründüyü kimi, ipoteka müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. “İpoteka haqqında” Qanunun 48-ci maddəsində borclunun ölümü ipoteka müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclunun ölümü ipoteka müqaviləsinə münasibətdə hər hansı hüquqi nəticəyə səbəb olmur. Yəni borclu öldüyü halda da əsas öhdəliyi təminat altına almış ipoteka müqaviləsi üzrə öhdəlik davam edir. Bu həm də ondan irəli gəlir ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Eyni mövqeni dəstəkləyən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: 36-cı maddəsinə görə isə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 36.3, 36.4, 36.5-ci maddələrinə görə isə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizənin onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqlənməklə ərizəçiyə qaytarır. 39.3.3-cü maddəsinin tələbinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olunduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, borcun ödənilməsini təmin etmək üçün tutma ipoteka predmeti olan yük avtomobillərinə yönəldilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, S.Məmmədov mülkiyyətində olan “KAMAZ-5511” markalı, ** BE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi 14.500 manat, ** BF *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi isə 6.604,08 manat qiymətləndirilmişdir. Odur ki, məhkəmə ipoteka predmetlərinin ilkin satış qiymətinin həmin məbləğlərdə müəyyən edilməsini əsaslı sayır. İddia tələbinin hərracdan əldə olunmuş vəsat borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdeh-zaminlərdən ümumi müştərək qaydada tutulması hissəsini rədd edərək məhkəmə qeyd edir ki, bu tələb qeyri-müəyyən olduğundan hazırkı məhkəmə mərhələsində deyil, gələcəkdə icra mərhələsində öz həllini tapmalıdır. Digər tərəfdən, yuxarıda əsaslandırılan hallara görə zaminlərdən borcun tutulması əsassız olduğundan hərracdan əldə olunmuş vəsat borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin də zaminlərdən tutulması əsaslı ola bilməz. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı QSC-yə olan 12.493,77 ABŞ dolları əsas kredit borcu, 6.918,26 ABŞ dolları faiz borcu və 1.200 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 20.612,03 ABŞ dolları milli manat ekvivalentində borcun və dövlət rüsumuna görə ödənilmiş 30 manatın ödənilməsi üçün tələb ipoteka predmetləri olan “KAMAZ-5511” markalı, ** BF *** və “KAMAZ-5511” markalı, ** BE *** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə yönəldilsin və həmin avtomobillər açıq hərracdan satılmaqla əldə olunmuş vəsat borcun ödənilməsinə yönəldilsin. İpoteka predmetlərinin ilkin satış qiyməti (likvid dəyəri) “KAMAZ-5511” markalı, ** BE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üçün 14.500 manat və “KAMAZ-5511” markalı, ** BF *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üçün 6.604,08 manat məbləğində müəyyən edilsin. İddia tələbi digər hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-1018/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1018/2023
12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver