Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1050/2023 04.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borclu olduğu 2.000 manat pulun və 35 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh yaxından tanıyır və onunla yaxşı münasibətləri olmuşdur. 2021-ci ilin avqust ayında Cavabdeh ondan borc olaraq 2000 manat pul istəmiş, o, cavabdehi tanıdığı üçün 01 avqust 2021-ci il tarixdə Cavabdeh 2000 manat borc pul vermiş və Cavabdeh öz xətti ilə, ondan borc alması barədə qəbz yazıb imzalamış və ona vermişdir. Aralarındakı razılaşmaya görə Tamara hər ay 200 manat olmaqla, pulunu qaytarmalı imiş. Lakin Tamara razılaşmanı pozmuş, vədinə əməl etməyib xeyli müddət keçməsinə və dəfələrlə tələb etməyinə baxmayaraq pulunu qaytarmaqdan boyun qaçırır, hər dəfə bir bəhanə ilə borcunu ödəməkdən yayınır və etdiyi xəbərdarlıqlara məhəl qoymur. Ona görə də, pozulmuş hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət etmək məcburuyyətində qalmış və Cavabdeh borc verdiyi 2000 manat pulun və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 35 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb ona ödənilməsi barədə tələbimin təmin olunmasını istəyir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsinə oxşar məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən 1 avqust 2021-ci il tarixli qəbzlə müəyyən edilir ki, həmin tarixdə Cavabdeh İddiaçı hər ay 200 manat qaytarmaq şərti ilə 2.000 manat borc almış, lakin üzərinə götürdüyü öhdəliyini lazımınca yerinə yetirməyərək aldığı borcu qaytarmamışdır. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə 2.000 manat və ödənilmiş 35 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, cavabdehdən məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumuna görə ödənilmiş 35 manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 238-253, 357-362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2.000 manat və ödənilmiş dövlət rüsumuna görə 35 manat tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(064)-1050/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1050/2023
04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver