Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1078/2025 02.07.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8000 manat borc pulun və 100 manat ödənilmiş dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehi iş yoldaşı kimi tanıyır. Bir müddət əvvəl cavabdeh ona təcili pul lazım olduğu üçün ona 8000 manat pul verməyini xahiş etmişdir. O, onun and-aman etməsindən sonra banka müraciət etmiş və 8600 manat pul götürmüş və həmin pulun 8000 manatını cavabdehə vermişdir. Cavabeh bununla bağlı öz imzası ilə qəbz vermişdir. Razılaşmasına əsasən banka olan aylıq ödəməni cavabdeh həyata keçirməli imiş, lakin cavabdeh vədinə əməl etməmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Bundan əlavə olaraq iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o, iddiaçıdan 8000 manat borc pul götürmüşdür. Onun iddiaçıya hazırda 8000 manat yox, cəmi 2000 manat borcu var. Həmin borcu da iddiaçıya qaytaracağını bildirmişdir. İşdə olan 8000 manat pulun iddiaçıdan borc alınmasına dair qəbz onun tərəfindən yazılmış və imzalanmışdır. Amma o, borcunun çox hissəsini iddiaçıya qaytarmışdır. İddiaçıdan 8000 manat borc pulu aldığını, lakin o, iddiaçıya olan borcundan 4000 manat, daha sonra isə 2000 manat pul qaytarmışdır. Hazırda iddiaçıya cəmi 2000 manat borcunun qaldığını bildirmişdir. Lakin iddiaçıya qaytardığı pullarla bağlı hər hansısa bir sübutu yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Qəbzdə qeyd olunur: “mən Cavabdeh, İddiaçı 8000 manat (səkkiz min) manat borc almışam. Maaş kartımdan 4(dörd) illk pul çıxarmasına icazə verirəm. Öz imzamla təsdiq edirəm” borc alan İmza: var, Cavabdeh. Borcverən imza var Quliyev.İ. şahidlər, imza var Hüseynova.A, imza var Əhmədova.Ş - “Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, GTKR6740776B187 saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı qeyd olunan kredit müqaviləsi üzrə 18 ay müddətində hər ay 290,94 manat olmaqla banka kredit ödənişini etməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ilə əlaqədar 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Azərbaycan Respublikası Mülki Məcəllənin: -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, eyni zamanda cavabdehin məhkəmə iclasında verdiyi izahat ilə müəyyən edilmişdir ki, həmçinin cavabdehin də onun tərəfindən imzalandığını etiraf etdiyi qəbzdən isə görünür ki, cavabdeh iddiaçıdan 8000 manat borc pul almışdır. Cavabdeh onun tərəfindən iddiaçıya cəmi 6000 manat pulun qaytarıldığını, hazırda iddiaçıya 2000 manat borcunun olduğunu qeyd etmişdir. Cavabdeh hazırda iddiaçıya 2000 manat borcunun qaldığını bildirsə də, bununla əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 8000 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iddianın verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul və 100 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-1078/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1078/2025
02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver