Məhkəmə qərarları › İş №2(064)-1089/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1089/2023

09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1089/2023 09.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.210 manat əsas borc, 1.454 manat faiz borcu, 300 manat cərimə borcu olmaqla, cəmi 4.964 manat pulun və 70 manat ödənilmiş dövlət rusumunun alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli, 1144 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh şəxsi məqsədləri üçün 24 ay müddətinə 42 faiz olmaqla 4.800 manat məbləğində kredit verilmişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Qeyd olunanlara əsasən, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, kredit borcunun hissə-hissə ödənilməsini təmin edəcəkdir. Həmçinin xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə 60 manat olmaqla 120 manat ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiiş sübutlarla müəyyən edilir ki, Cavabdehla iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1144 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh şəxsi məqsədləri üçün 24 ay müddətinə 42 faiz olmaqla 4.800 manat məbləğində kredit verilmişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə banka ödənilməmiş borc qalmışdır. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən görünür ki, 3.210 manat əsas borc və 1.454 manat faiz borcunun qaytarılması tələb edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, əsas borc 3.150 manat, faiz borcu 1.424 manat qeyd edilmişdir. Odur ki, məhkəmə maliyyə arayışında göstərilən əsas və faiz borclarının tutulmasını əsaslı hesab edir. Bununla yanaşı, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, seriya ĞLL № 096192 kassa mədaxil oerdierinin qəbzlərindən görünür ki, Cavabdeh həmin tarixdə 60 manat ödəniş etmişdir. Odur ki, məhkəmə 1.424 manat faiz borcundan 60 manatın çıxılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn,pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması iləəlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə 30 manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 3.150 manat əsas borc, 1.364 manat faiz borcu, 300 manat cərimə borcu olmaqla, cəmi 4.814 manat və 30 manat dövlət rusumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar