Məhkəmə qərarları › İş №2(064)-1102/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1102/2023

04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1102/2023 04.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati xəta haqqında protokollara əsasən İddiaçı MMC tərəfindən ödənilmiş 1.521 manat və ödənilmiş 35,61 manat dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 may 2017-ci il tarixdə AL-891(2) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi əsasən 27 aprel 2017-ci il tarixli AL-891 saylı “Daxili Lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüş və istifadəsinə 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA566959 ban, 0032 mühərrik nömrəli, ağ rəngli avtomobil verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır, bununla əlaqədar olaraq İddiaçı MMC 17 mart 2021-ci il tarixində lizinq müqaviləsinin ləğv edilməsi,dəymiş zərərin və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı MMC-nin iddia ərizəsinə Füzuli Rayon Məhkəməsi tərəfindən baxılaraq 21 iyun 2021-ci il tarixli, 2(064)-807/2021 saylı qətnamədə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli ALY-547 saylı “Daxili lizinq müqaviləsi”nin ləğv edilməsi və Cavabdeh İddiaçı MMC-nin xeyrinə ümumilikdə 4046.98 manat məbləğində pulun tutulması Füzuli rayon məhkəməsi tərəfindən qət edilmişdir. “Daxili lizinq müqaviləsi”nin qüvvədə olduğu müddətdə müqavilə üzrə lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü lizinq alan Cavabdeh AR X3 tərəfindən inzibati qaydada cərimələnmişdirlər. Bu faktı AR X2 portalından alınmış çıxarış təsdiq edir. Həmin şəxslər cərimələri ödəməkdən yayındığı üçün İddiaçı MMC-yə məxsus “Daewoo Gentra” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələr şirkət tərəfindən ödənilmişdir.Həmin cərimələr aşağıdakılardan ibarətdir; 28 noyabr 2018-ci il tarixli, EQ 2380155; 24 dekabr 2018-ci il tarixli, EQ 2380161;13 yanvar 2019-cu il tarixli, EQ 1638360;12 fevral 2019-cu il tarixli, EQ 1323068;14 fevral 2019-cu il tarixli, EQ 1323070;14 fevral 2019-cu il tarixli, EQ 1323071;17 fevral 2019-cu il tarixli, EQ 1323072;09 mart 2019-cu il tarixli, EQ 1278001;17 mart 2019-cu il tarixli, EQ 1278003;13 aprel 2019-cu il tarixli, EQ 2380162;11 may 2019-cu il tarixli, EQ 1917445;16 iyun 2019-cu il tarixli, EQ 1766350;19 iyul 2019-cu il tarixli, EQ 3874744;11 avqust 2019-cu il tarixli, EQ 4074271;12 sentyabr 2019-cu il tarixli, EQ 4215988;01 noyabr 2019-cu il tarixli, EQ 2758363;01 noyabr 2019-cu il tarixli, EQ 2758365;04 noyabr 2019-cu il tarixli, EQ 2758367;21 yanvar 2020-ci il tarixli, EQ 4032625;10 fevral 2020-ci il tarixli, EQ 4032627;2 1 . 11 fevral 2020-ci il tarixli, EQ 4032628;18 mart 2020-ci il tarixli, EQ 4032626;13 aprel 2020-ci il tarixli, İXP 3190567;08 may 2020-ci il tarixli, EQ 4152517;17 may 2019-cu il tarixli, BNA 0243471.Mülki qanunvericiliyə əsasən İddiaçı MMC yazılmış X1 əsasən ümumilikdə 1.521 manat məbləğində cəriməni ödəmişdir. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciyyət edilmişdir. Məhkəmə iclasında: İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Füzuli Rayon Məhkəməsinin 21 iyun 2021-ci il, 2(064)-807/2021 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, AL-891 saylı daxili lizinq müqaviləsi ləğv edilmiş və İddiaçı MMC-nin xeyrinə Cavabdeh 1.454,07 manat əsas borc, 94,51 manat faiz borcu, 50 manat cərimə borcu və vurulmuş ziyana görə 2.418 manat olmaqla cəmi 4.016,58 manat və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat tutulmuşdur. “Daxili lizinq müqaviləsi”nin qüvvədə olduğu müddətdə müqavilə üzrə lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü lizinq alan Cavabdeh dəfələrlə inzibati qaydada cərimələnmişdir. Nəticədə qeyd olunan avtomobil iddiaçının mülkiyyətində olduğundan cəmi 1.521 manat cərimə iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq həmin vəsaitin cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 35,61 manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh 1.521 manat və ödənilmiş 35,61 dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar