Məhkəmə qərarları › İş №2(064)-1106/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1106/2023

21.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1106/2023 21.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhlman oğlunun katibliyi, iddiaçı X1 iştirakı ilə, iddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi zərərə görə 100.000 manat, ona vəd etdiyi 129.600 manatın bölünərək 27 il ərzində hər ay 400 manat aylıq əmək haqqı və mənəvi zərərə görə 150.000 manatın və mediasiya üçün ödədiyi 50 manatın tutularaq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı X2 bildirdi ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən sellofan torba istehsalı sexinin rəisidir. O, həmin sexdə xx.xx.2018-ci il tarixdə saat 13 radələrində baş vermis istehsalat qəzası nəticəsində əmək qabiliyyətinin 33 faizdən çox daimi itirməsi ilə sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər almışdır. Odur ki, cavabdehdən iddia ərizəsində qeyd etdiyi vəsaitin tutularaq ona verilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən hazırkı mülki işə ərazi aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, məhkəmənin hazırlıq iclasında müəyyən olundu ki, iş üzrə Cavabdeh rəsmi qeydiyyat yeri Ağdam rayonu, Qiyaslı kəndidir. İstehsalat qəzasının baş verdiyi yer isə Bakı şəhəri, Binəqədi rayonunun inzibati ərazisidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilr. 36.6. Xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər. 44.2-ci maddəsinə əsasən, məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa. Odur ki, məhkəmə hazırkı mülki işin ziyan vurma yeri olan ünvan 1 ünvanı üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 35.1, 36.6, 44, 45, 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARVERDİ: İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar