Məhkəmə qərarları › İş №2(064)-1122/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1122/2023

01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1122/2023 01.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borclu olduğu 450 manat pulun və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh xx.xx.2022-ci ildə 6.830 manat nəğd formada pul vermişdir. Həmin şəxs göstərilən məbləği almağını öz xətti ilə yazıb və qəbzə imza edib. Cavabdeh həmin məbləği 5 ay ərzində qaytarmağa söz vermişdir. Cavabdeh həmin məbləği almağını həyat yoldaşı Cavid də həmin qəbzə imza ataraq təsdiq etmişdir. Cavabdeh söz verdiyi müddət keçməsinə baxmayaraq götürdüyü məbləğdən 450 manatı hələ də qaytarmayıb. Dəfələrlə qalan borc məbləğini istəsə də, həmin şəxs 450 manat qalıq borcu ödəməkdən yayınır. Onun bu hərəkəti ona böyük zərər vurur. Məhkəmə iclasında: İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə baxışı iclasında iddia ərizəsinə oxşar məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, İddiaçı nisyə qızılzinət əşyaları almış və pulunu ödəmişdir. Lakin bəzi səbəblərə görə tam ödəniş edə bilməmiş və qalıq borcu 450 manat olmuşdur. Lakin hesab edir ki, iddiaçı ona əlavə faiz borcu da hesablamışdır. Odur ki, iddiaçıya 150 manat ödəyə biləcəkdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı Cavabdeh müxtəlif məbləğlərdə nisyə şəkildə qızıl-zinət əşyaları satmışdır. Cavabdeh aldığı malların pulunu ödəsə də 450 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh iddiaçıya 150 manat borclu qaldığını, lakin iddiaçının həmin məbləğə əlavə fazi borcu hesablamaqla qalıq borcunun 450 manat təşkil etdiyini bildirsə də buna dair rəsmi sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə cavabdehin iddiaçıya 450 manat ödənilməmiş borcu qalması qənaətinə gəlir. Bu hallarla bağlı MPM-in 77.1-ci maddəsinin imperativ xarakterli mövqeyi aydın və qətidir: hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə belə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 450 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, cavabdehdən məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumuna görə ödənilmiş 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 238-253, 357-362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 450 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar