Məhkəmə qərarları › İş №2(064)-115/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-115/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-115/2025 16.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - İddiaçı) iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsi (bundan sonra – Məhkəmə) müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) müştərək qaydada 920 manat borcun əvəzinin alınaraq İddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçıdan qaimə əsasında nisyə avadanlıq almışdır. Hazırda 920 manat qalıq borcu var. Cavabddeh Cavabdeh2 zamin durmuşdur. Bu günədək cavabdelər qalıq borcu qaytarmamışlar. Məhkəmə iclasında iştirak edən: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh2 izahat verərək bildirdi ki, İddiaçı ilə tanışdır. İddiaçı Cavabdeh1 onunla tanış olduğu üçün nisyə avadanlıq verib. Lakin Cavabdeh1 avadanlığı alsa da, borcunu qaytarmır. Ondan belə hərəkət gözləməzdi. Ona görə də qalıq borcun əvəzini İddiaçının xeyrinə ödəməyə razıdır. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh1 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan: - xx.xx.2023-cü il tarixli nisyə satış razılaşması əsasında müəyyən edilir ki, Cavabdeh1 İddiaçıdan 300 manat ilkin ödəniş edərək cəmi 2300 manat məbləğində olan avadanlıqların- paltaryuyan və soyuducunun dəyərini aylıq 383 manat olmaqla xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəsinə götürüb; - xx.xx.2024-cü il tarixli qəbz əsasında müəyyən edilir ki, Cavabdeh2 İddiaçıya qarşı 920 manat məbləğində borcunun olmasını və tezliklə ödəyəcəyini bildirib. Məhkəmə mübahisə ilə bağlı hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 471-ci maddəsinə görə zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Məhkəmə göstərilən qanunvericilik normalarını rəhbər tutaraq, iş materiallarını və tərəflərin izahatlarını tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Cavabdeh1 imzası ilə təsdiqlənən sənəd əsasında müəyyən edilir ki, tərəflər arasınada nisyə alqı-satqı münasibətləri olmuşdur. Sonuncu İddiaçıdan nisyə mallar alaraq onların bir hissəsinin dəyərini, yəni 920 manatını ödəməmişdir. Həmçinin Cavabdeh2 da məhkəmə iclası zamanı verdiyi izahatında göstərilənləri təsdiqləmişdir. Göstərilənlərə əsasən tələb həmin hissədə təmin edilməlidir. Lakin Məhkəmə idda tələbinin Cavabdeh2 aid hissəsinə münasibət bildirərək qeyd edir ki, nisyə satılmış mallar Cavabdeh1 tərəfindən alınmış, Cavabdeh2 isə Cavabdeh1 zamin durmuşdur. Tərəflər arasında razılaşdırılmış zaminlik müqaviləsi Mülki qanunvericilikdə tələb olunduğu qaydada, yəni yazılı formaya riayət edilmədən bağlandığından Məhkəmə hesab edir ki, tərəflər arasında razılaşdırılmış zaminlik münasibətləri etibarsızdır. Bu əsasla da, Məhkəmə bu qənaətə gəlir ki, İddiaçının Cavabdeh2 qarşı irəli sürdüyü tələb əsassız olduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və AR MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Hüseynov Cavabdeh1 İddiaçının xeyrinə 920 manat məbləğində pul tutulsun. İddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar