Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1168/2025 25.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 13500 manat pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, onun cavabdehə olan etibarından suiistifadə edən tanışı Cavabdeh onu aldadıb ona məxsus olan qızıl-ziynət əşyalarını, onun həmin dəyərini ona aybaay hissə-hissə ödəməyi vəd verərək yaşadığı mənzildən götürüb aparmış, lakin sonralar vədini yerinə yetirməmiş, borcunun az bir hissəsini ödədikdən sonra ümumiyyətlə və qəsdən ödəməmiş, hazırda cavabdehin ona 13500 manat məbləğində borcu qalmış, indiyə kimi dəfələrlə tələb etsə də, imkanı ola-ola həmin pul məbləğini, polisə də şikayət etməsinə və ödəmə imkanın olmasına baxmayaraq ona qaytarmamış, mənimsəmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıdr. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etdiyini qeyd edərək bildirmişdir ki, o, iddiaçını çoxdan tanıyır, iddiaçıdan dəfələrlə mal almış və vaxtında pulunu qaytarmışdır. Sonuncu dəfə 15000 manat dəyərində qızıl-zinət əşyasını almış və iddiaçıya olan borcundan 1500 manatını qaytarmışdır. Sonradan maddi imkanı olmadığı üçün onun iddiaçıya 13500 manat borcunu ödəyə bilməmişdir. O, bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Cavabdeh iddia tələbini tam qəbul edir, iddiaçıya borcu var və həmin pulu iddiaçıya qaytaracağını bildirmişdir. - Binəqədi Rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda deyilir: “Sizin Binəqədi RPİ-nin 7-ci PB-nə xx.xx.2024-cü il tarixdə daxil olmuş, Cavabdeh Sizə olan 13500 manat borcunu ödəməməsi ilə bağlı müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizin araşdırılması ilə bağlı Cavabdeh polis bölməsinə dəvət edilmişdir. Cavabdeh izahatında Sizə borcunun olduğunu etiraf etmiş, lakin maddi vəziyyəti ilə bağlı ödəyə bilmədiyini bildirmişdir. Bildiririk ki, araşdırma zamanı Cavabdeh əməlində cinayət və inzibati xəta tərkibi aşkar olunmadığından aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur.” -Cavabdeh tərəfindən Binəqədi Rayon Polis Şöbəsində verilmiş izahatdan görünür ki, o, İddiaçı 2022-ci ildə ümumi dəyəri 15000 manat hesablanmaqla qızıl-zinət əşyaları götürüb. Həmin məbləğdən 1500 manatını qaytarıb. Sonradan maddi imkanı olmadığı üçün onun iddiaçıya 13500 manat borcunu iddiaçıya ödəyə bilməmişdir. O, 13500 manat iddiaşıya pul borclu olduğunu etraf edir. İş materiallarında olan qəbzdən görünür ki iddiaçı hazırkı iddia ilə əlaqədar 132,90 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehin iddiaçıya ümumilikdə 13500 manat borcu var. Cavabdeh həmin borcu ödəməmişdir. Yaranmış borcu ödəməsi cavabdehə təklif edilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında cavabdeh iddiaçıya 13500 manat borcunun olduğunu etiraf etmişdir. İş materiallarından da göründüyü kimi, iddia tələbi cavabdehin özü tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 52.2-ci maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən iddia etiraf edilərək, iddia tələbi qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf edərək qəbul etməsi iddianın təmin edilməsi üçün yetərlidir. Buna görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilərək, iddia təmin edilməli, Cavabdeh 13500 manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in: -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçı tərəfindən tələb edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aidd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 13500 (on üç min beş yüz) manat pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aidd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-1168/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1168/2025
25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver