Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-117/2025 22.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3200 manat borcun, iddia qaldırılması üçün ödənilmiş 52,40 manat manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh 2023-cü ilin avqust ayının 14-də həmkəndlisi X1 ilə birlikdə onun yanına gələrək pul lazım olduğunu bildirmiş və o, Mahirin dostu olduğu üçün inanıb ona 2000 manat vermiş və bu barədə qəbz yazdırmışdır. Sonradan o, Asimə iş axtardığını demiş və Asim bu məsələni həll edəcəyini bildirərək ondan 1000 manat da pul almışdır. Lakin Asim işi düzəltməmişdir. O, pulunu tələb etmiş, Asim pulu olmadığını, ferması olduğunu və həmin fermanı satıb pulu qaytaracağını bildirmiş və ondan yenidən fermanın sənədlərini düzəltmək üçün 200 manat da pul almışdır. Cavabdehin bu günə kimi ona cəmi 3200 manat borcu yaranmış, lakin cavabdehdən dəfələrlə tələb etsə də pulunu ala bilməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini qismən qəbul etdiyini və hazırda iddiaçıya 3000 manat borcunun olduğunu, həmin pulu ayda 100 manat olmaqla hissə-hissə iddiaçıya qaytaracağını bildirmişdir. Eyni zamanda məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Qəbzdə qeyd olunur: “mən Cavabdeh İddiaçı 2000 manat əl borcu aldım. 3 ay müddətinə qaytarmaq şərti ilə. Yazını özüm yazdım öz imzamla təstiq edirəm.İmza: var.” -Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədə (Qəbzdə) qeyd olunur: “mən Cavabdeh, həqiqətən İddiaçı 3000 manat pul borcum var. Borcumu hissə-hissə, ayda 100 manat olmaqla ödəyəcəm. İş materiallarında olan qəbzdən görünür ki iddiaçı hazırkı iddia ilə əlaqədar 52 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. İddiaçı cavabdehdən özünün xeyrinə 3200 manat borcun tutulmasını tələb etsə də, cavabdehə həmin məbləğdə pul vəsaitini borc verməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh iddiaçıdan yalnız 3000 manat borc alması əsası ilə iddiaya etiraz etmişdir. Məhkəmə iddiaçının tələbinin əsası kimi istinad etdiyi halın təsdiqi üçün sübut təqdim etmədiyini nəzərə alaraq onun iddiaçıdan 3000 manat məbləğində pulu borc aldığına dair cavabdehin bildirdiklərini işin hallarına uyğun sayır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, tərəflər pulun borc olaraq verilməsini bildirsələr də, işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında pulun verilməsinə dair hər hansı müqavilə mövcud deyil, pul vəsaiti iddiaçı tərəfindən cavabdehə öhdəlikdən kənar qaydada verilmişdir. Odur ki, müqavilədən kənar ödənilmiş pul vəsaitinin qaytarılmasına dair hazırki mübahisənin həllində qanunvericiliyin əsassız varlanmaya dair normaları tətbiq edilməlidir. Beləliklə, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3000 manat əsas borc pul və 52,40 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in: -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 3000 manat pul və ödənilmiş 52,40 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-117/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-117/2025
22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver