Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1172/2023 04.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2.100 manat məbləğində pulun və 41 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi əvvəldən tanıyırmış. Belə ki, cavabdeh şəxsi işi ilə əlaqədar olaraq əvvələr də ondan borca pul almışdır. xx.xx.2022-ci il tarixdə yenidən ondan borca 2.100 manat pulu 10 günə qaytaracağını vəd verərək almış və həmin pulu bu günədək qaytarmamışdır. O, cavabdehdən borcunu könüllü olaraq qaytarmasını dəfələrlə xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Belə ki, cavabdeh müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan boyun qaçırmışdır. Ona görə də, məhkəmə qaydasında cavabdehdən ona borclu olduğu 2.100 manat pulun alınması qənaətinə gəlmişdir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı həmçinin bildirdi ki, Cavabdeh 2.100 manat pulu ona verilməsi üçün Müseyibə verdiyini bildirsə də sonuncu ona pul verməmişdir. O, ümumiyyətlə Müseyib adlı şəxsi tanımır. Həmid onu aldadaraq girov kimi qoyduğu avtomobili və onun sənədlərini geri almışdır ki, avtomobili satıb borcunu qaytaracaqdır. Lakin vədinə əməl etməyərək aldığı pulu qaytarmamışdır. Odur ki, hesab edir ki, cavabdeh ondan aldığı 2.100 manat pulu ona qaytarmalıdır. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı borca aldığı 2.100 manat pulu iddiaçının təkidi ilə Müseyibə vermiş, Müseyib də həmin pulu Təbrizə vermişdir. Bundan sonra, Təbriz girov kimi saxladığı onun avtomobilini və avtomobilin sənədlərini ona qaytarmışdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh təşəbbüsü ilə dəvət edilmiş şahidlər: X3 bildirdi ki, iddiaçı Təbriz Həsənov cavabdeh Həmid Musayevə hissə-hissə 600 manat və 1.700 manat olmaqla cəmi 2.300 manat pul vermişdir. Şəxsən özü görməsə də eşitdiyinə görə Həmid aldığı pulu Təbrizə qaytarmışdır. X1 bildirdi ki, iddiaçı Təbriz Həsənov cavabdeh Həmid Musayevə hissə-hissə 600 manat və 1.600 manat pul vermişdir. Şəxsən özü görməsə də eşitdiyinə görə Həmid aldığı pulu Təbrizə qaytarmışdır. İddiaçının iddia ərizəsinə əlavə etdiyi: Beyləqan RPŞ TB-nin təhqiqatçısı T.Hüseynovun xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh İddiaçı borclu olduğu 2.100 manat pulu Müseyibə verdiyini bildirmişdir. Cavabdeh şəxsiyyət vəsiqəsinin kserosurəti olan kağız parçasında “Mən Cavabdeh oğlu Təbriz kişidən 2.100 manat pulu 18.9.2022-ci il tarixdə qaytaracam” ifadələri yazılmışdır. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki işin faktiki hallarından görünür ki, İddiaçı Cavabdeh 2022-ci ilin sentyabr ayında 2.100 manat məbləğində pulu borc vermişdir. Cavabdeh aldığı pulu qaytaracağına dair üzərinə öhdəlik götürmüş və lakin bu öhdəliyini lazımına yerinə yetirməyərək borcunu hələ də qaytarmamışdır. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək İddiaçı aldığı 2.100 manat pulu iddiaçının təkidi ilə Müseyibə verdiyini, Müseyibin də həmin pulu Təbrizə verdiyini, bundan sonra Təbrizin onun avtomobilini və avtomobilin sənədlərini ona qaytardığını bildirmişdir. İddiaçı isə cavabdehin bu mülahizələri ilə razılşamayaraq bildirmişdir ki, Cavabdeh 2.100 manat pulu ona verilməsi üçün Müseyibə verdiyini bildirsə də sonuncu ona pul verməmişdir. O, ümumiyyətlə Müseyib adlı şəxsi tanımır. Həmid onu aldadaraq girov kimi qoyduğu avtomobili və onun sənədlərini geri almışdır ki, avtomobili satıb borcunu qaytaracaqdır. Lakin vədinə əməl etməyərək aldığı pulu qaytarmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş Beyləqan RPŞ TB-nin təhqiqatçısı T.Hüseynovun xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından da görünür ki, orada Cavabdeh İddiaçı borclu olduğu 2.100 manat pulu Müseyibə verdiyini bildirmişdir. Məhkəmə Cavabdeh mülahizələri ilə razılaşmayaraq hesab edir ki, cavabdehin iddiaçıya borclu olduğu 2.100 manat pulu Müseyib adlı şəxsə verməsi həmin pulun iddiaçıya qaytarılması anlamına gəlməməlidir. Bununla yanaşı, məhkəmə cavabdehin təşəbbüsü ilə dindirilmiş şahid ifadələrinin də qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, şahidlər E.Musayev və R.Əliyev bildirdilər ki, şəxsən özləri görməsələr də eşitdiklərinə görə Cavabdeh aldığı pulu iddiaçı Təbriz Həsənova qaytarmışdır. Şahid ifadələrinin təhlilindən belə anlaşılır ki, onlar cavabdehin iddiaçıdan aldığı pulu qaytardığının şəxsən şahidi olmamışlar və bu barədə cavabdehdən eşitmişlər. Odur ki, məhkəmə bu ifadələri mötəbər sübut kimi qəbul etmir. Beləliklə də, məhkəmə qeyd olunanları yekunlaşdıraraq və iddia tələbini əsaslı sayaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 2.100 manat pul tutulmalıdır. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə (xx.xx.2023-cü il tarixli Qanunla edilmiş dəyişikliyədək) əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan başqa, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 41 manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2.100 manat və ödənilmiş dövlət rüsumuna görə 41 manat tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-1172/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1172/2023
04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver