Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1192/2023 11.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İsrafil qızına qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh İsrafil qızına qarşı məhkəmə iddia qaldıraraq cavabdehdən qızılzinət əşyalarının qaytarılmasını xahiş etmişdir. Qeyd olunan ərizə Bakı şəhər Nizami Rayon Məhkəməsinə ünvanlanmışdır. Ərizəyə əlavə edilmiş iddia ərizəsinin surətindən isə görünür ki, ərizə Füzuli Rayon Məhkəməsinə ünvanlanmaqla cavabdehlər Cavabdeh İsrafil qızı və X1 göstərilmişdir. Həmin ərizədə cavabdehlərdən 4.550 manat maddi və 500 manat mənəvi ziyanın, 16.000 manatın, 2.000 manat mənəvi zyanın, qızıl-zinət əşyalarının ona qaytarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Hər iki iddia ərizəsinin giriş və əsaslandırıcı hissələrindən görünür ki, iddia tələbləri ay-ayrı cavabdehlərə yönəldilmiş və məzmunu bir-birindən fərqli şəkildə yazılmaqla iddia tələbi qeyri-müəyyən şəkildə verilmişdir. Həmçinin iddiaçı öz tələbinin əsası kimi konkret hallara istinad etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. Odur ki, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPMin 259.0.12, 260 və 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh İsrafil qızına qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya qərardadın əsaslandırıcı hissəsində göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada məhkəmədə iddia qaldırması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-1192/2023
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1192/2023
11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver