Məhkəmə qərarları › İş №2(064)-1212/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1212/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1212/2025 11.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1500 manat borc pulun iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbinin həcmini azaldaraq Cavabdeh 1200 manat borc pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Füzuli rayonu Mahmudlu 2 kənd sakini İddiaçı cavabdeh Füzuli rayonu, Əhmədbəyli kənd sakini Cavabdeh uzun müddətdir ki, tanıyır. Ötən il, yəni 2024-cü ildə cavabdeh ona təcili 1500 manat pula ehtiyacı olduğunu bildirmiş və ona borca pul verməyini xahiş etmişdir. O, 2024-cü ilin avqust ayının 8-i tarixində Cavabdeh ehtiyacı olduğu məbləğdə, yəni 1500 manat pulu şəxsən vermişdir. Cavabdeh Əmrullah oğlu bu pulu ona 30 oktyabr 2024-cü il tarixində qaytaracağını vəd etmişdir. Cavabdeh üzərinə götürdüyü bu öhdəliyi yazılı olaraq qeyd etmiş və öz şəxsi imzası ilə təsdiqləmişdir. Həmin qəbzi də iddia ərizəsinə əlavə etmişdir. Həmin tarixdən bu günə qədər cavabbehə dəfələrlə müraciət edərək ona olan borcunu ödəməsini tələb etsə də, o müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Cavabdeh hal-hazırda Bakı şəhərində yaşayır və işləyir. Cəhdlərinin heç biri nəticə vermədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş, iddia tələbini azadılmış həcmdə müdafiə edərək 1200 manat pulun cavabdehdən onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o, iddiaçıdan 1500 manat borc pul götürmüşdür. Onun iddiaçıya hazırda 1500 manat yox, cəmi 400 manat borcu var. Belə ki, iddiaçıya həmin borcun 400 manatını onun qardaşı, 400 manatını onun atası, 300 manatını isə onun hərbçi qardaşı iddiaçıya qaytarıb vermişdir. Hazırda iddiaçıya cəmi 400 manat borcunun qaldığını bildirmişdir. Eyni zamanda bildirmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi borcun alınması barədə qəbzdəki imza da ona məxsusdr. Lakin iddiaçıya borcundan etdiyi ödənişlərlə bağlı hər hansısa bir sübutu yoxdur. Qeyd olunanlara iddianın rədd edilməsini qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Qəbzdə qeyd olunur: “mən həmkəndlim İddiaçı xx.xx.2024-cü ildə 1500 (min beş yüz) manat pul aldım.” İmza: var, Cavabdeh 30 oktyabrda qaytarmaq şərti ilə. (qəbz Cavabdeh məxsus şəxsiyyət vəsiqəsinin ksero surətinin arxa hissəsinə yazılıb.) İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ilə əlaqədar 36 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Azərbaycan Respublikası Mülki Məcəllənin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, eyni zamanda cavabdehin məhkəmə iclasında verdiyi izahat ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 1500 manat məbləğində borc pul almışdır. Həmçinin iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş, cavabdehin də onun tərəfindən imzalandığını etiraf etdiyi qəbzdən də görünür ki, cavabdeh iddiaçıdan 1500 manat borc pul almışdır. İddiaçı iddia tələbində isə 300 manat pulun cavabdeh tərəfindən ona qaytarıldığını, hazırda cavabdehin ona 1200 manat borcunun olduğunu qeyd etmişdir. Cavabdeh hazırda iddiaçıya 400 manat borcunun qaldığını bildirsə də, bununla əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə mülki işin materialları əsasında belə qənaətə gəlir ki, iddiaçının iddia tələbinin mahiyyəti cavabdehin yazılı qaydada tərtib etdiyi qəbz əsasında xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə iddiaçı qarşısında yaranmış öhdəliyini icra etməməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1200 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 36 manat dövlət rüsumu tələb edilmədiyindən həmin rusum iddiaçının özünə aidd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1200 (bir min iki yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aidd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar