Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1213/2024 23.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təhkim edilmiş elektron nəzarət vasitəsinin 2277,40 manat dəyərində pul məbləğinin ondan tutularaq Ədliyyə Nazirliyinin Dövlət Xəzindarlıq Agentliyində müvafiq hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkum Cavabdeh Xətai Rayon Məhkəməsinin 1(011)-145/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinib, 2 il 5 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və onun icrasına dair göstərişi ərazi aidiyyəti üzrə xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin icraatına daxil olmuş, məhkum xx.xx.2022-ci il tarixdə Füzuli rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınaraq, onunla ilkin qaydada fərdi söhbət aparılmış və həmin tarixdə ona “Attenti” markalı elektron nəzarət vasitəsi komplektinə daxil olan elektron qolbaq tətbiq edilərək ona üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Müvafiq protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd enerji toplayıcı iş üzrə cavabdeh məhkum Cavabdeh tətbiq edilərək təhvil verilmişdir. Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsindən məhkumun məhkəmə tərəfindən təyin edilmiş vəzifələri yerinə yetirməməsinə dair daxil olmuş məlumat araşdırılan zaman müəyyən edilmişdir ki, məhkum Cavabdeh elektron nəzarət vasitəsindən izlənilmə məlumatları daxil olmur. Məhkum Cavabdeh xx.xx.2024-cü il tarixdə idarəyə dəvət edilərək elektron nəzarət vasitəsinə baxış keçirilmiş və bu zaman mobil qurğunun qeyri-işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Məhkum Cavabdeh bu barədə izahat alınmış, o, izahatında reabilitasiya mərkəzində narkomaniyadan müalicə kursu keçdiyini və proqram çərçivəsində su terapiyası almaq üçün hovuza unudaraq mobil qurğu ilə girdiyini və bundan sonra mobil qurğunun qeyri-işlək vəziyyətə düşdüyünü bildirmişdir. Həmin qurğu xx.xx.2024-ci il tarixdə izlənilmə məlumatı gəlmədiyindən məhkum Cavabdeh təhvil alınaraq yenisi ilə əvəz edilmiş və bu barədə həmin tarixdə müvafiq qaydada protokol tərtib edilərək şəxsi işə əlavə edilmişdir. “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” xx.xx.2024-cü il tarixli texniki rəydə düzgün istifadə edilməməsi səbəbindən ana platada elektron elementlərin sıradan çıxdığını və təmirinin mümkün olmadığı bu səbəbdən həmin cihazın istifadəyə tam yararsız olduğu bildirilmişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi maliyyə arayışına görə həmin elektron nəzarət vasitəsini dəyəri 2277,40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat göndərilməsinə, baxmayaraq iddiaçının nümayəndəsi Cavid İsmayılov məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Respublika Narkoloji Mərkəzinin ixtisaslaşdırılmış şöbəsində məcburi müalicə alan Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-145/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli 2 il 5 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və onun icrasına dair göstərişi ərazi aidiyyəti üzrə xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin icraatına daxil olmuşdur. -azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması, təhvil verilməsi və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh 1 ədəd elektron qolbaq, 1 ədəd “Attenti” markalı mobil nəzarət qurğusu, 1 ədəd mobil nəzarət qurğusunun enerji toplayıcısı və 1 ‘dəd telefon qoruyucu təhvil verilmiş və ona hökmün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərinə elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. -azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması barədə xx.xx.2024-cü il tarixli protokolun surətindən görünür ki, həmin tarixdə məhkum Cavabdeh verilmiş elektron nəzarət vasitələrinə baxış keçirilərkən ana platadan elementlərin qoparıldığı, istifadəyə yararsız olduğu müəyyən edilmişdir. -həmçinin məhkum Cavabdeh tərəfindən imzalanmış “attenti” markalı 35656150 saylı mobil qurğunun istifadəyə yararsız olması barədə xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, ona təyin edilmiş elektron nəzarət vasitələrinə baxış keçirilən zaman 35656150 saylı elektron nəzarət vasitəsinin qeyri-işlək vəziyyərdə olduğu, təmirə mümkün olmadığı, istifadəyə tam yararsız olduğu müəyyən edildiyindən bu barədə akt tərtib edilmişdir. -məhkum Cavabdeh Bakı şəhər Probasiya İdarəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatının surətindən görünür ki, o, ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, reabilitasiya mərkəzində narkomaniyadan müalicə kursu keçdiyini və proqram çərçivəsində su terapiyası almaq üçün hovuza unudaraq mobil qurğu ilə girdiyini və bundan sonra mobil qurğunun qeyri-işlək vəziyyətə düşdüyünü bildirmişdir. Qurğu bu səbəbdən zədələnmişdir. -elektron nəzarət vasitəsinin vəziyyəti haqqında ED 000517 nömrəli texniki rəydən görünür ki, Cavabdeh verilmiş “attenti V6” markalı mobil qurğusunun ana platada elementlər sıradan çıxıb, təmiri mümkün deyil. İstifadəyə tam yararsızdır. -xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, “Attenti” markalı elektron nəzarət vasitəsitəyə (komplektə) daxil olan - 1 ədəd sadə elektron qolbaq, 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektrik adapteri, 1 ədəd proqram lisenziyası – 1930 manat dəyərində, 347,40 manat ƏDV daxil olmaqla cəmi 2277,40 manat dəyərindədir. -Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəisi Akşin Ziyadova ünvanlanmış xx.xx.2021-ci il tarixli məktublarından görünür ki, probasiya qeydiyyatında olan “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğusunun, sadə elektron qolbağın, habelə ağıllı elektron qolbağın itirilməsi, zədələnməsi və ya digər üsulla yararsız vəziyyətə salınması hallarında həmin vasitələrin dəyəri olan 2277,4 manat tutulmalıdır. Elektron avadanlıqlarının dəyəri nəzarət subyektindən tutularaq X1 hesabına köçürülməlidir. -Respublika Narkoloji Mərkəzi X4 məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə mərkəzin ixtisaslaşdırılmış şöbəsinə məcburi müalicəyə yerləşdirilmişdir. Hal-hazırda məcburi müalicəsi davam etdirilir. Cavabdeh məcburi müalicəsinin bitməsi məhkəmə qərarına əsasən müəyyən olunur. -Cavabdeh Respublika Narkoloji Mərkəzi X4 vasitəsilə məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, mərkəzin ixtisaslaşdırılmış şöbəsində məcburi müalicə alır, hazırki iş üzrə iddia ərizəsi ilə tanış olub və iddianı qəbul edir. İşin araşdırılmış hallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 145/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə qəti olaraq 2 il 5 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh cəzasının icrasına nəzarət qaydasında “Attenti” markalı, ümumi dəyəri 2277,40 manat olan elektron nəzarət komplekti ilə təhkim olunmuşdur. Həmin elektron nəzarət komplekti məhkum Cavabdeh istifadəsində olan zaman yararsız vəziyyətə salınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılmış hallarına əsasən Cavabdeh verilmiş ümumi dəyəri 2277,40 manat olan elektron nəzarət vasitəsi onun istifadəsinə olduğu müddətdə ana platada elementlər qopaılmaqla yararsız vəziyyətə salınması iş üzrə təqdim edilmiş sübutlarla müəyyən olunduğundan məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci madəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə “Attenti” markalı elektron nəzarət vasitəsinin dəyəri olan 2277,4 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “Attenti” markalı elektron nəzarət vasitəsinin dəyəri olan 2277,4 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə (X2, müxbir hesab: AZ41NABZ********************, VÖEN:**********, kod: 210005, SWİFT: CTREAZ22, Bakı şəhər Maliyyə İdarəsi, hesab nömrəsi: AZ66CTRE********************, səviyyə kodu: 1, təsnifat kodu: 142330, VÖEN: **********) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-1213/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1213/2024
23.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver