Məhkəmə qərarları › İş №2(064)-123/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-123/2024

19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-123/2024 19.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh 790 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh təxminən bir ay bundan əvvəl onun şəxsi avtomobilinin sürətlər qutusunun təmiri üçün ondan üç dəfəyə omaqla cəmi 550 manat pul almış, həmçinin 180 manat alaraq avtomobilin sürətlər qutusunun yağının dəyişdirilməsinə söz vermiş, lakin bunun müqabilində heç bir iş görməmişdir. Nəticədə o, ziyana düşmüş, hazırda avtomobilin Qadir adlı maşın ustasının Füzuli rayonu Böyük Bəhmənli kəndində olan servisindədir. Hələ də təmiri başa çatmayıb. Həmçinin o, cavabdehin qanunsuz hərəkətləri nəticəsində 60 manat da taksiyə ödəmişdir. Bütün bunları nəzərə alıb iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində götərilənlərlə oxşar məzmunlu izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, iddiaçıdan onun avtomobilinin sürətlər qutusunun təmiri üçün 550 manat almışdır. Lakin sürətlər qutusunu təmir edə bilməyəcəyini başa düşdükdən sonra bu işi başqa ustaya həvalə etmişdir. İddiaçının başqa xərc çəkməsinə dair məlumatı yoxdur. Sonradan iddiaçı ona demişdir ki, sürətlər qutusu keyfiyyətli təmir olunmamışdır. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Cavabdeh İddiaçı avtomobilinin sürətlər qutusunu təmir etməyi, İddiaçı isə cavabdehə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməsi üçün müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin nəticədə cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə olan halda, iddiaçı cavabdehə ödədiyi vəsaitin geri qaytarılmasını tələb etmişdir. Cavabdehin izahatı və iddia ərizəsinə əlavə edilmiş qəbzlərlə iddiaçının cavabdehə 550 manat pul verməsi öz təsdiqini tapsa da qalan 240 manat vəsaitin xərclənməsinə dair mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəmə elə buradaca onu qeyd etməyi zəruri hesab edir ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq, mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən normanın məzmunundan da göründüyü kimi, qanunverici sübutetmə vəzifəsini iddiaçı və cavabdeh üçün bərabər şəkildə müəyyən etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı sayılaraq qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh 550 manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar