Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1247/2023 18.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlu, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlə arasında bağlanmış xx.xx.2022-ci il tarixli MR0015866-2022 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh ödənilməmiş 993,68 manat məbləğində əsas borc, 142,10 manat faiz borcu olmaqla cəmi 1.135,78 manat məbləğində pulun və ödənilmiş 31,36 manat dövlət rüsumunun alınaraq iddiaçı “Merkuri BOKT" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “Merkuri BOKT" ASC arasında xx.xx.2022-ci il tarixli, MR0015866-2022 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən, borcluya 36 ay müddətinə illik 39% olmaqla 5.000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin aylıq ödənişləri zamanı gecikmələr yaranmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2022-ci il tarixdən bu günə qədər cavabdeh götürdüyü 5.000 manat məbləğində əsas borcdan 4006.32 manat ödəniş elmiş, eləcə də müqavilənin 2.1-ci bəndinə əsasən hesablanmış faiz, borcundan 728.01 manat ödəniş elmiş və müqavilənin 7.2-ci bəndinə əsasən hesablanmış cərimə borcundan 55.67 AZN ödəniş etmişdir. Beləliklə, hal-hazırda borclunun ödənilməmiş 993,68 AZN məbləğində əsas borcu 142.10 AZN faiz borcu olmaqla, cəmi 1135.78 AZN məbləğində borcu qalmışdır. Təşkilatla borclu arasında bağlanmış xx.xx.2022-ci il tarixli MR0015866-2022 nömrəli çərçivə kredit müqaviləsinin 5.7.3 bəndinə əsasən kredit xətti üzrə əsas borcun qaytarılması və/və va faizlərin ödənilməsi 30 gündən artıq müddətə gecikdirdikdə "Kreditorun" vaxtından əvvəl tələb etmə hüququ yaranır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabeh Cavabdeh ilə iddiaçı “Merkuri BOKT" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MR0015866-2022 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 39% olmaqla 5.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2022-ci il tarixdən bu günə qədər cavabdeh götürdüyü 5.000 manat məbləğində əsas borcdan 4.006,32 manat, eləcə də müqavilənin 2.1-ci bəndinə əsasən hesablanmış faiz borcundan 728,01 ödəniş ödəniş etmişdir. Hazırda cavabdehin borcu 993,68 manat əsas borc, 142,10 manat faiz borcu olmaqla cəmi 1.135,78 manat təşkil edir. Göründüyü kimi, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və kredit borcunun tam şəkildə qaytarılmasını təmin etməmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Odur ki, məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması iləəlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 31,36 manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, MR0015866-2022 nömrəli kredit müqaviləsinə əsasən 993,68 manat əsas borc və 142,10 manat faiz borcu olmaqla, cəmi 1.135,78 manat və ödənilmiş 31,36 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-1247/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1247/2023
18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver