Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-125/2023 07.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, iddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, iddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış 18 mart 2015-ci il tarixli, 13/2 KX saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdehdən iddiaçının xeyrinə 1 845,36 ABŞ dolları əsas borc, 620,24 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2.465,60 ABŞ dolları, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2-1 (81)- 3619 / 2016 saylı qərarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti məcburi ləğv edilmiş və Azərbaycan Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 mart 2015-ci il tarixli 13/2 KX saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 18 faiz olmaqla 3000 ABŞ dolları kredit verilmişdir. 18 mart 2016-cı ildə bu müqaviləyə əlavə imzalanmış və kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixinədək uzadılmışdır. Dəfələrlə kreditdən və kredit üzrə yığılmış faizlərin təcili ödənilməsi barədə Bank tərəfindən Cavabdeh müraciətlər edilmiş, lakin cavabdeh verdiyi vədlərə əməl etməyərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Cavabdeh sözügedən kreditdən qismən ödəniş etmişdir. Bunun nəticəsi olaraq Cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə 1.845,36 ABŞ dolları əsas borcu, 620,24 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2.465,60 ABŞ dolları borcu qalmışdır. Bu səbəbdən də, məhkəmə müraciət edilmişdir. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və iddanın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iddiaçı tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materialına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 mart 2015-ci il tarixli, 13/2 KX saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 18 faiz olmaqla 3.000 ABŞ dolları kredit verilmişdir. 18 mart 2016-cı il tarixli kredit xətti müqaviləsinə 1 saylı əlavə müqavilədən görünür ki, 18 mart 2015-ci il tarixli, 13/2 KX saylı kredit müqaviləsinin müddəti 18 mart 2017-ci il tarixinədək uzadılmışdır. xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh borcu 1 845,36 ABŞ dolları əsas borc, 620,24 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2.465,60 ABŞ dolları təşkil edir. Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6242 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış müqaviləsi üzrə cəmi borcu 2.463,16 ABŞ dolları təşkil edir. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş və onun ödənilməmiş kredit borcu qalmışdır. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə iddia tələbini qismən, yəni əsas borcun qaytarılması hissəsində təmin edərək bildirir ki, cavabdehlə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanı ilə əhatə olunan kredit olmaqla onun borcu 1.727,94 manat təşkil edir. Belə ki, həmin Fərmanın 8.3-cü bəndinə əsasən, bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi başa düşülür. İnternet portaldan çıxarışdan görünür ki, cavabdehin borcundan restrukturizasiyaya yönəlmiş məbləğ 1.727,94 manat olmuşdur. Odur ki, məhkəmə cavabdehdən iddiaçının xeyrinə məhz bu məbləğin tutulmasını əsaslı hesab edir. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, cavabdehdən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iş üzrə 100 manat ekspertiza xərci cavabdehdən tutularaq MEM-in hesabına keçirilməlidir. Beləliklə də, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119, 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin İddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə Cavabdeh kredit borcuna görə 1.727,94 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulsun. Cavabdeh ekspertiza xərcinə görə 100 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(064)-125/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-125/2023
07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver