Məhkəmə qərarları › İş №2(064)-1255/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1255/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1255/2023 26.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlu, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, 2.083,25 manat borcun və 18,71 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 535rstBANK/19 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək şərtilə 2.942,13 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə “Bu müqaviləyə görə “Bank” “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukturizasiya olunan kredit borcunun bu müqavilənin 1.2-ci bəndində göstərilən qalıq məbləğini, 1.3-cü bənddə göstərilən müddətdə və faizlə “Müştəri”nin mülkiyyətinə verir, həmçinin ona bank hesabları açır və “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Həmin kredit müqaviləsi üzrə tərəfimizdən Füzuli Rayon Məhkəməsinə kiçik iddia qaydasında iddia ərizəsi ilə müraciət edilərək, cavabdeh HACİYEV HİKMƏT MƏHƏMMƏD OĞLUNDAN 781.39 AZN əsas məbləğ üzrə və 5.48 AZN faiz borcu olmaqla, cəmi 786.87 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 AZN məbləğində vəsaitin tutulması xahiş edilmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-721/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tam təmin edilərək, HACİYEV HİKMƏT MƏHƏMMƏD OĞLUNDAN 781.39 AZN əsas məbləğ üzrə və 5.48 AZN faiz borcu olmaqla, cəmi 786.87 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 AZN məbləğində vəsaitin tutulması qət edilmişdir. Lakin iş sənədlərinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından göründüyü kimi həmin kredit müqaviləsi üzrə HACİYEV HİKMƏT MƏHƏMMƏD OĞLUNUN "xxxx" ASC-yə 2.860,18 AZN əsas borc və 9,94 AZN faiz olmaqla, cəmi 2.870,12 AZN borcu olmuşdur. Eyni zamanda iş sənədlərinə əlavə edilmiş dövlət rüsumundan görünür ki, 48.71 AZN rüsum ödənilmişdir. Nəticə etibarilə maliyyə arayışında qeyd edilmiş cəmi 2.870,12 AZN-dən 2(0641-721/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ümumi qət edilmiş 786.87 AZN məbləği çıxdıqda. Cavabdehin həmin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə "xxxx" KB ASC-və 2083.25 AZN borcu qalmaqdadır. Eyni zamanda, dövlət rüsumunda qeyd edilmiş cəmi 48.71 AZN-dən 2(0641- 721/2022 saylı, xx.xx.2022-ci ii tarixli qətnamədə qeyd edilmiş 30 AZN məbləği çıxdıqda, cavabdehin həmin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə "xxxx" KB ASC-və 18.71 AZN rüsum borcu qalmaqdadır. Odur ki, iddiaçı həmin borcun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 535rstBANK/19 saylı güzəştli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək şərtilə 2.942,13 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka ümumilikdə 2.083,25 manat borcu yaranmışdır. Belə ki, həmin kredit müqaviləsi üzrə Füzuli Rayon Məhkəməsinə kiçik iddia qaydasında iddia ərizəsi ilə müraciət edilərək, Cavabdeh 781,39 manat əsas borc məbləğ üzrə və 5,48 AZN faiz borcu olmaqla, cəmi 786,87 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 AZN məbləğində vəsaitin tutulması xahiş edilmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-721/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tam təmin edilərək, cavabdehdən qeyd olunan məbləğin və dövlət rüsumu olaraq ödənilmiş 30.40 AZN məbləğində vəsaitin tutulması qət edilmişdir. Lakin iş sənədlərinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından göründüyü kimi həmin kredit müqaviləsi üzrə HACİYEV HİKMƏT MƏHƏMMƏD OĞLUNUN "xxxx" ASC-yə 2.860,18 AZN əsas borc və 9,94 AZN faiz olmaqla, cəmi 2.870,12 AZN borcu olmuşdur. Eyni zamanda iş sənədlərinə əlavə edilmiş dövlət rüsumundan görünür ki, 48.71 AZN rüsum ödənilmişdir. Nəticə etibarilə maliyyə arayışında qeyd edilmiş cəmi 2.870,12 AZN-dən məhkəmə qətnaməsi ilə ümumi qət edilmiş 786,87 manat çıxıldıqda cavabdehin həmin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə iddiaçıya Unibank» KB ASC-və 2083.25 AZN borcu qalmaqdadır. Eyni zamanda, dövlət rüsumunda qeyd edilmiş cəmi 48.71 AZN-dən məhkəmə qətnaməsində qeyd edilmiş 30 AZN məbləği çıxdıqda, cavabdehin həmin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə "xxxx" KB ASC-və 18.71 AZN rüsum borcu qalmaqdadır. Belə olan halda iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1ci maddəsində qeyd edilir ki, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 234 və 284-5-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ M: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 2.083,25 manat borc və 18,71 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar