Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1267/2024 04.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qaşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qaşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3000 manat pulun, 800 manat banka ödədiyi faiz pulunun və 58 manat dövlət rüsumu olmaqla, cəmi 3858 manat iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, o, tərəfindən verilmiş iddia ərizəni müdafiə edərək, iddia ərizəsinin tələblərini dəqiqləşdirərək və artıraraq iddia ərizənin mətnində və “xahiş edirəm” hissəsində “800 (səkkiz yüz) manat banka ödədiyi faiz pulunun” sözlərinin əvəzinə “2000 manat banka ödədiyi faiz pulunun” sözlərinin yazılmasını və “58 (əlli səkkiz) manat dövlət rüsumunun” sözlərinin əvəzinə “90 (doxsan) manat dövlət rüsumunun sözlərinin yazılmasının və iddia tələblərinin həcminin dəqiqləşdirərək artırılmasını məhkəmə tərəfindən qəbul edilməsini, Cavabdeh 3000 (üç min) manat pulun, 2000 (iki min) manat banka ödədiyi faiz pulunun və 90 (doxsan) manat dövlət rüsumunun - cəmi 5090 (beş min doxsan) manat pulun alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, keçmiş hərbiçidir. Erməni işğalçılarına qarşı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişəm. 2-ci Qarabağ müharibəsinin Zəngilan istiqamətində gedən döyüşlərin iştirakçısı olmuşdur. Ehtiyyatda olan zabitdir.Bildirir ki, təxminən 1 il yarım bundan əvvəl, əvvəllər tanıdığı Cavabdeh ondan 3000 (üç min) manat pul istəmişdir. Beləliklə 2022-ci ilin sentyabr ayında o, Cavabdeh Bakıxanov qəsəbəsində “Yunibankın” Bakıxanov filialının qarşısında “Albalı-Plyus” kartından 3000 (üç min) manat pul cıxardıb vermişdir. “Albalı-Plyus” kartından çıxarış iddia ərizəsinə əlavə edilir).Cavabdeh ona söz vermişdir ki, 2 ay müddətinə bu pulu-yəni ondan aldığı pulu qaytaracaqdır. O, cavabdehin yerinə banka 800 (səkkiz yüz) manat faiz pulu da ödəmişdir. Lakin Cavabdeh ondan aldığı pulu qaytarmamışdır. Dəfələrlə pulu tələb etsədə, heç bir faydası olmamışdır. Hal-hazırda Seymur ondan qacır, telefonlarına cavab vermir. Bir sözlə Cavabdeh onun etibarından sui- istifadə edərək, dələduzluq yolu ilə onu aldatdı və nəticədə ona xeyli miqdarda ziyan vurmuşdur. Bundan sonra mən dəfələrlə Cavabdeh 3000 (üç min) manat pulunun və 800 (səkkiz yüz) manat faiz pulunun tələb etməyinə baxmayaraq həmin pulu ondan ala bilməmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirir və pulu qaytarmaqdan yayınır.Ona görədə hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin artırılmış həcmdə təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o, iddiaçıdan 3000 manat borc pul almışdır, həmin borcundan ödənişlər etmişdir, onun hazırda iddiaçıya cəmi 1780 manat borcu var. İddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Unibank ASC tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı 3000 manat pul kredit götürmüşdür. Sabunçu rayon Polis İdarəsinə Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, o, bildirmişdir ki, İddiaçı 3000 manat borc pul almışdır. Həmin borcdan 2 ilə yaxın ödəniş etmişdir. Hazırda onun iddiaçiya cəmi 1780 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -740.3-cü maddəsinə əsasən borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Müəyyən edilmiş mübahisəsiz hal ondan ibarətdir ki, iddiaçı cavabdehə 3000 manat pulu borc olaraq vermişdir. Cavabdeh aldığı borcun 1220 manat hissəsini geri qaytardığını və iddiaçıya hazırda 1780 manat borcunun qalması əsası ilə iddiaya etiraz etsə də, yanaşı yoxlanılmış sübutlarla müəyyən edilmişdir ki, onun tərəfindən borcun qaytarılması üzrə yalnız 1220 manat ödənilmişdir və onun iddiaçıya hazırda 1780 manat ğdənilməmiş borcu qalmışdır. İddiaçı cavabdehdən eyni zamanda verilmiş borc üzrə əlavə olaraq banka ödənilmiş bank faizləri üzrə 2000 manat pulun tutulmasını da xahiş etsə də, borc verilərkən tərəflər arasında cavabdehin iddiaçıya aldığı puldan başqa faizlər də ödəməli olduğuna dair razılaşma olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə sübutlarla tərəflər arasında cavabdehin iddiaçıdan borcu faizlərlə geri qaytarmaq şərti ilə alması halı təsdiq edilməmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, borcun qaytarılması iddiaçının "xxxx" ASC-yə olan kredit borcu üzrə ödənişlərin cavabdeh tərəfindən ödənilməsi qaydasında həyata keçirilmişdir. Məhkəmə hər bir halda onu qeyd etməyi zəruri sayır ki, tərəflər arasında borcun faizlərlə ödənilməsi barədə razılaşma olmadığından və borcun qaytarılması qaydasında banka ödənilmiş pul vəsaitinin bir hissəsinin iddiaçının həmin banka olan faiz borcunun silinməsinə yönəldilməsindən asılı olmayaraq cavabdeh tərəfindən ödənilmiş vəsaitin hamısı iddiaçıdan götürdüyü kredit borcunun ödənilməsi olaraq dəyərləndirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iş üzrə sübutlarla cavabdehin iddiaçıya 2022-ci ilin sentyabr ayında aldığı borc üzrə hal-hazırda 1780 manat borcunun qaldığı təsdiq edildiyindən, eyni zamanda tərəflər arasında borcun faizlə verilməsi razılaşdırılmadığından iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 1780 manat pul tutulmalıdır. İddiaçı məhkəməyə müraciət edərkən 90 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddiada iddiaçı tərəfindən ödənilmiş 90 manat dövlət rüsumunun 23,2 manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1780 manat pul və 23,20 manat dövlət rüsumu olmaqla, cəmi 1803,2 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-1267/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1267/2024
04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver