Məhkəmə qərarları › İş №2(064)-127/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-127/2023

06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-127/2023 06.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış faiz borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh, X5 və X2 qarşı məhkəmədə iddia qaldıraraq, cavadehlərdən müştərək qaydada iddiaçının xeyrinə 27.709.33 manat əsas borc, əsas borca hesablanmış 2.652,24 manat faiz borcu olmaqla, cəmi 30.361,57 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə X3 tam mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, ev 22, mənzil 12 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka (ümumi sahəsi 73.61 kv.m) yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda X3 və X1 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, ev 22, mənzil 12 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan çıxarılması və həmin əmlakın boşaldılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə borcalan Cavabdeh arasında 24 oktyabr 2018-ci il tarixli, 108840-489246/2 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə "xxxx" ASC tərəfindən Cavabdeh illik 22 faiz dərəcəsi ilə 24 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq X3 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, ev 22, mənzil 12 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak (ümumi sahəsi 73.61 kv.m) 24 oktyabr 2018-ci il tarixli, 108840-489246/2 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, bank tərəfindən "İpoteka haqqında" AR Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2020-ci il tarixli, 001/007/0818/2020 nömrəli bildiriş ipotekaqoyan X4 xx.xx.2020-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır (bildirişin dövlət qeydiyyatına alınması barədə ərizə, X6 vasitəsi ilə müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi iddia ərizəsinə əlavə edilir). Kredit müqaviləsi üzrə borclu Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, "xxxx" ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, qanunvericiliyin tələbinə uyğun ipoteka predmetinə tutmanın yönəldilməsinin tam əsaslı olması qanunvericiliklə bağlı müddəalarda ətraflı qeyd edilmişdir. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəməyə müraciət edildikdən sonra cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin bir hissəsi ödənilmiş və bunun nəticəsində ipotekaya qoyulmuş əmlak girovdan azad edilmişdir. Cavabdehin öz öhdəliyini tam icra etməməsi nəticəsində onun banka olan borcu 10 may 2023-cü il tarixə belədir: kredit müqaviləsi üzə əsas borc məbləği 0 manat, kreditdən istifadəyə görə yaranmış fazi borcunun məbləği 14.268,81 manat. Odur ki, Cavabdeh 14.268,81 manat borcun və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,4 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 28 avqust 2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu belə müəyyən olunur: əsas borc üzrə 0 manat, faiz borcu üzrə 0 manat, illik 5 % dərəəsi ilə faiz borcu 2.639,87 manat. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, ev 22, mənzil 12 (yeni qaydalarla: ünvan 1 likvid dəyəri 100.000 manat təşkil edir. Ödəniləsi məbləğ 200 manat. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış 24 oktyabr 2018-ci il tarixli, 108840-489246/2 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh illik 22 faiz dərəcəsi ilə 24 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq X3 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, ev 22, mənzil 12 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak (ümumi sahəsi 73.61 kv.m) 24 oktyabr 2018-ci il tarixli, 108840-489246/2 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bu səbəbdən, iddiaçı ilkin olaraq iddia qaldırmaqla cavadehlərdən müştərək qaydada iddiaçının xeyrinə 27.709.33 manat əsas borc, əsas borca hesablanmış 2.652,24 manat faiz borcu olmaqla, cəmi 30.361,57 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Ş.Şükürovun tam mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, ev 22, mənzil 12 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka (ümumi sahəsi 73.61 kv.m) yönəldilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə icraat dayandırılmış və sonradan təzələndikdən sonra İddiaçı ASC xx.xx.2023-cü il tarixli iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəməyə müraciət edildikdən sonra cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin bir hissəsi ödənilmiş və bunun nəticəsində ipotekaya qoyulmuş əmlak girovdan azad edilmişdir. Cavabdehin öz öhdəliyini tam icra etməməsi nəticəsində onun banka olan borcu 10 may 2023-cü il tarixə belədir: kredit müqaviləsi üzə əsas borc məbləği 0 manat, kreditdən istifadəyə görə yaranmış fazi borcunun məbləği 14.268,81 manat. Odur ki, iddiaçı Cavabdeh 14.268,81 manat fazi borcunun və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,4 manat dövlət rüsumunun tutularaq İddiaçı ASCyə ödənilməsini xahiş etmişdir. İş üzrə təyin olunaraq keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 28 avqust 2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu belə müəyyən olunur: əsas borc üzrə 0 manat, faiz borcu üzrə 0 manat, illik 5 % dərəcəsi ilə faiz borcu 2.639,87 manat. Göründüyü kimi, Cavabdeh tərəflər arasında bağlanmış 24 oktyabr 2018-ci il tarixli, 108840-489246/2 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş əsas borcu və ona hesablanmış faiz borcu qalmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyində illik 5 % dərəcəsi ilə faiz borcunun 2.639,87 manat təşkil etməsi qeyd olunsa da iddia ərizəsində iddiaçı tərəfindən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsi tələb edilməmişdir. Bu hallarla bağlı, MPM-in 218.3-cü maddəsinin tələbi qəti və aydındır: hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə (xx.xx.2023-cü il tarixli Qanunla edilmiş dəyişikliyədək olan redaksiyada) əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2014-cü il tarixli Qərarının 2-ci bəndində qeyd etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bundan başqa, AR MPM-in 107-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri 30,4 manat ödənilmiş dövlət rüsumundan, mütəxəssis rəyinin verilməsi üçün tələb olunan 200 manatdan və ekspertiza xərcinə görə tələb olunan 50 manatdan ibarətdir. Məhkəmə tədqiqatından belə görünür ki, Cavabdeh tərəfindən müqavilə üzrə hesablanmış əsas və fazi borcları iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra, yəni məhkəmə araşdırması gedişatında ödənilmişdir. İş üzrə dövlət rüsumu qabaqcadan ödənilmiş, həmçinin kredit borcu ödənilməmişdən əvvəl ipoteka predmetinin likvid dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertiza keçirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 30,4 manat Cavabdeh tutularaq iddiaçıya ödənlməli, eləcə də mütəxəssis rəyinin verilməsi üçün tələb olunan 200 manat Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına keçirilməlidir. İş üzrə əsas borca hesablanmış faiz borcunun ödənilməsini iddiaçı tələb etdiyindən və bu səbəbdən keçirilmiş ekspertiza tədqiqatının nəticələrinə əsasən faiz borcunun tutulması rədd edildiyindən ekspertiza xərclərinə görə aparılmış tədqiqatın dəyəri 50 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun tutulması tələbinə dair iddiası rədd olunsun. Cavabdeh iş üzrə dövlət rüsumuna görə ödənilmiş 30,4 manat tutularaq İddiaçı ASC-yə, mütəxəssis rəyinin verilməsi üçün tələb olunan 200 manat tutularaq "xxxx" MMC-nin hesabına (AZ37NABZ********************) keçirilsin. İddiaçı ASC-dən ekspertiza xərcinə görə 50 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar