Məhkəmə qərarları › İş №2(064)-1272/2025

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1272/2025

07.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1272/2025 07.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin təqsiri üzündən ona vurulmuş ziyanın dəyərinin hesablanaraq Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə riayət edilmədən verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə edilmiş sorğunun nəticəsinə əsasən cavabdehin şəxsi məlumatlarından görünür ki, Cavabdeh Cəbrayıl rayonu, M.Ə.Rəsulzadə küçəsi, ev 144-də qeydiyyatdadır. Hazırki cavabdehə qarşı olan tələb üzrə iddia onun rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Hesab edirəm ki, iddiaçı ərazi aidiyyətini pozaraq Füzuli Rayon Məhkəməsinə müraciət etmişdir, halbuki iddiaçı bu iddia ilə MPM-nin 35.1-ci maddəsinə əsasən cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət etməli idi. Hesab edirəm ki, hazırki iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılıb həll edilməli olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd edilən halları aradan qaldırmaqla cavabdehin rəsmi qeydə alındığı yer üzrə Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, ərizədən və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdeh X1 qeydiyyatda olduğu ünvan – ünvan 1rə cavabdehin qeydiyyatda olduğu ünvan Cəbrayıl rayonu ərazisinə daxildir. Cavabdeh Füzuli rayonu ərazisində qeydiyyatda olmadığından iş ərazi aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsində baxılmalı deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinin Füzuli Rayon Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Ona görə ki, mövcud iddia cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə verilməlidir. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–in tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmçinin qeyd edirəm ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçının nəzərinə çatdırılır ki, eyni tələblə eyni cavabdehə qarşı daha əvvəl iki dəfə (hazırda eyni cavabdehə qarşı tələbi dəyiçməklə) onun tərəfindən Füzuli Rayon Məhkəməsinə müraciət olunmuş və hazırki əsaslarla onun iddiası 2(064)-1198/2025 saylı, xx.xx.2025-ci il tarixli və 2(064)-1243/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadlarla geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 120-ci maddəsinə əsasən Məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, qərardadın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar