Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-132/2025 06.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair iddia ərizəsi ilə müraciət edərək X1 xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində və ya həmin məbləğdən az olmamaq şərti ilə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, X1 qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən yetkinlik yaşına çatmayanlar xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutulması barədə Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)- 1570/2023 saylı qətnaməsi ilə xx.xx.2023-cü il tarixdən yaranmış hər ay üçün 60 manat olmaqla, 780 manat borcun İddiaçı ödənilməsi və X1 Cəbrayıl 1 saylı Mediasiya təşkilatına müraciət edilmiş və mediasiyanın xx.xx.2024-cü il tarixli MŞBC/MT020/2024-01132 nömrəli mediasiya sessiyası üçün ödənilmiş 60 manat məbləğ borcun İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə dəqiqləşdirmə barədə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, X2 xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 235 manat (hər iki uşaq uçün birlikdə 470 (dörd yüz yetmiş) manat olamaqla) sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi və X2 Cəbrayıl 1 saylı Mediasiya təşkilatına müraciət edilmiş və mediasiyanın xx.xx.2024-cü il tarixli MŞBC/MT020/2024-01132 nömrəli mediasiya sessiyası üçün ödənilmiş 60 (altmış) manat məbləğ borcun onun xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə dəqiqləşdirmə barədə ərizə ilə müraciət edərək Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(064)-1570/2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşaq üçün 246 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında olan xx.xx.2007-ci il tarixli nikah Füzuli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(064)-323/2020 saylı qətnaməsi ilə pozulmuş və nikahın pozulması Füzuli rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli 18 nömrəsi ilə qeydə alınaraq xx.xx.2022-ci il tarixli AZ-İNQ479211 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(064)-323/2020 saylı qətnaməsi ilə Cavabdeh qismən analıq hüquqlarından məhrum edilmiş, 2010-cu il təvəllüdlü X13 və onun 2011- ci il təvəllüdlü qardaşı X5 himayəsi analarından alınaraq atalarına - İddiaçı verilmişdir. Tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il tarixdə X13 və xx.xx.2011-ci il tarixdə X10 adlı övladları dünyaya gəlmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(064)-323/2020 saylı qətnaməsi ilə tərəflərin arasındakı nikah pozulub, uşaqlar iddiaçının yanında saxlanılıb. Füzuli Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(064)-849/2021 saylı qətnaməsinə əsasən hər uşağa görə 75 manat olmaqla, cəmi 150 manat alimentin tutulması qət edilmiş, sonradan apelyasiya instansiyasında alimentin cəmi miqdarı 200 manat müəyyən edilmişdir. X6 orta məktəbdə müəllim işləməklə 872,22 manat əmək haqqı alır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli 2(064)-1570/2023 saylı qətnaməsi ilə X2 qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən yetkinlik yaşına çatmayanlar X14 və X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Hal-hazırda məhkəmənin həmin dövrün iqtisadi şərtlərini nəzərə almaqla müəyyən etdiyi bu aliment məbləği uşağının gündən-günə artan xərclərinin ödənilməsində onun maddi vəziyyətində yaxşıya doğru ciddi dəyişiklik yaratmır. Hazırda o, uşaqların həm maddi təminatı, həm də tərbiyəsi ilə təkbaşına məşğuldur. Maddi vəziyyəti buna imkan verir, ancaq Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərildiyi kimi, valideynlər uşaqları saxlamağa borcludurlar. Cavabdeh orta təhsil müəssisəsində müəllimə kimi işləyir, yüksək əmək haqqı alır, həmçinin qeyri-rəsmi qaydada ödənişli repititorluq fəaliyyəti ilə də məşğuldur. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini artırılmış həcmdə müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. O, əlavə olaraq məhkəməyə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə verərək bildirmişdir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(064)-1570/2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşaq üçün 246 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini qeyd edərək bildirmişdir ki, o, hazırda müəllimə işləyir. Aldığı əmək haqqının yarısından çoxunu bank kreditlərinin ödənilməsinə sərf edir, maddi imkanı zəifdir. Ona görə də ən çox hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat aliment ödəyə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Füzuli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(064)-323/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh İddiaçı qarşı «nikahın pozulması, uşaqların atadan alınaraq verilmələri və alimentin tutulması» tələbinə dair iddiası qismən təmin edilmiş, X7 ilə İddiaçı arasında bağlanmış 06 iyun 2007-ci il tarixində 27 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş azyaşlılar - xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2011-ci il təvəllüdlü X10 ataları İddiaçı yanında qalmaları qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. -Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-1570/2023 saylı qətnaməsindən görünür ki, X1 qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən yetkinlik yaşına çatmayanlar xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. -şəxsiyyət vəsiqələrin surətlərindən müəyyən edilir ki, X13 xx.xx.2010-cu ildə və X10 xx.xx.2011-ci ildə doğulmuşlar. -ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Cəbrayıl 1 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya prosesində iştirak etmədiyindən ilkin mediasiya sessiyasının keçirilməsi mümkün olmamışdır. -Füzuli rayon İcra Hakimiyyəti başçısının Kərimbəyli kənd İnizbati Ərazi Darəsi Üzrə Nümayəndəliyi tərəfindən İddiaçı verilən arayışdan görünür ki, İddiaçı hal-hazırda həqiqətəndə Füzuli rayonu, Aşağı Yağlıvənd kəndində yaşayır və ailə tərkibi uşaqları xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2011-ci il təvəllüdlü X4 ibarətdir. -işdə olan qəbzin surətindən görünür ki, iddiaçı Hacıyev X8 1 saylı Mediasiya Təşkilatının hesabına 60 manat mediasiya rüsumunu ödəmişdir. -Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan ödəniş cədvəlindən görünür ki, cavabdeh "xxxx" ASC-dən 20000 manat məbləğində kredit götürmüşdür. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2011-ci il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur. Tərəflər arasında olan nikah pozulmuş, uşaqlar atalarının yanında qalır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)- 1570/2023 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqları haqqında qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qanunverici, uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qanunvericiliyin bu müddəasından görünür ki, alimentin müəyyən olunmuş miqdarının dəyişilməsi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə əlaqələndirilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. -78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, nəzərə alınmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarı). Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının: -8.2-ci bəndində göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. -8.3-cü bəndində göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. -8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. -8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü nəzərə alındıqda iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 82.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(064)-1570/2023-cü il tarixli qətnaməsi ilə alimentin təyin edildiyi vaxtdan 2 ilə yaxın müddət keçdiyindən iddiaçı ilə cavabdehin nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2011-ci il təvəllüdlü X5 böyüdükcə gündəlik tələbatının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz bunun sübuta ehtiyacı yoxdur. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə göstərilən qanunvericilik normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumunun hüquqi mövqeləri və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq, uşağın mənafeyini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(064)-1570/2023-cü il tarixli qətnaməsi ilə tutulmuş alimentin məbləği dəyişdirilməli, xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay bir uşağ üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə, iddia tələbinin mediasiya xərci üçün ödənilmiş 60 manatın cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən mediasiya xərci üçün ödənilmiş 60 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(064)-1570/2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmaqla dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq azyaşlılar xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutulub Azərbaycan Respublikası dövlət budcəsinə ödənilsin. Həmçinin mediasiya xərci üçün ödənilmiş 60 manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-132/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-132/2025
06.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver