Məhkəmə qərarları › İş №2(064)-1386/2023

Füzuli Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(064)-1386/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1386/2023 28.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı nümayəndələri Vəkil və X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək onun xeyrinə Cavabdeh 1.000.000 manatın və 1.290 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əvvəllər tanıdığı Cavabdeh adlı şəxslə təqribən 2016-cı iliərin əvvəllərindən başlayaraq xırda biznes fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, o, tikinti işləri ilə məşğul olmuş, şirkətlərlə biznes əlaqəsində olmuş, o, isə onu ilk vaxtlar kiçik məbləğdə nisyə tikinti materialları(sement və klinker) ilə təchiz etmişdir. Əvvəl verdiyi tikinti materiallarının dəyərinin bir hissəsini ödədikdən sonra, cavabdehin xahişi ilə yenə də cavabdehə nisyə tikinti materialları vermişdir. Beləcə bir müddət normal qaydada tikinti materiallarının nisyə alış-verişi ilə məşğul olmuşlar. İlk illər tərəfindən malın buraxılması və cavabdeh tərəfindən buraxılmış malın dəyərinin hissə-hissə ödənilməsi ilə əlaqədar heç bir problem olmamışdır. O səbəbdən, heç nədən şübhələnməyərək cavabdehin xahişi və istəyi ilə ona nisyə satdığı tikinti materiallarının həcmini hər dəfə artırır və verdiyi malların ödənilməmiş ümumi borc hissəsi 2017-ci ilin sonuna təqribən 1.600.000 manata yaxınlaşmışdır. Məbləğ artdıqdan sonra, ödənişlərdə çətinliklər yaranmağa başlamışdır. Belə ki, cavabdehə verdiyi tikinti materiallarının dəyəri onun hissə-hissə ödədiyi borc məbləğini daha sürətlə üstələməyə başlamışdır. O, səbəbdən, 2017-ci ilin sonlarından başlayaraq cavabdeh X1 tikinti materiallarının nisyə verilməsini dayandırmışdır. Oturub onunla yaranmış ümumi borcu hesablamışdır. Hər ikisi əmin olmuşdur ki, ümumi borc 1.600.000 manat təşkil edir. Bundan sonra, Cavabdeh Adığözəl oğlu ona mal verdiyi dayandırdığından öz ofisində onu Rafiq adlı dostu ilə tanış etmişdir ki, bu dəfə Rafiq adlı dostu ilə birgə fəaliyyət göstərib ona olan borcunu ödəyəcəkdir. Odur ki, yenə satış üçün ona mal buraxmağını xahiş etmişdir. Beləcə o, cavabdehə yenə də 330.000 manat dəyərində tikinti materialları buraxmışdır. Ümumi borc 1.930.000 manat olmuşdur. İkinci dəfə mal buraxdıqdan sonra ümumi borcun az bir hissəsi ödənilmişdir. Lakin ödənişlərdə yenə problem yarandığından xahiş etdi ki, həmin borcun bir hissəsini özünün dediyinə görə,ona borcu olan digər şəxslərin adına qeydiyyatdan keçmiş torpaq sahələri ilə əvəzləşdirim. Beləliklə, torpaq sahələrinə hüquqları olan şəxslərin razılığı ilə Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 4 ədəd torpaq sahələri onun adına qeydiyyata almış.Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən aparılan qiymətləndirməyə görə,mənim adıma qeydiyyatdan keçirilmiş torpaq sahələrinin ümumi bazar qiyməti 578.500 manat təşkil etmişdir ki, həmin məbləği də ümumi borcdan çıxmışdır. Bundan sonra, qalan borcun ödənilməsi üçün cavabdeh bir müddət heç bir hərəkət etməmişdir. O səbəbdən, məcbur olub 2018-ci ilin sonlarında hüquq mühafizə orqanlarına şikayətlər etmişdir. Şikayətə baxılan dövrlərdə yenə də özünün dediyinə görə, əvəzləmə yolu ilə 143.000 manat məbləğində dəyərləndirilən mənzili onun adına keçirildi. Beləliklə, Cavabdeh 2019-cu ilin ortalarına ona yaranmış borcu 1.060.000 manat təşkil etmişdir ki, həmin borcu da qarşılıqlı razılaşmaya görə, o, 5 il müddətinə ona tam qaytarmağa söz vermişdir. 2022-ci ilin ortalarına qədər Cavabdeh ümumi borcdan hissə-hissə 60.000 manat ödədi. Bundan sonra 1.000000 manat məbləğində ödənilməmiş borc qalmışdır. Bundan əlavə, borcunun əvəzi kimi 2022-ci ilin ortalarma qədər Cavabdeh ona yenə də müxtəlif yerlərdə icarə əsasında olan torpaq sahələri təklif etmişdir. Lakin, təklif edilən torpaq sahələrinin istəyinə uyğun istifadəsində problemlər olduğundan onun təkliflərindən imtina etmişdir. 2022-ci ilin ortalarında o, da ona məlum oldu ki, Cavabdeh təşəbbüsü ilə borcun bir hissəsinin əvəzi kimi dəyərini 143.000 manat hesab etdiyi və onun adına keçirilmiş mənzil başqa şəxsə satılmışdır. O səbəbdən, cavabdehlə əlaqə yaradıb,məsələyə aydınlıq gətirməsini istəmişdir. O, söhbətdən yayınmağa başlamışdır. Belə olan halda, ondan şübhələnməyə başlamışdır və 5 ilin tamamını gözləmədən qalan borcu da ödəməsini tələb etmişdir. Lakin, o, müxtəlif bəhanələrlə ondan yayınmağa başladı, daha sonra isə telefon zənglərinə ümumiyyətlə cavab vermədi. O səbəbdən pulun qaytarılması tələbi ilə məhkəməyə müraciət edir və Cavabdeh 1.000.000 manat məbləğində pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında: İddiaçı nümayəndələri Vəkil və X3 iddia ərizəsində göstərilənlərə oxşar məzmunlu izahat verdilər və iddianın təmin olunmasını xahiş etdilər. İddiçının nümayəndəsi Vəkil həmçinin ərizə ilə məhkəməyə müraciət edərək işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinin tələbinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. AR DİN BMCMİ tərəfindən İddiaçı nümayəndəsi Vəkil ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı 1.280.000 manat pulunun Müşfiq Adığözəlov tərəfindən ələ keçirilməsi ilə bağlı müraciəti əsasında BMCMİ-də araşdırma aparılaraq müəyyən edilmişdir ki, M.Adığözəlov pulunu sonradan ödəmək şərti ilə 2016-2017-cı illər ərzində İddiaçı tikinti materialları almış, sonrakı müddətdə pulun bir hissəsini ödəsə də, kommersiya uğursuzluğu səbəbindən qalan 1.060.000 manat pulu ödəyə bilməmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, tərəflər arasında uzun müddət ərzində nisyə şəkildə tikinti materiallarının alqı-satqısı aparılmışdır. İddiaçı üzərinə götürdüyü öhdəliklərini yerinə yetirsə də cavabdeh bu öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Hazırda cavabdehin aldığı mallara görə ödənilməmiş 1.000.000 manat borcu qalmışdır. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 1.290 manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-cü maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1.000.000 manat pul və 1.290 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 (on) gün müddətində onun ləğvi barədə Füzuli Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar