Məhkəmə qərarları › İş №2(064)-1391/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1391/2025

19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1391/2025 19.11.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi X2, ilkin iddia üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 və X9) qarşı “nikah dövründə əldə olunmuş kredit borcunun faktiki və rəsmi qaydada ayrıldıqdan sonra ödənilmiş hissəsinin aralarında bölünərək ödənilməsi” tələbinə dair ilkin iddiası üzrə, qarşılıqlı iddia üzrə iddiaçı Mehtiyeva (Əhmədova) İlahə Elman qızının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pulun geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə işə baxaraq, məhkəmə, müəyyən etdi: İlk iddia üzrə İddiaçı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək cavabdeh-Cavabdeh nikah dövründə kredit müqavilələrinə əsasən götürülmüş, cavabdehlə faktiki ayrıldıqları vaxtdan sonra olan müddətə "Asel Kredit” Bank olmayan Kredit təşkilatı MMC-yə 2024-cü ilin mart ayı daxil olmaqla 2025-ci ilin may ayınadək ödədiyi 7238,86 manat əsas borc, 652,93 manat faiz borcu olmaqla cəmi 7891,79 manatın yarısı olan 3945,95 manatın və “Avrasiya” Kredit” Bank olmayan Kredit təşkilatı MMC-yə 2024-cü ilin mart ayı daxil olmaqla 2025-ci ilin may ayınadək ödədiyi 1299,33 manat əsas, 313,65 manat faiz borcu olmaqla, cəmi 1612,98 manatın yarısının, yəni 806,49 manat olmaqla, cəmi 4752,44 manat pulun, həmçinin mediasiya prosesində ödənilmiş 60 manatın və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 95 manat dövlət rüsumunun əvəzinin cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh-Cavabdeh ilə evlənərək, nikahlarını 25 mart 2023-cü il tarixində Səadət Sarayı Bakı Nikah Evində qeyd etdirmişlər. Birgə yaşadığı müddət ərzində onların həmin nikahdan 18 yanvar 2024-cü il tarixində anadan olmuş İlayda adlı uşağı vardır. Onların aralarında olan ər-arvad münasibətləri 2024-cü ilin mart ayının 19-dan tamamilə kəsilmişdir. Belə ki, Cavabdeh həmin gündən öz valideylərinin yaşadığı evə getmiş, bir daha ər evinə qayıtmamış və məhkəmədə nikahın pozulmasına dair iddia qaldırmışdır. Onların aralarında olan nikah Füzuli Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, uşaq cavabdehin yanında saxlanmış və uşağın saxlanması üçün ondan cavabdehin xeyrinə hər ay 180 manat məbləğində aliment qət edilmişdir. Nikahlarının məhkəmə qaydasında pozulmasına baxmayaraq birgə nikah dövründə "Asel Kredit” Bank olmayan Kredit təşkilatı MMC-dən 25 may 2023-cü il tarixli razılaşmaya əsasən götürmüş olduqları 10000 manat kredit və "xxxx" Bank olmayan Kredit təşkilatı MMC-dən götürmüş olduqları 1500 manat kreditlər və həmin kreditə görə ödənilməli olan faizləri tərəflər arasında bölünməmiş qalmışdır. O, cavabdehlə faktiki ayrıldığı vaxtdan sonra "Asel Kredit” BOKT MMC-yə 2024-cü ilin mart ayı daxil olmaqla 2025-ci ilin may ayınadək 7238,86 manat əsas borc, 652,93 manat faiz borcu olmaqla, cəmi 7891,79 manat və "xxxx" BOKT MMC-yə 2024-cü ilin mart ayı daxil olmaqla 2025-ci ilin may ayınadək 1299.33 manat əsas, 313.65 manat faiz borcu olmaqla, cəmi 1612.98 manat ödəmişdir. Ona görə də hesab edir ki, "Asel Kredit” BOKT MMC-yə ödədiyi 7891.79 manatın yarısını, yəni 3945.95 manatı, "xxxx" BOKT MMC-yə ödədiyi 1612,98 manatın yarısı, 806,49 manatın alınıb ona ödənilməsi təmin edilməlidir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı Mehtiyeva (Əhmədova) İlahə Elman qızı ilk iddia üzrə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək bildirmişdir ki, cavabdeh İddiaçı ilə nikah dövründə əldə olunmuş **-LS-*** dövlət qeydiyyat nişanlı “Vaz 2106” markalı avtomobilin dəyəri olan 4000 manat pulun 1/2 hissəsi olan 2000 manatın və onun sahibliyində olan dövlət tərəfindən ödənilmiş məcburi köçkünlərə yardım vəsaiti kimi verilmiş ümumilikdə 3840 manat pulun və 78 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Mehtiyeva (Əhmədova) İlahə Elman qızının nümayəndəsi və vəkili Nümayəndə1 qarşılıqlı iddia üzrə ərizənin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddianı “**-LS-*** dövlət qeydiyyat nişanlı “Vaz 2106” markalı avtomobilin dəyəri olan 4000 manat pulun 1/2 hissəsi olan 2000 manatın qarşılıqlı iddia üzrə cavabdehdən onun xeyrinə alınması” hissədə müdafiə etmədiyini bildirmiş, onun sahibliyində olan dövlət tərəfindən ödənilmiş məcburi köçkünlərə yardım vəsaiti kimi verilmiş ümumilikdə 3840 manat pulun və 78 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X6 və X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. Qarşılıqlı iddia üzrə iddiaçı Mehtiyeva (Əhmədova) İlahə Elman qızı qarşılıqlı iddiasını belə əsaslandırmışdır ki, o, cavabdeh İddiaçı ilə 25 mart 2023-cü ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Onların nikahından İlayda adlı uşağı doğulmuşdur. O, cavabdehlə birgə nikahda olarkən cavabdehin adına Vaz 2106 markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtombil qeydiyyata alınmışdır. Cavabdehin də qeyd etdiyi kimi o, 2024-cü ilin mart ayından ata evindədir. Lakin cavabdeh həmin avtomobili 2024-cü ilin dekabr ayında başqa şəxsə satmışdır. Həmin alqı-satqıdan onun xəbəri olmamışdır. Hesab edir ki, həmin avtomobilin dəyərinin 1/2 hissəsi ona məxsusdur. İş materillarına əlavə etdiyi sübutlardan da göründüyü kimi avtomobilin bazar dəyəri 4000 manat civarındadır. Belə olan halda o, 2000 manat pul tələbi hissəsində haqlıdır. Bundan başqa onun da adı daxil olduğu ana və qardaşının dövlət tərəfindən məcburi köçkünlərə verilən yardım pulu kartını anası ona öz şəxsi ehtityaclarını qarşılamağı üçün vermişdir. O, bir müddət həmin kartı özü istifadə etsə də 2023cü ilin iyun ayından başlamaqla kartı əri ondan almış, öz məqsədləri üçün xərcləmişdir. Həmin kart 2024-cü ilin mart ayında aylarından 2025-ci ilin iyul ayınadək cavabdehdə qalmışdır. O, həmin pulu çıxararaq öz məqsədləri üçün istifadə etmişdir. O, ümumilikdə həmin kartdan 3840 manat pulu çıxarmışdır. Ona görə də hesab edir ki, ona və valideyninə məxsus pul cavabdehdən alınıb ona ödənilməlidir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə İddiaçı ilkin iddia tələbini müdafiə edərək ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, o, bankdan kredit götürdüyü zaman onun qaynanası Nuriyə İsmayılova ona demişdir ki, onun da pula ehtiyacı var, borclarını ödəməlidir və onun üçün də 2500 manat kredit götürsün. O, bankdan cəmi 10000 manat pul götürmüş və həmin pulun 2500 manatını qaynanasına vermişdir. Qaynanası özünə məxsus olan dövlət tərəfindən ödənilən məcburi köçkünlər üçün yardım kartını ona vermiş, o, hər ay 120 manat olmaqla, 24 ay ərzində həmin kartdan 2880 manat pul çıxartmış və qaynanasının kredit borcunu ödəmişdir. Həmin karta əvvəl vaxtlar 180 manat pul köçsə də, İlahə onun yaşadığı evə qeydiyyata düşdükdən sonra ona verilən yardım pulu kəsilmiş, həmin karta 120 manat pul köçürülmüşdür. Karta 180 manat pul köçdüyü zaman o, həmin pulun 120 manatını qaynanasının kreditinin ödənilməsi üçün kartdan çıxarmış, qalan 60 manat pulu isə İlahəyə vermişdir. Qalan pulu da İlahə ilə Şahdağa, Qəbələyə istirahətə gedib orada xərcləmişdir. Krediti götürüb gəzməyə getməklərinin pulunu, bir də İlahənin həkimlərinin pulunu vermişdir. Məhkəmənin iclasında iştirak etmiş ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 ilkin iddia tələbini müdafiə edərək ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçı Mehtiyeva (Əhmədova) İlahə Elman qızının nümayəndəsi və vəkili Nümayəndə1 ilkin iddianı qəbuı etməyərək ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianı azaldılmış həcmdə müdafiə edərək onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ilkin iddiaçı məhkəmə iclasında qarşılıqlı iddiaçının özünün də çörək pulu daxil olmaqla ona hədiyyə verilmiş kartdan 2800 manat pul çıxardığını etiraf etsə də o, 3-cü şəxs Nuridə İsmayılovaya 2500 manat kredit götürüb verməsi ilə bağlı absurd fikirlər səsələndirib. Bu sadəcə məsuliyyətdən boyun qaçırmaqdan başqa şey deyildir. Ona bəllidir ki, sorğu verilərkən keçmiş həyat yoldaşına məxsus kartdan pul çıxarılması aşkar olunacaqdır. Ona görə də həmin pulu guya verdiyi pulun qarşılığında çıxardığını bildirsə də o, həmin pulun verilməsi ilə bağlı ən xırda sübutu belə məhkəməyə təqdim etməmişdir. Əgər o, Nuridə İsmayılovaya elə bir pul məbləği vermişdirsə gələcəkdə həmin puluin iddiası ilə bağlı məhkəməyə müraciət edə bilər. Maraqlı cəhət odur ki, o Nuridə İsmayılovaya verdiyini iddia etdiyi və sonradan kartdan çıxararaq kreditə ödədiyini bildirdiyi pulun da yarı tələbini qarşlıqlı iddiaçıdan tələb edir. Keçən məhkəmə iclasında İddiaçı 7800 manat kredit məbləğinin içərisində 2800 manatın qarşlıqlı iddiaçının anasına verdiyi pul olmasını etiraf etdi. Əgər elə bir pul verilib və kartdan çıxarılaraq ödənilməsi iddiaçının dediyi kimi real idisə həmin pul yenidən niyə tələb olunurdu. Bu da göstərir ki, bunun hamısı ilkin iddiaçının qarşılıqlı iddiaçıya məxsus kartdan çıxardığı pulların ödənilməməsi üçün, məsuliyyətdən boyun qaçırmaq üçün müdafiəçisi ilə birlikdə qurduğu oyundur. Əslində isə İddiaçı atasına maşın almaq və atasının əvvəldən qalma kredit borcunu ödəmək üçün götürdüyü kreditin ödənilməsi üçün Cavabdeh məxsus kartdan çıxardığı pulları geri qaytarmamaq üçün bəhanələr axtarır. İlkin iddia ilə bağlı çox şey deməyə ehtiyac yoxdur. Belə ki, bütün tələb başdan ayağa absurd şəkildədir. Təqdim etdikləri audio səs yazısında olan şəxslərin Rəsul və Firidun Əhmədovlar olmaları onların özləri tərəfindən təsdiq edildi. Həmin səs yazılarında onlar mübahisə edərək 10 min kredit götürərək maşın aldıqlarını etiraf etmişlər. Firudun Əhmədov onların tərəfindən məhkəməyə sorğuda göstərilən Mercedes markalı avtomobilin kredit götürüləndən bir neçə gün sonra onlara məxsus həyətə gəldiyi barədə soruşduqda o, bunu təsdiq edərək əslində o həmin avtomobili qohumundan müvəqqəti etibarnamə ilə götürdüyünü, sonradan isə qaytardığını bildirmişdir. Amma sənədlərdən göründüyü kimi Firidun Əhmədov həmin etibarnamə ilə avtomobili bir neçə ay idarə etdikdən sonra qeydiyyatdan çıxararaq 3-cü, yəni tam başqa şəxsin adına qeydiyyat aldırmışdır. Əgər avtomobilin ona verən mülkiyyətçi qohumu idisə həmin avtomobillə bağlı etibarnaməni ləğv edər, avtomobilin idarəsi yenidən texniki pasport üzrə mülkiyyətçiyə qayıdardı. Lakin belə hal olmamış və bu da özlüyündə Firudun Əhmədovun yalan danışmasını, əslində kredit götürüldükdən 1 gün sonra əvvəlcə onun adına olan Kapitalbank ASC-də olan krediti tam ödənilmiş, ondan 1 gün sonra isə onun adına avtomobil etibarnamə ilə alınaraq evə gətirilmişdir. Bundan başqa diqqət etsək, kreditin təyinatı evin təmiri məqsədilə götürülmüşdür. Əslində həmin məqsəd düzgün göstərilmişdir. Belə ki, ilkin iddiaçı bildirdi ki, onlar evləndikdən 2-3 ay anasıgillə birlikdə yaşamışlar, sonradan atasına məxsus ayrı evi təmir edərək ora köçmüşlər. Suallar zamanı aydın olmuşdur ki, onlar həmin ilin iyun ayında yeni təmir etdikləri evə köçmüşlər. Nə təsadüf ki, kredit də may ayında götürülübdür. Səs yazısında da İddiaçı kredit götürərək ev təmir etməyi kasıb vaxtında ona yaraşmadığını atasına mübahisə zamanı bildirmişdir. Yəni bu da sübut edir ki, kreditin bir hissədə ev təmirinə xərclənmişdir. Suallar zamanı İddiaçı götürülən kreditləri birgə xərclədiklərini bildirsə də, riyazi qaydada hesablanarklən maksimal xərclərlə 4000-5000 manatdan artıq xərc yeri göstərə bilmədi. Çünki, yalan danışır, bütün xərclər onların öz kreditlərinin bağlanmasına, maşın alınmasına və indi yaşadıqları evin təmirinə xərclənmişdir. Bütün bu hallar kredit məbləğlərinin ilkin iddiaçı və ailəsinin öz şəxsi xərclərinə xərclənməsini göstərir. Həmin kreditin də ödənişinin bir hissəsini Cavabdeh humanistliyindən istifadə edərək İlahəyə hədiyyə edilmiş kartdan pul çıxararaq ödənişini həyata keçirmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 izahatında bildirmişdir ki, ilkin iddia üzrə İddiaçı onun oğludur. Qarşılıqlı iddia ilə razı deyil, ilkin iddianı müdafiə edir. Qarşılıqlı iddiada onun kredit götürdükdən sonra özünün banka olan borcunu bağladığı qeyd olunsa da bu həqiqəti əks etdirmir. O özünə məxsus pulla "xxxx" ASCyə olan borcunu ödəmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, ilkin iddiaçıdan heç bir məbləğdə pul almamışdır. Onun ailə məsələlərinin qızına və onun ailəsinə heç bir aidiyyatı yoxdur, həm də keçmişdə də olmamışdır. Eşitdiyinə görə guya ilkin iddiaçı onun əvəzinə kredit götürərək onun borcunu ödəmişdir. Əgər deyilənlər həqiqətən iddiaçı tərəfindən deyilibsə, bu şər və böhtandır. Əksinə iddiaçı onun öz qızının ehtiyaclarını ödəməsi üçün verdiyi dövlət tərəfindən ödənilən məcburi köçkünlər üçün yardım kartını da mənimsəyərək öz məqsədləri üçün istifadə etmişdir. Həmin karta onun, onun yetkinlik yaşına çatmamış oğlunun və qızı İlahəyə ayrılmış pullar köçürdü. O, öz payını və yetkinlik yaşına çatmamış uşağının payını qanuni nümayəndəsi olaraq qızı İlahəyə hədiyyə şəklində valideyn yardımı kimi vermişdir. Lakin İlahə bir müddət sonra həyat yoldaşının ondan zorla həmin kart aldığını ona bildirmişdir. Onların bununla bağlı mübahisləri böyüməyə başladı. O da bir neçə dəfə buna qarışsa da xeyri olmamışdır. Nəhayət mübahisləri böyüdükdən sonra kartı bağlatdırmışdır. O, həmin pulların ilkin iddiaçı tərəfindən mənimsənilməsinə qəti etiraz edir. O, həmin pul kartını qızına hədiyyə etmişdir. O, qızının haqqı idi. Həmin pulu da tələb etmək qızının haqqıdır. Hesab edir ki, həmin pul ilkin iddiaçıdan alınıb qızına qaytarılmalıdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia rədd edilməlidir və qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin, Mehtiyeva (Əhmədova) İlahə Elman qızı ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, o, ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu səbəbdən mediasiya prosesinin keçirilməsi mümkün olmamışdır. -Bank Respublika tərəfindən İddiaçı adına olan çıxarışdan görünür ki, Debet dövriyyəsi 21595,35, Kredit dövriyyəsi 21598 , çıxış qalıq 2,65 manat. -"xxxx" BOKT MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışda qeyd edilir: “arayış verilir ondan ötəri ki, İddiaçı xx.xx.2023-cü il tarixdə BƏKT"xxxx"MMC-nin Füzuli filialından KF/31783 müqaviləsinə uyğun olaraq 1500 (Bir min beş yüz manat) götürdüyü kreditin 1500 (Bir min beş yüz) manat əsas məbləğ, 437,57 (Dörd yüz otuz yeddi manat əlli yeddi qəpik) manat faiz məbləği olmaqla, ümumilikdə 1937,57 (Bir min doqquz yüz otuz yeddi manat əlli yeddi qəpik) xx.xx.2025-ci il tarixində tam ödəmişdir. İddiaçı -"xxxx" BOKT MMC-nin Füzuli filialına heç bir kredit öhdəliyi və zamini X1 heç bir zaminlik öhdəliyi qalmayıb. -Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı Firudin oğlu arasında Səadət Sarayı Bakı Nikah Evi tərəfindən 473 nömrə ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X4 anası Cavabdeh yanında saxlanılması, tərəflərin nikahından xx.xx.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı Firudin oğlundan xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 180 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Cavabdeh ödənilməsi, cavabdeh İddiaçı Firudin oğlundan məhkəmə xərclərinə görə ödənilmiş cəmi 50 manat pulun alınaraq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. - İddiaçı və X7 ilə bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmaya əlavə olunan ödəniş cədvəlindən görünür ki, onlar ödəniş cədvəlinə əsasən xx.xx.2023-cü il tarixindən aylıq 482,59 manat ödniş etməyi və sonuncu ay isə xx.xx.2025-ci il tarixində 482,6 manat ödəməyi üzərinə götürmüşdür. -Bank Respublika tərəfindən İddiaçı verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" ASC-nin Müştəri Xidmət Departamentindən xx.xx.2023-cü il tarixində götürdüyü 10000 manat məbləğində kredit üzrə borc öhdəliyi icra edilmiş və hal hazırda onun "xxxx" ASC qarşısında heç bir öhdəliyi qalmamışdır. -Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Füzuli Rayon filialı arasında İddiaçı ilə bağlanmış girov müqaviləsindən görünür ki, İddiaçı özünə məxsus ev əşyalarını bank qarşısında girov qoymuşdur. -xx.xx.2023-cü il tarixli, 2250***-*******02 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı “Asel Kredit“ Bank Olmayan Kredit Təşkilatı MMC arasında kredit müqaviləsi bağlanmış həmin müqaviləyə əsasən İddiaçı 10000 manat kredit verilmişdir. -xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı “Asel Kredit"xxxx" MMC arasında bağlanmış kredit borcunun təminatı kimi X7 arasında zaminlik müqaviləsi bağlanmışdır. -xx.xx.2024-cü il tarixli, 7185 saylı qəbzdən görünür ki, İddiaçı BOKT Avrasiya -Kredit MMC-yə 110 manat pul köçürmə etmişdir. -xx.xx.2024-cü il tarixli, 10216 saylı qəbzdən görünür ki, İddiaçı BOKT Avrasiya -Kredit MMC-yə 110 manat pul köçürmə etmişdir. -xx.xx.2024-cü il tarixli, 13034 saylı qəbzdən görünür ki, İddiaçı BOKT Avrasiya -Kredit MMC-yə 110 manat pul köçürmə etmişdir. -xx.xx.2023-cü il tarixli, 27076 saylı qəbzdən görünür ki, İddiaçı BOKT Avrasiya -Kredit MMC-yə 110 manat pul köçürmə etmişdir. -xx.xx.2024-cü il tarixli, 2282 saylı qəbzdən görünür ki, İddiaçı BOKT Avrasiya -Kredit MMC-yə 110 manat pul köçürmə etmişdir. -xx.xx.2024-cü il tarixli, 5091 saylı qəbzdən görünür ki, İddiaçı BOKT Avrasiya -Kredit MMC-yə 110 manat pul köçürmə etmişdir. -xx.xx.2024-cü il tarixli, 16621 saylı qəbzdən görünür ki, İddiaçı BOKT Avrasiya -Kredit MMC-yə 110 manat pul köçürmə etmişdir. -xx.xx.2024-cü il tarixli, 18162 saylı qəbzdən görünür ki, İddiaçı BOKT Avrasiya -Kredit MMC-yə 110 manat pul köçürmə etmişdir. -xx.xx.2024-cü il tarixli, 20649 saylı qəbzdən görünür ki, İddiaçı BOKT Avrasiya -Kredit MMC-yə 110 manat pul köçürmə etmişdir. -BOKT Avrasiya -Kredit MMC-nin ödəniş cədvəlindən görünür ki, İddiaçı bankın xeyirinə xx.xx.2023-cü il tarixindən aylıq 107,53 manat olmaqla sonucu ay yəni xx.xx.2025-ci il tarixində 107,56 manat ödəməyi öhdəsinə götürmüşdür. -qəbzdən görünür ki, İddiaçı tərəfindən 95 manat Füzuli Rayon Məhkəməsinin hesabına ödənilmişdir. -qəbzlərdən görünür ki, İddiaçı BOKT "xxxx" MMC-nin hesabına kredit üzrə ödənişlər etmişdir. -BOKT "xxxx" MMC tərəfindən İddiaçı verilmiş arayışdan görünür ki, İddiaçı BOKT "xxxx" MMC-nin Füzuli rayon 1500 manat məbləğində kredit üzrə borc öhdəliyi icra edilmiş və hal hazırda onun BOKT "xxxx" MMC qarşısında heç bir öhdəliyi qalmamışdır. -Kapital Bank ASC-yə məxsus Ödəniş kartı üzrə çıxarışdan görünür ki, X8 xx.xx.2025-ci il tarixində cəmi 4262,08 manat ödəniş edilmişdir. -Füzuli Rayon Polis Şöbəsi tərəfindən vəkil Nümayəndə1 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilir ki, Məktubunuzun icrası ilə əlaqədar, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemində yoxlanılan zaman müəyyən olunmuşdur ki, VAZ- 2106 markalı, 99LS584 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən İddiaçı mülkiyyətində olmuş, xx.xx.2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır.Hal hazırda İddiaçı etibarnamə ilə VAZ-2107 markalı, 19BK930 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixdən idarə edir. Ailə Məcəlləsinin: 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 mart 2024-cü il tarixli qərarının: 3.15. Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyrimümkündür. 5.6. Əmlakın bağışlama nəticəsində və ya hədiyyə edilmiş vəsait hesabına əldə olunması barədə ərin (arvadın) dəlillərinə (sübutlarına) qiymət verərkən, əmlakı bağışladığı iddia edilən şəxslərin iradə ifadəsinin nədən ibarət olduğu (əmlakı məhz kimə bağışladığı – ərarvaddan birinə, yaxud bütün ailəyə), ər-arvadın nikahda olduğu müddət və digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. 6.35. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ərarvadın ümumi borcları onların paylarına uyğun olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. İlkin iddia üzrə İddiaçı bankdan kredit götürdüyü zaman götürdüyü 10000 manat pulun 2500 manatını keçmiş qaynanası, cavabdehin anası X3 verdiyini bildirsə də, bunu məhkəmədə sübut edə bilməmişdir. Eyni zamanda ilkin iddia üzrə İddiaçı həmin pul vəsaitini cavabdehin anasına verməsi həmin pul vəsaitini cavabdehdən özünün xeyrinə tutulması üçün əsas ola bilməz. Belə ki, ilkin iddia üzrə İddiaçı həmin pul vəsaitini qaynanasına verməsi halında ilkin iddia üzrə iddiaçının həmin pul vəsaitini cavabdehdən deyil, pulu verdiyi qaynanasından tələb etmək hüququ var. Bununla yanaşı iş üzrə sübutlarla ilkin iddia üzrə İddiaçı həmin pul vəsaitini qaynanasına verməsi halı təsdiq olunmamışdır. İş üzrə yanaşı yoxlanılmış sübutlarla müəyyən edilmişdir ki, ilkin iddia üzrə İddiaçı atası X5 "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1755,52 manat kredit borcu olmuş, ilkin iddia üzrə İddiaçı "Asel Kredit” Bank olmayan Kredit təşkilatı MMC-dən 25 may 2023-cü il tarixli razılaşmaya əsasən 10000 manat kredit götürmüş, bundan bir gün sonra X5 "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1755,52 manat kredit borcu bağlanmışdır. Cavabdeh həmin iddiaya etiraz edərək bildirmişdir ki, həmin pul vəsaiti məhz qaynatasının banka olan borcunun, iddiaçının evinin təmiri üçün xərclənmişdir. Bankdan götürülmüş pul vəsaitləri ailənin ehtiyacları üçün xərclənməmişdir. Məhkəmə iddiaçının kredit pulunun ailənin ehtiyacları və qaynanasının borclarının ödənilməsi üçün xərclənməsinə dair sübut təqdim edə bilməməsini, atasının isə kredit borcunu onun kredit götürdüyü vaxtdan qısa müddət ərzində ödəməsini iddiaçı tərəfindən götürülmüş kreditin atasının kredit borcunun ödənilməsinə yönəldiyinə dair cavabdeh tərəfin bildirdiklərini işin hallarına uyğun sayır. Məhkəmə qarşılıqlı iddia üzrə onu qeyd etməyi zəruri sayır ki, qarşılıqlı iddiaçı 3840 manat pul məbləğini qarşılıqlı iddia üzrə cavabdehdən özünün xeyrinə tutulmasını tələb etsə də, işin müəyyən edilmiş hallarından görünür ki, qarşılıqlı iddia üzrə cavabdehin məcburi köçkünlər üçün ödənilən pul vəsaitinin köçürüldüyü kartdan 24 ay ərzində nağdlaşma aparmışdır ki, iddiaçının həmin vəsait üzrə 60 manat, qardaşının 60 manat,anasının isə 60 manat payı olmaqla cəmi 180 manat təşkil etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddiaya etiraz edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən kredit məbləğləri ilkin iddiaçının ailə ehtiyacları üçün alındığıdan həmin pullar ondan tutula bilməz. Məhkəmə bununla bağlı qeyd edir ki, iş üzrə sübutlarla həmin kreditin ilkin iddiaçı ilə ilkin cavabdehin ailə ehtiyacları üçün alınması sübut edilmədiyindən qarşılıqlı iddiaçının həmin dəlilləri əsaslıdır. Məhkəmə onu da qeyd edir ki, eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəməyə ünvanladığı ərizəsində də qeyd etmişdir ki, məcburi köçkünlər üçün ödənilən pul vəsaiti üzrə hər ay ona 60 manat pul ödənilsə də o, qarşılıqlı razılığa əsasən həmin ödəniləcək pul vəsaitini bəri başdan öz qızına hədiyyə etmiş, həmin pul vəsaitindən qızının xeyrinə imtina etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı da həmin pul vəsaitinin hesaba köçürüldüyü vaxtdan anası tərəfindən ona hədiyyə edilmiş pul vəsaiti lması halını təsdiq etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının yalnız 24 ay ərzində, yəni cavabdehin nağdlaşdırma apardığı dövrdə istifadəsində olan kartdan yalnız özünün və anasının özünə hədiyyə etdiyi pul vəsaiti olaraq hər ay üçün 120 manat olmaqla, ümumilkdə isə 2880 manat pul vəsaitini tələb etmək hüququ olduğundan qarşılıqlı iddia həmin hissədə təmin edilməli, 2880 manat pul qarşılıqlı iddia üzrə cavabdehdən qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə tutulmalı, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, qarşılıqlı iddia qismən təmin edildiyindən 48,8 manat ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehdən qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia rədd olunsun. Qarşılıqlı iddia qismən təmin olunsun. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 2880 manat pul və 48,8 manat ödənilmiş dövlət rüsumu alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Mehtiyeva (Əhmədova) İlahə Elman qızına verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar