Məhkəmə qərarları › İş №2(064)-1423/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1423/2025

10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1423/2025 10.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 13000 manat pulun və ödənilmiş 129 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, cavabdeh X1 ilə valideyni X2 vasitəsilə tanış olmuşdur. Cavabdeh Ağacanova Südabə ilə iş yoldaşı olub. O, işlərini genişləndirmək üçün investisiyaya ehtiyacı olduğunu bildirərək ondan faizsiz borc pul verməyini xahiş etmişdir. Cavabdehin səmimiliyinə inanaraq cavabdehə istədiyi məbləğdə borc pulu müqavilə əsasında verə biləcəyini bildirmişdir. xx.xx.2021 tarixində 46 saylı notariat ofisində 13000 manat (on üç min manat) məbləğində pulu Cavabdeh borc vermişdir. Cavabdeh aldığı bu pulu xx.xx.2023 tarixinədək qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh borcunu geri ödəməmişdir. Hər dəfə borcun geri ödənilməsini tələb etdikdə maddi vəziyyətinin yaxşı olmadığını bildirərək ən qısa zamanda borcunu qaytaracağını qeyd etmişdir. Ancaq onun səhhətində yaranan problemlər səbəbindən işləyə bilmir, hazırda işsiz olduğu üçün maddi vəziyyəti çox çətindir və pula ciddi eytiyacı var. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı məhkəmə iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 46 saylı notariat ofisində təsdiq olunmuş reyestrdə 3M-679 sayla qeyd edilmiş kredit müqaviləsinin surətindən aydın olur ki, İddiaçı Cavabdeh 13000 manat məbləğində pulu faizsiz kredit vermişdir. Cavabdeh 13000 manat məbləğində pulu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. - qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ilə əlaqədar 129 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyərək, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Azərbaycan Respublikası Mülki Məcəllənin: -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış və həmin tarixdə Bakı şəhəri 46 saylı notariat ofisində təsdiq olunmuş reyestrdə 3M-679 sayla qeyd edilmiş kredit müqaviləsinə əsasən iddiaçı 13000 manat məbləğində pulu cavabdehə borc vermişdir. Cavabdeh borcu xx.xx.2023-cü il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürsə də, bu öhdəliyini icra etməmiş və borc məbləğini geri qaytarmamışdır. İddiaçı hazırkı tələb üzrə 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, aralarındakı kredit müqaviləsinə əsasən cavabdehin iddiaçıya 13000 manat məbləğində borcunun yarandığı tam təsdiq edildiyindən, borc ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iddianın verilməsi üçün ödənilmiş 129 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 13000 manat və ödənilmiş dövlət rüsumu üzrə 129 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar