Məhkəmə qərarları › İş №2(064)-1425/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1425/2025

03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1425/2025 03.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 4700 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək cavabdehdən 4000 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh xx.xx.1984-cü il təvəllüdlü X2 maddi dəstək olaraq iş yoldaşının şahidliyi ilə Şahid yanında həmin şəxsə 4700 manat pul vermişdir. Lakin cavabdeh X3 4700 manat pulu götürərək ona qaytarmamışdır. Cavabdehə həmin pulun qaytarılması barədə məlumat versə də o, həmin pulu ona qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, Şahid ilə müəllim yoldaşıdır, Cəlalə Nəcəfova isə Zülfiyyənin qaynının arvadıdır. Zülfiyyə 2000 manat pulu ondan alaraq Cəlaləyə borc verib. Cəlalə Bərdədə yaşayır. O, borc olaraq Cəlaləyə Şahid yanında 3000 manat pulu özü şəxsən, 1000 manat pulu isə Zülfiyyə vasitəsilə vermişdir. Cəlalə borcunu hissə-hissə ödəmək üçün özünəməxsus bank kartını ona vermiş, o da həmin bank kartından hər ay olmaqla, cəmi 1000 manat məbləğində pul çıxarmışdır. Hazırda cavabdehin ona 4000 manat ödənilməmiş borcu qalıb. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında bildirmişdir ki, İddiaçı onun iş yoldaşıdır, Cəlalə Nəcəfova isə onun qaynının arvadıdır. Cəlalənin pula ehtiyacı olduğu üçün o, Aynurdan 2000 manat pulu alaraq borc kimi Cəlaləyə vermişdir. Cəlalə borcunu hissə-hissə ödəmək üçün özünəməxsus bank kartını Aynura vermiş, o da həmin bank kartından hər ay olmaqla, onun bildiyinə görə cəmi 900 manat məbləğində pul çıxarmışdır. Daha sonra İddiaçı onun yanında cavabdeh Cəlalə Nəcəfovaya 3000 manat pul vermişdir. Beləliklə, Aynur Cəlaləyə 5000 manat borc pul vermişdir. X4 4000 manat borcu ödənilməmiş qalır. Həmçinin bildirmişdir ki, onlar öz aralarında “lotoreya” təşkil edərək növbəli şəkildə pul götürmək barədə razılığa gəlmişlər, lakin Aynur lotoreya zamanı yığılan və onun pulu götürmək növbəsi çatanda ona çatası 5000 manat pulu onun yerinə götürərək ona qaytarmamış, o, bu barədə Aynura narazılığını bildirdikdə sonuncu qohumu Cəlalənin ona olan borcunun əvəzinə həmin pulu götürdüyü bildirmişdir. Bununla bağlı məhkəməyə müraciət etmiş, iddiası qismən təmin edilmiş və həmin məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində İddiaçı borc pul aldığını, həmin pulu qaytarmadığına görə Aynurun onun, yəni Zülfiyyənin lotoreya pulunu götürməsini, lakin özünün Aynura olan borcunu qaytaracağını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Füzuli Rayon Məhkəməsinin 2(064)-30/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı 4000 manat məbləğində pulun və 56,8 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı Şahid ödənilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, cavabdeh İddiaçı faizə borcu o alıb. Odur ki, cavabdehə qalmış olan borcu özü ödəməyə hazırdır. Cavabdeh iddiaçıya məxsus pulu qaytarsın. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin: -1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Məhkəmə qeyd edir ki, iddiaçı 4000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb etmiş, tələbini cavabdehin həmin məbləğdə pul vəsaitini ondan alması ilə əsaslandırmışdır. Həmin halın təsdiqi üçün Füzuli Rayon Məhkəməsinin icraatında olmuş iddiaçı Şahid cavabdeh İddiaçı qarşı “pul tələbi” üzrə 2(064)-30/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin surətini təqdim etmişdir. Həmin qətnamədəki ifadəsindən görünür ki, həmin iş üzrə şahid qismində ifadə verən hazırki iş üzrə cavabdeh 4000 manat məbləğində pulun həmin iş üzrə cavabdeh, hazırki iş üzrə isə İddiaçı aldığını etiraf etmişdir. Eynilə iş üzrə sübutlarla aralarında hər hansı müqavilə bağlamadan cavabdehin iddiaçıdan 4000 manat pulu alması və onun iddiaçının hesabına əsassız varlanması müəyyən edilmişdir. İş üzrə sübutlarla həmin vəsaitin cavabdeh tərəfindən iddiaçıya qaytarılması halı təsdiq edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə iş üzrə belə nəticəyə gəlir ki, əsassız varlanmış cavabdeh iddiaçının tələbi ilə ondan aldığı pul vəsaitini geri qaytarmağa borclu olduğundan iddia təmin edilməli, cavabdehdən 4000 (dörd min) manat pul tutularaq iddiaçıya verilməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu” haqqında Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - ... qaçqınlar və məcburi köçkünlər... dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, tərəflər Füzuli rayonundan məcburi köçkündürlər və onların bu statusu qüvvədədir. Beləliklə, tərəflər dövlət rüsumu ödəməkdən azaddırlar. Qeyd olunanlara əsasən iddia təmin edilməli, cavabdeh X1 4000 manat pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh X1 4000 (dörd min) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar