Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1434/2025 27.08.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Nümayəndə qaşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Nümayəndə qaşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Nümayəndə onların kart hesabına köçürülən 2750 (iki min yeddi yüz əlli) manat pul məbləğinin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2 nümayəndəsi İddiaçı məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, 2750 manat pul cavabdehlərə onun qızı, yəni iddiaçı X3 tərəfindən deyil, onun özü tərəfindən verilmişdir. Odur ki, iddiaçı X2 əsil iddiaçı ilə, yəni onunla- İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı əsil İddiaçı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qızı X3 Cavabdeh1 ilə xx.xx.2022ci il tarixində qeyri-rəsmi ailə həyatı qurmuşlar. Onlar nikahlarını xx.xx.2023-cü il tarixdə rəsmiləşdirmişlər. Onlar ailə qurduqdan sonra cavabdehlər onun qızına bildirmişlər ki, atana de ki, Gəncədən alınan mebeli bəyənmirik, pulunu versin, özümüz burdan alaq. Qızı bu söhbəti ona bildirmiş və o da bununla razılaşmışdır. O, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə leobank-********** nömrəli kart hesabına 1000 (bir min) manat, xx.xx.2024-cü il tarixdə Kapital Bank -********** nömrəli kart hesabına 250 (iki yüz əlli) manat, X1 xx.xx.2024-cü il tarixdə leobank-********** nömrəli kart hesabına, xx.xx.2023-cü il tarixdə Kapital bank hesabına 1000 (bir min) manat, xx.xx.2023-cü il tarixdə Kapital Bank - 666089562 nömrəli kart hesabına 300 (üç yüz) manat pul köçürmuşdür. O, cavabdehlərin səmimiliyinə inanaraq cəmi 2750 (iki min yeddi yüz əlli) manat pulu cavabdehlərin kart hesabına köçürmüşdür. Hazırda onun maddi vəziyyəti çox pis vəziyyətdədir və onun həmin pullara ehtiyacı var. Cavabdehlərin könüllü olaraq ona borclu olduqları 2750 (iki min yeddi yüz əlli) manat pulu qaytarmadıqları üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, qızı Yeganə cavabdeh Tahir ilə xx.xx.2022-ci il tarixində qeyri-rəsmi ailə həyatı qurduğu zaman qızına cehiz verməmişdir. O, xx.xx.2023-cü il tarixdə 300 manat və xx.xx.2023-cü il tarixdə isə 1000 manat pulu cavabdeh Nümayəndə bank hesabına, xx.xx.2023-cü il tarixdə isə 1000 manat pulu Cavabdeh1 bank hesabına qızı Yeganə üçün mebel alınmasına görə göndərmişdir. Qızı Yeganənin səhhətində problemlər yarandığından onun xəstəliyi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə 250 manat Cavabdeh1 və xx.xx.2024-cü il tarixdə isə 150 manat pulu cavabdeh Nümayəndə bank hesabına göndərmiş və həmin pulların mebelin məbləğindən çıxılacağını bildirmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh və digər Cavabdeh1 nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən 2700 manat məbləğində pul onun və digər cavabdeh olan oğlunun bank kart hesabına göndərilmişdir. Lakin qeyd olunan pullar iddiaçı tərəfindən onun qeyd etdiyi kimi qızına mebel almaq məqsədilə deyil, qızının onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün onun müalicəsinə və cərrahiyyə əməliyyatı olunmasına görə göndərilmişdir. Həmin pullardan da əlavə, o keçmiş gəlni Yeganənin müalicə olunması üçün xeyli pul xərcləmişdir. Yeganə gəlin gəldikdən sonra onun səhhətində dəfələrlə ciddi problemlər yaranmış, o özü gücü çatan dava-dərmanı almış, həkim müayinələrinə aparmış və həmin xərcləri ödəmişdir. Maddi vəziyyətlərində sıxıntılar olduğundan Yeganənin müayinə və müalicə olunması üçün onun atasından da maddi köməklik göstərilməsi istənilmişdir. Həmçinin bildirmişdir ki, o, oğlunun və gəlninin yaşaması üçün onlara 2 mərtəbəli ev vermiş, evdə bəzi əçyalar, yəni divan-kreslo olsa da, digər mebellər olmadığından öz adına kreditlə 4300 manata mebel götürmüşdür. Bu barədə iddiaçı xəbər tutanda ona bildirmişdir ki, qızı üçün mebeli özü almaq istəyir. Belə olan halda o, iddiaçıya mebelin kredit ödənişlərində kömək etməsini təklif etmişdir. Sonra Yeganənin xəstəliyi ilə əlaqədar mebelin ödənişlərini özü ödəmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Milliön elektron ödəmə sistemindən ödənilmiş qəbzdən görünür ki, Kapital Bank xidmətinin nağd ödəniş vasitəsi ilə 300 manat Nümayəndə kart hesabına köçürülmüşdür. - Milliön elektron ödəmə sistemindən xx.xx.2023-cü il tarixində ödənilmiş qəbzdən görünür ki, Leobank xidmətinin nağd ödənişi vasitəsi ilə 1000 manat Cavabdeh1 kart hesabına köçürülmüşdür. - Milliön elektron ödəmə sistemindən ödənilmiş qəbzdən görünür ki, Kapital Bank xidmətinin nağd ödəniş vasitəsi ilə 1000 manat Nümayəndə kart hesabına köçürülmüşdür. - Milliön elektron ödəmə sistemindən xx.xx.2024-cü il tarixində ödənilmiş qəbzdən görünür ki, Kapital bank xidmətinin nağd ödəniş vasitəsi ilə 250 manat Cavabdeh1 kart hesabına köçürülmüşdür. - Milliön elektron ödəmə sistemindən ödənilmiş qəbzdən görünür ki, Leo Bank xidmətinin nağd ödəniş vasitəsi ilə 150 manat Nümayəndə kart hesabına köçürülmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin: -1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. İddiaçı cavabdehlərdən 2750 manat pulun onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı həmin pulun cavabdehlərin bank hesabına ödənilməsi ilə əsaslandırsa da, yanaşı yoxlanılmış ödəmə sənədləri ilə iddiaçının cavabdehlərin kart hesabına 2700 manat məbləğində pul köçürməsi təsdiq edilmişdir. Cavabdeh və digər Cavabdeh1 nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək iddiaçının göndərdiyi pulu onun qızının müalicəsinə xərcləndiyini bildirmişdir, həmin halın təsdiqi üçün reseptləri, eyni zamanda müayinə sənədlərini təqdim etmişdir. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri sayır ki, cavabdeh özü də iddiaçının qızının müalicəsinə xeyli məbləğdə pul xərcləmişdir. Belə olan halda ona xərclədiyi bilavasitə təqdim etdiyi sənədlərdən edilmiş müayinə və alınmış dərmanların özünün pulu deyil, iddiaçının göndərdiyi pul hesabına əldə etməsinə dair sübutu təqdim etməmişdir. Eyni zamanda cavabdehin həmin resepləri apteklərə təqdim edib həmin reseptlərdə qeyd olunan dərman vasitələrinin satın alınması və usm müayinəsi üçün pul ödəməsi halı da təsdiq edilmir. Eyni zamanda cavabdeh Nümayəndə özü də məhkəmə iclasında iddiaya etiraz bildirərkən qeyd etmişdir ki, mebelin sifarişini özü etmişdir. Lakin buna etiraz edərək bildirmişdir ki, mebeli özü almaq istəyir. Belə olan halda o, iddiaçıya ödənişlərdə kömək etməsini təklif etmişdir. Məhkəmə iddiaçının göndərmiş olduğu pul vəsaitinin onun qızının müalicəsinə xərclənməsi halının sübut edilməməsi, eyni zamanda cavabdehin də iddiaçı ilə aralarında mebelin alınması ilə əlaqədar yaranmış ödənişlər üzrə iddiaçının da köməklik etməsinə razılıqlarını bildirməsini nəzərə alaraq bildirir ki, iddiaçının 2300 manat məbləğində pulu cavabdehlərin kart hesabına mebelin dəyərinin ödənilməsi üçün göndərməsi işin hallarına uyğundur. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərin kart hesabına ödənilmiş pul vəsaiti üzrə 1300 manat cavabdeh Nümayəndə və 1000 manat Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin qalan 400 manat hissəsinin cavabdehlərdən tutulmasına dair hissəsi üzrə onu qeyd etməyi zəruri sayır ki, iddiaçı tələbini pul vəsaitlərini mebelin alınması üçün verməsi ilə əsaslandırsa da, özünün məhkəmədə verdiyi izahatı ilə pul vəsaitinin 400 manat hissəsini qızının müalicəsi üçün verdiyi təsdiq edilmişdir. Belə olan halda pul vəsaitinin qızının müalicəsinə xərclənmiş hissəsi mebelin alınması üçün ödənilmiş pul vəsaiti olaraq dəyərləndirilə və cavabdehlərdən iddiaçının xeyrinə tutula bilməz. Beləliklə, iddia tələbi qismən təmin edilməli, cavabdeh Nümayəndə 1300 manat və Cavabdeh1 1000 manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Nümayəndə 1300 (bir min üç yüz) manat və Cavabdeh1 1000 (bir min) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-1434/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1434/2025
27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver