Məhkəmə qərarları › İş №2(064)-15/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-15/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-15/2025 24.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 6200 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə şifahi razılıq əsasında onun istifadəsində olan MTZ 1221 markalı traktoru almaq istəmiş və traktora 11200 manat qiymət qoyaraq razılaşmışlar. İddiaçı 2022-ci ilin sonunda 11200 manat məbləğində pul ödəyərək traktoru Cavabdeh2 almış. Pulu ödəyərkən onlar traktorun yanında hər ehtimala qarşı çəkiliş etmişlər. Həmin çəkilişin diskə köçürülmüş surəti sübut növü kimi iddia ərizəsinə əlavə olunmuşdur. Traktoru sənədləşdirərkən ona məlum olmuşdur ki, traktorun sənədləri qaydasında deyildir. Bundan sonra cavabdeh sənədlərin düzgün olmadığını etiraf etmiş və traktoru geri alaraq iddiaçının verdiyi 11200 manat pulu qaytarmağa razılaşmış. Cavabdeh2 pulu qaytarmadığına görə o, bu barədə Füzuli rayon Prokurorluğuna ərizə ilə müraciət etmişdir. Prokurorluqda aparılan araşdırma zamanı onun bibisi – (atasının bacısı) Cavabdeh1 ondan qardaşının oğlu Elsevərin tutulmaması üçün onlarla razılaşmağını xahiş etmiş. Bu səbəbdən o, 5 nəfərin iştirakı ilə 5000 manat nəğd pulu iddiaçıya vermiş və 5 nəfərin iştirakı ilə izahat yazaraq 2023-cü ilin mart ayına qədər qalan 6200 manat pulu iddiaçıya ödəyəcəyinə söz vermişdir. Həmin izahatın yekununda o, imza edərək xx.xx.2023-cü il tarixi yazmışdır. 1 il 3 ay vaxt ötməsinə baxmayaraq X5 verdiyi sözə əməl edə bilməyib və pulun qalanını qaytarmaq istəmir. Ona görə də hesab edir ki, X5 və Cavabdeh2 ona olan borcu müştərək qaydada ödəməli və birgə cavabdehlik daşımalıdırlar. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdeh H.Əhmədovun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə xx.xx.20225-ci il tarixli iclasında iştirak edən: Cavabdeh1 iddiaçıya borcunun olması barədə iddiaçının məhkəməyə təqdim etdiyi əlyazmadakı imzanın ona məxsus olmadığını və iddiaçıya borcunun olmadığını bildirərək iddianın rədd olunmasını xahiş etdi. Cavabdeh2 iddiaçıdan 11200 manat pulu aldığını etiraf edərək bildirdi ki, sonradan həmin borcu tam olaraq iddiaçıya qaytarmışdır. Məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. İş materiallarında olan: - 5 nəfər şahidin iştirakı ilə (hər biri öz adının qarşısında imza etmişlər) tərtib olumuş əlyazmadan müəyyən olunur ki, X2 Niyaz Əziz oğlundan 6200 manat məbləğində pulu almış və qaytaracağına söz vermişdir; - Füzuli Rayon Məhkəməsinin 1(064)-27/2023 saylı, xx.xx.2023-cü il tarixli hökm əsasında müəyyən edilir ki, Cavabdeh2 İddiaçı etibarından sui-istifadə edib onu aldatmaqla 1200 manat pulunu qəsdən ələ keçirməklə şəxsi ehtiyaclarına sərf etmiş, 07 avqust 2021-ci il tarixdə saat 20 radələrində o, traktorun lizinq borcuna ödəyəcəyini yalandan bildirib belə niyyəti olmadan İddiaçılə özünün yaşadığı Füzuli rayonu, Quraşdırma evləri ərazisindəki 92 nömrəli evin həyətində görüşüb orada sonuncunun etibarından sui-istifadə edərək onu aldadıb vahid niyyətlə əlavə olaraq 5.900 ABŞ dolları məbləğində (həmin vaxt Azərbaycan manatının məzənnəsinə nisbətdə 10.000 manat) pulunu qəsdən ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək zərərçəkmiş şəxs İddiaçı vahid niyyətlə xeyli miqdarda, yəni ümumilikdə 11.200 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir və İddiaçı ona vurulmuş ziyanın qalan hissəsinin ödənilməsi tələbi ilə ayrıca mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldıra bilməsi hüququ izah edilmişdir; - AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 4/1453 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyi əsasında müəyyən olunur ki, Cavabdeh1 adından olan xx.xx.2023-cü il tarixli izahatın aşağı hissəsində “imza” sözü qarşısındakı imzanın və “Soltanov Həqqət AZE 17121535” yazılarının qarşısındakı imzanın – Cavabdeh1 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub olunmamasını müəyyən etmək mümkün olmamışdır. - CD disk əsasında müəyyən olunur ki, 5.900 ABŞ dolları məbləğində pulu Cavabdeh2 İddiaçı almışdır. Məhkəmə mövcud mübahisəyə hüquqi qiymət verilməsi üçün aşağıdakı normativ hüquqi aktlara istinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə müvafiq olaraq, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əsassız varlanmadan yaranan öhdəliklər mühafizə xarakterli öhdəliklər sırasına aiddir. Belə ki, onların vəzifəsi maddi nemətlər bölgüsünün pozulmuş həlqəsini bərpa etməkdən ibarətdir. Mülki Məcəllənin 1091-ci maddəsi ilə öhdəliyin kvalifikasiya edilməsi üçün əldə edənin davranışının (qanuni və ya qeyri-qanuni) və öhdəliyin yaranmasına səbəb olan hüquqi faktların təbiəti deyil, əmlakın əldə edilməsi və ya saxlanması üçün qanunla müəyyən edilmiş əsasların olub-olmaması həlledici əhəmiyyət kəsb edir. Məhkəmə iş materiallarını və tərəflərin izahatlarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Füzuli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(064)-27/2023 saylı, xx.xx.2023-cü il tarixli hökm əsasında müəyyən edilir ki, Cavabdeh2 İddiaçı etibarından sui-istifadə edib onu aldatmaqla, yəni heç bir qanuni əsas və ya müqavilə əsası olmadan sonuncunun 11200 manat pulunu qəsdən ələ keçirməklə əsassız varlanmışdır. Eyni zamanda CD disk əsasında da müəyyən olunur ki, 5.900 ABŞ dolları məbləğində pulu Cavabdeh2 İddiaçı almışdır. Həmçinin məhkəmə iclası zamanı da, Cavabdeh özü də İddiaçıdan 11200 manat məbləğində pulu aldığını etiraf etmişdir. Məhkəmə Cavabdeh2 məhkəmə iclası zamanı borcu tam olaraq iddiaçıya qaytarmışdır məzmunlu izahatına münasibət bildirərək qeyd edir ki, tərəfin verdiyi izahat özünümüdafiə xarakteri daşıyaraq digər yanakı sübutla təsdiq edilmədiyindən mötəbər sübut kimi qəbul edilməməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh1 aid hissəsinə münasibət bildirərək qeyd edir ki, iş materialarında olan əlyazmadakı imzanın Cavabdeh1 aid olması ekspert rəyi ilə müəyyən edilməsi mümkün olmadığından və İddiaçı tərəfindən Məhkəməyə iddia tələbinin Cavabdeh1 yönəldilməsinə əsas verən mötəbər sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Odur ki, Məhkəmə hesab edir ki, iddia qismən təmin olumalı, Cavabdeh2 6200 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, X1 aid hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, hazırki mülki iş üzrə keçirilmiş ekspertiza ilə bağlı 125 manat məbləğində ekspertiza xərci ödənilməlidir. Məhkəmə hesab edir ki, 125 manat məbləğində ekspertiza xərci Cavabdehə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və AR MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 İddiaçı xeyrinə 6200 manat məbləğində pul tutulsun. X1 aid hissədə isə təmin edilməsin. Ekspertizasının xərci olan 125 (yüz iyirmi beş) manat məbləğində pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar