Məhkəmə qərarları › İş №2(064)-150/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-150/2023

30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-150/2023 30.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Kredit İttifaqı MMC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Kredit İttifaqı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.420 manat əsas borc, 958 manat hesablanmış faiz borcu, 340 manat cərimə borcu olmaqla, cəmi 4.718 manat pulun və 54 manat ödənilmiş dövlət rusumunun alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “Dostlar MM“ Kredit İttifaqı MMC Cavabdeh oglu ilə xx.xx.2019-cu il tarixli, 1007-2 saylı kredit müqaviləsi bağlamışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh şəxsi məqsədləri üçün (mal-qara) 24 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 5.600 manat məbləğində kredit götürmüşdür. O, 24 ay müddətində kreditin əsas məbləği və ona hesablanmış faizlər kredit müqaviləsinin 1081 saylı əlavəsində qrafik üzrə ödənilməli idi. Mal-qara almaq məqsədi ilə verilmiş kreditin ayrılması üçün borclunun gəlirlərini təsdiq edən müvafiq sənədlərini təqdim etmişlər. "xxxx" Kredit İttifaqı MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu krediti Cavabdeh vermişdir. Lakin borclu Cavabdeh kredit müqaviləsinin şərtini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. Nəticədə cavabdehin 3.420 manat əsas borc, 958 manat hesablanmış faiz borcu, 340 manat cərimə borcu olmaqla, cəmi 4.718 manat kredit borcu gecikmədədir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddia tələbini müdafiə etdiyini bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Ə.Hacıyevin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialına əlavə edilmiş iddiaçı “Dostlar MM“ Kredit İttifaqı MMC ilə Cavabdeh oglu ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1007-2 saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdeh .Qəhramanov şəxsi məqsədləri üçün 24 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 5.600 manat məbləğində kredit götürmüşdür. İddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə banka ödənilməmiş borc qalmışdır. Belə olan halda iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn,pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması iləəlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə 54 manat məbləğində dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. Cavabdeh 3.420 manat əsas borc, 958 manat hesablanmış faiz borcu, 340 manat cərimə borcu olmaqla, cəmi 4.718 manat pul və 54 manat dövlət rusumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Azərbaycan Respublikası Füzuli Rayon Məhkəməsi AZ 1900 Füzuli rayonu Tel: (026-315)51-82 Horadiz şəhəri Faks : (026-315)51-71 İş № 2(064)-150/2023 11 aprel 2023-ci il Cavabdeh Ünvan: Füzuli rayonu, Zobucuq qəsəbəsi 1, ev 234 İddiaçı "xxxx" Kredit İttifaqı MMC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)- 150/2023 saylı qətnaməsi sizə göndərilir. Qoşma: qətnamə. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar