Məhkəmə qərarları › İş №2(064)-1503/2023

Füzuli Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(064)-1503/2023

13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1503/2023 13.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək onun xeyrinə Cavabdeh 7.900 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ağcabədi şəhəri, Ş.Qurbanov küçəsi ev 11-də yaşayan İddiaçı, yeganə övladı olan Leyli İbrahimova ilə Bakı şəhərində yaşayan Cavabdehla nişan mərasimi olmuş, nişandan təxminən on gün sonra, yəni 27-28 aprel 2021-ci il tarixdə Orxan ona 055 ***-**-** nömrəsindən zəng edib Bakı şəhəri, Binəqədi rayonunda yeni tikili binada ucuz qiymətə 2 otaqli ev satıldığını bildirmişdir. O, da qızının gələcəyi üçün Bakı şəhərindən ev almaq istəyinin olduğunu bildirdikdə Orxan ona ilkin ödəniş üçün 10.000 manat lazım olduğunu bildirmiş. Orxana həmin məbləğdə pulunun olmadığını, lakin yaxın günlərdə tapıb verəcəyini söyləyərək. Bacısı Aynurla Bakı şəhərində görüşüb bu barədə ona danışaraq hayat yoldaşının ölüm pulu kartın Aynura vermiş. Aynur, o, və Orxan birlikdə lombarda gedib kartı və özünə məxsus qızıl-zinət əşyalarının girov qoyub 2.000 manat götürüb Orxana vermiş. 900 manatını isə Orxanın göndərdiyi kart hsabına göndərmiş. 08 may 2021-ci il tarixdə ilkin ödəniş üçün əlavə olaraq 5.000 manat pulu özünün yaşadığı evdə Orxana vermiş. Orxan pulu alandan bir müddət sonra onun mobil telefonuna zəng çatmamış, Orxanın anasının mobil telefonuna zəng etmiş, lakin onun da telefonuna zəng çatmamışdır. Orxanın əməllərindən şübhələnmiş. Sonradan söhbət zamanı Orxanın həmin pullari Topaz qumar oyununda uduzması məlum olmuş, bunu bilən qızı Leyli də Orxandan nə üçün onu aldatmasını soruşmuş. Orxan qızı Leylini nalayiq küçə söyüşləri ilə söyüb təhqir etmiş, bundan sonra Orxanın onu aldadıb pulun ələ keçirməsini başa düşüb onun barəsində şikayət etmək qərarına gəlmiş.Ərizə əsasında Ağcabədi rayon polis şöbəsinin ictimai təhlükəssizlik bölməsində araşdırma aparılmış və 03 avqust 2021 -ci il tarixli raportla material araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə təhqiqat bölməsinə verilmişdir. Azərbaycan Respublikası CPM-nin 19.1.2-ci maddəsində göstərilənləri nəzərə alınaraq, 86, 207, 212-ci maddələri rəhbər tutmaqla ona mübahisənin mülki xarakterli olmasını nəzərə alaraq mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Hesab edir ki, aşağıda qeyd edilənlər və Ağcabədi rayon polis şöbəsi təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X1 icraatında olan HK-1/2303 saylı cinayət işinin başlanmasının rədd qərarında göstərilənlər cavabdehin mənim 7900 manat pulumun əsassız varlanma olaraq ələ keçirməsinin təsdiqidir.Pulun ilkin olaraq 900 manatını bizə göndərilən karta, 2.000 manatını isə bacım Əsədova Aynurla birlikdə Bakı şəhəri Neapol dairəsi yaxınlığındakı lambardddan xx.xx.2021-ci il tarixdə qızıl qoyub götürüb Orxana vermişdir. Pulun qalan 5.000 manatını xx.xx.2021-ci il tarixdə Ağcabədi şəhərində evimdə şahidlər Əsgərov Hümbət və Əsədova Diləzbərin yanında sayıb vermişdir. Araşdırma zamanı, materiala əlavə edilmiş 13 avqust 2021-ci il arayışdan görünür ki, Bakı şəhərində yaşayan Cavabdeh izahatını almaq üçün onun istifadəsində olan 055 803- 04-74 nömrəli telefona zəng olunmuş, Orxan keçmiş qayınanası İddiaçı 7.900 manat pul götürdüyünü və 800 manatını qaytardığını, hazırda imkanı olmadığı üçün qalan məbləği ödəyə bilmədiyini bildirib. Göstərilən fakt Orxan tərəfindən həqiqətən pulun götürüldüyünü və qaytarmamaqda israrlı olmasının təsdiqi kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində göstərilənlərə oxşar məzmunlu izahat verdi, cavabdehdən 7.100 manat pulun onun xeyrinə tutulmasını xahiş etdi. İddiaçı həmçinin ərizə verərək işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinin tələbinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı Cavabdeh 7.900 manat pulu borc vermişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş və 800 manat qaytarsa da qalan 7.100 manatı qaytarmamışdır. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 7.100 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-cü maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 7.100 manat pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 (on) gün müddətində onun ləğvi barədə Füzuli Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar