Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1566/2024 28.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi Qanuni nümayəndə və Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti (bundan sonra - İddiaçı) iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək Cavabdeh (bundan sonra - Cavabdeh) oğlunun, ailə üzvlərinin və onlara məxsus əşyaların Füzuli rayonu, 4 saylı Zobucuq qəsəbəsində yerləşən 144 nömrəli 1 otaqlı evdən çıxarılmasını və 144 nömrəli 1 otaqlı evin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Füzuli rayonu MKİS-ə təhvil verilməsinə dair qətnamə çıxararlmasını xahiş etmişdir. İddiaçı iddia tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildiririk ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı keçməyən şəxslər qeyri qanuni yolla yaşayır. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 07 dekabr 2009-cu il tarixli 144 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Füzuli rayonundan məcburi köçkün X1 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Füzuli rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 4 saylı Zobucuq qəsəbəsində 144 nömrəli 1 otaqlı evlə təmin edilmişlər. Sonradan müqavilədə adı keçən şəxs X3 vəfat etmişdir. Bu barədə (ölüm haqqında şəhadətnamənin) surəti işə əlavə edilir. Xüsusi təyinatlı yaşayış sahəsini kirayə müqavilənin şərtlərinə əsasən mənzildə yaşayan şəxs (kirayəçi) vəfat etdiyi təqdirdə mənzilin açarı Mənzil İstismar Departamentinin İmişli rayonu üzrə Mənzil Komunal İstismar Sahəsi təqdim edilməli olduğu halda, Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı 144 nömrəli evdə Cavabdeh qeyri qanuni yaşadığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən 144 nömrəli evin Cavabdeh tərəfindən zəbt edilməsi və mənzildə qeyri qanuni yaşamaları müəyyən edildiyindən, həmin mənzilin boşaldılıb təhvil verilməsi barədə onlara dəfələrlə xəbərdarlıq edilmiş, lakin cavabdehlər mənzilin təhvil verilməsindən imtina etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçının nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, iddianı qəbul edir və təmin olunmasına etiraz etmir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin mənzil İstismarı Departamentinin xx.xx.2009-cu il tarixli 144 saylı müqaviləsinin surətindən görünür ki, Cavabdeh Həsən oğluna Füzuli rayonun Zobucuq-4 qəsəbəsində yerləşən 144 saylı evdə 2 nəfər ailə üzvləri ilə birlikdə yaşamaları üçün 1 otaqlı ev verilmişdir. xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, Füzuli rayonu, Zobucuq 4 məcburi köçkün qəsəbəsində 144 nömrəli 1 otaqlı mənzildə müvəqqəti qeydiyyatda olan Cavabdeh Həsən oğlu adına sənədləşdirilmiş mənzil 2019-cu ildən hər iki sahibi vəfat etdiyi üçün həmin mənzildə yaşayış yoxdur. 2019-cu ildən bu günə Cavabdeh tərəfindən zəbt edilmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən küçirərək, iş üzrə tərəflərin izahatlаrını dinləyərək, işin faktiki hallarını araşdıraraq və məhkəmədə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Beləliklə, Məhkəmə mülki işin müəyyən edilmiş hallarına bu münasibətləri tənzimləyən yuxarıda istinad edilmiş qanunvericilik normalarını tətbiq edərək bu qənaətə gəlir ki, iddia təmin olunmalı, Füzuli rayonu, 4 saylı Zobucuq qəsəbəsində yerləşən 144 nömrəli 1 otaqlı ev boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Füzuli rayonu MKİS-ə təhvil verilməlidir. Odur ki, Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1 və 234-cü, 357-362-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin balansında olan Füzuli rayonu, 4 saylı Zobucuq qəsəbəsində yerləşən 144 nömrəli 1 otaqlı ev boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Füzuli rayonu MKİS-ə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-1566/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1566/2024
28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver